04 Noyabr 2024 16:08
1692
Mədəniyyət
A- A+
Azərbaycan Pekində beynəlxalq forumda təmsil olunub  

Azərbaycan Pekində beynəlxalq forumda təmsil olunub  

Çinin paytaxtı Pekində Dünya İfaçılıq Sənətləri Assosiasiyası (WAPA) və Çin Dövlət İfaçılıq Sənəti Birliyinin (NCPA) təşkilatçılığı ilə beynəlxalq forum keçirilib. “Qlobal ifaçılıq sənəti: Davamlı gələcəyə doğru” mövzusunda keçirilən foruma dünyanın nüfuzlu opera teatrları, incəsənət və musiqi kollektivlərinin rəhbərləri, tanınmış dirijor və sənət xadimləri qatılıblar.

AZƏRTAC xəbər verir ki, forumda ölkəmizi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Əməkdar artist Əyyub Quliyev təmsil edib.

Noyabrın 1-dən 4-dək NCPA-nın Opera Teatrı və Filarmoniyasında keçirilən forumda müxtəlif mövzulara dair dəyirmi masa və müzakirələr aparılıb.

Forumun rəsmi açılış mərasimində Çinin Mədəniyyət və Turizm Nazirliyi, NCPA, UNESCO və Pekin şəhər meriyasının rəhbərliyinin iştirakçılara ünvanlanan təbrikləri oxunub. Çıxışlarda dünyadakı mürəkkəb geosiyasi vəziyyətdə ölkələr arasında mədəni körpülərin qurulması, cəmiyyətin sağlam mənəvi inkişafı proseslərinə dəstək, uşaq və gənclərin mədəni layihələrə cəlb olunması və istedadların formalaşmasında nüfuzlu qurumların fəaliyyətinin xüsusi önəmi qeyd olunub.

Tədbirdə məşhur opera teatrları və musiqi kollektivlərinin rəhbərlərinin çıxışları təqdim olunub.

Dirijor Əyyub Quliyev “Azərbaycan opera və balet sənəti - Şərq və Qərbin qovuşduğu məkan” mövzusunda məruzəsində 1908-ci il Şərqdə ilk operanın - “Leyli və Məcnun”un yaranma tarixindən, eləcə də Azərbaycan musiqi və teatr sənətinin dünyaya verdiyi töhfələrdən danışıb. Tədbir iştirakçıları Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operasının (Xalq artistləri Mənsum İbrahimov və Nəzakət Məmmədovanın ifasında) videoçarxını maraqla izləyiblər.

Forumda Cənubi Amerika Opera Assosiasiyası (Opera Latino America), Avropa Opera Birliyi (Opera Europe), Yaponiyanın “New Tokio”, Argentina, Braziliya, Yeni Zelandiya, Cənubi Afrika və digər ölkələrin milli opera teatrlarının rəhbərləri arasında təcrübə və ideya mübadiləsi aparılıb.

Forumun son günü ümumi bəyannamə qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 2019-cu ildən WAPA-nın tamhüquqlu üzvüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!