26 Noyabr 2021 18:13
937
İDMAN
A- A+

Azərbaycan Milli Paralimpiya Komitəsinin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyası fəaliyyətə başlayıb

 

Noyabrın 26-da Paralimpiya İdman Kompleksində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş qazilərin Paralimpiya hərəkatına cəlb edilməsi ilə bağlı ilk görüş keçirilib.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) AZƏRTAC-a bildiriblər ki, görüşdə AMPK-nin Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın əlaqələndiricisi, AMPK-nin vitse-prezidenti Yaşar Hacıyev, komissiyanın sədri, AMPK-nin fəxri vitse-prezidenti Afiq Süleymanov, idman şöbəsinin müdiri, komissiyanın üzvü Rauf Mürsəlov, Əlil Sahibkar Təşkilatı İctimai Birliyinin sədri, komissiyanın üzvü Mirzə Məmməd Vəliyev, Komitənin güllə atıcılığı idman növünün para-trap üzrə baş məşqçisi, komissiyanın üzvü Əfqan Əhmədov, Komitənin idman şöbəsinin aparıcı mütəxəssisi, komissiyanın üzvü Saday Abdullayev və 20-dən artıq Qarabağ qazisi iştirak ediblər.

AMPK-nin fəxri vitse-prezidenti, Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın sədri A.Süleymanov qazilərə Paralimpiya hərəkatı, yay və qış idman növləri haqqında məlumat verib. Bildirib ki, müharibədə əlil olan şəxslər AMPK-nın milli komandalarının tərkibində müxtəlif idman növləri ilə məşğul olaraq ölkəmizi beynəlxalq arenada uğurla təmsil edirlər. A.Süleymanov görüşdə iştirak edən qaziləri də Paralimpiya hərəkatına qoşulmağa, peşəkar idmanla məşğul olmağa dəvət edib.

Sonra komissiya üzvləri müxtəlif paralimpiya idman növləri haqqında ətraflı məlumat verərək, qazilərin fiziki məhdudiyyətləri nəzərə alınmaqla onlara uyğun olan idman növləri ilə məşğul olmağı tövsiyə ediblər.

Görüşün sonunda Qarabağ qaziləri Paralimpiya hərəkatına qoşularaq ölkəmizi beynəlxalq arenalarda idman vasitəsilə təmsil etməyə hazır olduqlarını vurğulayıblar.

AMPK-nın üzvlərinin Qarabağ qaziləri ilə görüşlərinin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video