25 İyun 2025 17:09
548
SİYASƏT
A- A+
Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında olub  

Azərbaycan nümayəndə heyəti “Jenmin Jibao” qəzetinin redaksiyasında olub  


Çin Xalq Respublikasına səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti bu ölkənin ən nüfuzlu media orqanlarından biri olan “Jenmin Jibao” qəzetinin redaksiyasını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, ziyarət çərçivəsində keçirilən görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində geniş və ardıcıl islahatların həyata keçirildiyini, bu islahatların əsas məqsədinin müasir çağırışlara cavab verən, dayanıqlı və cəmiyyətin inkişafında fəal rol oynayan media mühitinin formalaşdırılması və gücləndirilməsi olduğunu deyib. O qeyd edib ki, Azərbaycanda həm onlayn, həm də ənənəvi media subyektlərinin fəaliyyətinə dövlət tərəfindən kompleks dəstək göstərilir, xüsusilə çap mediasının rəqəmsal transformasiyası istiqamətində mühüm layihələr icra olunur.

“Jenmin Jibao” qəzetinin prezidenti Yu Şaolian rəhbərlik etdiyi media qurumunun tarixi və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, qəzet təkcə çap versiyası ilə deyil, eyni zamanda, müxtəlif rəqəmsal platformalar vasitəsilə milyonlarla izləyiciyə informasiya çatdırır. O, iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın qurulmasının media sahəsində də öz nəticələrini verəcəyinə əminliyini ifadə edib.

Yu Şaolian “Jenmin Jibao” qəzetinin AZƏRTAC ilə qarşılıqlı faydalı əməkdaşlığından söz açıb. O, AZƏRTAC-ın qəzetin layihələrinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə Çin Xalq Respublikasının 2013-cü ildə irəli sürdüyü və Avrasiya ölkələri arasında infrastrukturun inkişafı, qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi daşıyan “Bir kəmər, bir yol” təşəbbüsü barədə fikir mübadiləsi aparılıb, layihənin beynəlxalq əməkdaşlığa verdiyi töhfəyə diqqət çəkilib.


Qeyd edək ki, nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub  

00:21
17 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!