LOT - 1. “Səhiyyə Nazirliyinin istifadəsində olan informasiya sistemlərinin proqram təminatı kompleksinin 2021-ci ildə texniki dəstək və inkişafı xidmətlərinin satın alınması”.
Tender iştirakçılarına təklif edilir ki, yuxarıda qeyd edilən işlərin yerinə yetirilməsi üçün öz təkliflərini dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet Portalı vasitəsilə təqdim etsinlər.
Tenderdə iştirak etmək məqsədilə iştirakçılar 200 manat məbləğində iştirak haqqını “ASAN ödəniş” vasitəsilə qeyd olunan hesaba köçürdükdən sonra tender haqqında məlumat və Əsas şərtlər toplusunu dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet Portalından əldə edə bilərlər.
“Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” PHŞ
VÖEN: 1401798401
DXA
Kod: 210005
H/h №: AZ97CTRE00000000000002128204
M/H №: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.BİK: CTREAZ22
VÖEN: 1401555071
Fond 7, maddə 142330
Tenderin Əsas şərtlər toplusu Azərbaycan dilindədir.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşagıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün vahid elektron Portal vasitəsilə müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 06 may 2021-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 19 may 2021-ci il saat 17:00-a qədər dövlət satınalmalarının https://www.etender.gov.az vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklif zərfləri 20 may 2021-ci il saat 17:00-da açılacaqdır.
Tender komissiyası