04 İyul 2023 20:51
704
CƏMİYYƏT
A- A+
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib YENİLƏNİB

 

İyulun 4-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikası Milli Məclisinin, Ədliyyə Nazirliyinin, Ali Məhkəmənin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, İnsan Hüquqları üzrə müvəkkilin (ombudsman), Vəkillər Kollegiyasının, Bakı Dövlət Universitetinin rəhbərləri və nümayəndələri, habelə bir çox məhkəmələrin sədrləri və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmçinin tədbirdə iştirak etmək üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, İndoneziya, Macarıstan, Serbiya və Tailand Konstitusiya məhkəmələrinin nümayəndə heyətləri Bakı şəhərinə gəliblər.

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Beynəlxalq konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına ünvanlandığı təbrik məktubunu oxuyub.

Sədr Fərhad Abdullayev təbrik məktubuna görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevə Konstitusiya Məhkəməsinin bütün kollektivi və konfrans iştirakçıları adından öz dərin təşəkkürünü və minnətdarlığını bildirib. Fərhad Abdullayev vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq hakimlərin və ümumilikdə məhkəmə orqanlarının qərəzsiz, müstəqil və şəffaf fəaliyyətini, onların maddi-sosial təminatını daim diqqət mərkəzində saxlayır.

Daha sonra sədr Fərhad Abdullayev dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən biri olan uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması haqqında söhbət açıb. Qeyd edib ki, həmin proses çərçivəsində ən əlamətdar hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması idi. Vurğulayıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb.

Qeyd edilib ki, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Liderin bu arzusunu və vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə igid Azərbaycan Ordusu yerinə yetirdi. 44 günlük Vətən müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edildi. Xüsusilə vurğulanıb ki, torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi həmin ərazilərdə də bərpa edilib.

Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq bildirib ki, bu qurumun fəaliyyət göstərdiyi 25 il ərzində 545 qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini vermiş həmin qərar və qərardadlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər əksini tapıb.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov təbrik nitqləri ilə çıxış ediblər.

Daha sonra konfransda Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar”, Serbiya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliliyi”, Albaniya Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə”, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Pavlina Panova “Ənənə və tərəqqi arasında tarazlıq”, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin sədri Emil Oskonbayev “Konstitusiya nəzarəti orqanının məhkəmə fəallığının qanunvericiliyin inkişafına təsiri”, İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Anvar Usman “İndoneziyada qanunvericiliyin inkişafına töhfə verilməsində insan hüquqlarının və qanunun aliliyinin rolu”, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin sədri Mirza Uluqbek Abdusalomov “Özbəkistanda konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının yeni mərhələsi”, Belarus Respublikası Konstitusiya Məhkəməsinin hakimi xanım Alla Bodak “Konstitusiya nəzarəti: qanunvericiliyin konstitusiyalaşdırılması”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin hakimi Qadis Hacıyev “Rusiya Federasiyası qanunvericiliyinin konstitusiya əsaslarının formalaşdırılmasında Konstitusiya Məhkəməsinin iştirakı”, Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov “Əmək məzuniyyətlərinin hüquqi tənzimlənməsi: mövcud boşluqlar və onların konstitusiya normalarının şərhi vasitəsilə aradan qaldırılması” və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov “Konstitusiya nəzarəti orqanlarının təcrübəsində qanunların konstitusiyaya uyğun təfsiri” mövzularında çıxış edərək təmsil etdikləri ölkələrdə konstitusiya ədalət mühakiməsi sahəsində mövcud təcrübəni təqdim ediblər.

Məruzə və çıxışlardan sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev çıxış edərək konfransın gedişində müxtəlif aktual mövzularda səmərəli fikir mübadiləsi aparıldığına nail olunduğunu bildirib.

Bununla da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan beynəlxalq konfrans işini başa çatdırıb.

Sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya məhkəmələrinin sədrlərinin Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TDKYK) çərçivəsində işçi iclası keçirilib. İclasda konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!