10 Aprel 2026 08:30
463
İQTİSADİYYAT
A- A+
Azərbaycan İnvestisiya Holdinqi: strateji sərmayələr mərkəzi

Azərbaycan İnvestisiya Holdinqi: strateji sərmayələr mərkəzi


Portfel şirkətlər AİH-in fəaliyyətinin təminatçısıdır



Azərbaycanın iqtisadi inkişafını daha da gücləndirmək məqsədilə yaradılan Azərbaycan İnvestisiya Holdinqi (AİH) ölkənin maliyyə və sənaye sahələrini mərkəzləşdirilmiş şəkildə idarə edən unikal qurumdur. Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə imzalanan fərmanla təsis olunan bu struktur iqtisadi resursları səmərəli yönəltmək, investisiyaları koordinasiya etmək və ölkənin strateji inkişafını təmin etmək missiyasını daşıyır.

AİH adından da göründüyü kimi, Azərbaycanda yaradılmış  investisiya holdinqidir. Sadə dildə desək, holdinq  "ana şirkət" kimidir,  müxtəlif sahələrdə fəaliyyət göstərən digər şirkətləri alır, necə deyərlər, bir çətir altında  biləşdirərək, investisiya qoyur və onları idarə edir. Bu baxımdan AİH də müxtəlif sahələrdə gəlir əldə etmək üçün şirkətlərə investisiya qoyaraq, gəlirlərin artması, həmçinin şirkətlərin daha dayanıqlı və innovativ olmasına yol açır. Holdinq strateji sahələrə sərmayə yönəldərək, ölkənin iqtisadiyyatını şaxələndirir və dövlətin uzunmüddətli inkişaf planlarını gücləndirir, energetika, maliyyə və sənaye kimi sahələrdə layihələrə dəstək verir, yeni texnologiyaların tətbiqini təşviq edərək startap ekosistemini və innovasiyanı inkişaf etdirir, həmçinin portfel şirkətlərin maliyyə dayanıqlılığını təmin edərək ölkənin investisiya mühitini gücləndirir. Holdinqin portfelinə enerji, maliyyə, kənd təsərrüfatı, sənaye və digər sahələrdə fəaliyyət göstərən şirkətlər daxildir. O, şirkətlərin strateji qərarlarını müəyyənləşdirə bilər, lakin hər bir şirkət gündəlik əməliyyatlarını müstəqil idarə edir. 

Qeyd edək ki, portfelindəki şirkətlərin effektiv şəkildə inkişafını təmin etməklə Azərbaycanda rifah halının köklü və dayanıqlı artımını təmin etmək AİH-in əsas baxışıdır. AİH-in mədəni dəyərlərini bölüşən peşəkar və məqsədyönlü komanda tərəfindən həyata keçirilən şəffaf investisiya prosesləri vasitəsilə Azərbaycanın uzunmüddətli inkişafına və firavanlığının artımına xidmət etmək qurumun missiyasıdır.  AİH ən yüksək peşəkarlıq standartlarının tətbiqini təşviq edir və meritokratiya (bir şirkətdə rəhbər vəzifəyə kimsə ailəsi və ya tanışları vasitəsilə yox, işdəki uğurları və bacarıqlarına görə gətirilirsə, bu yanaşma  meritokratiyadır) prinsipi əsasında fəaliyyət göstərir. Effektiv komanda işinin davamlı inkişaf və müvəffəqiyyət üçün həlledici olduğunu qəbul edərək əməkdaşlığı və birliyi təşviq edir. Portfel aktivlərində ən qabaqcıl təcrübələri tətbiq etməklə və mənimsəməklə əzmlə onların inkişafına çalışır. Güclü və faydalı əlaqələrin qurulmasına şərait yaradan qarşılıqlı dəstək və etimad mühiti yaratmaq strukturun  prioritetidir. Öz fəaliyyətini ən yüksək şəffaflıq və dürüstlük standartlarına uyğun olaraq həyata keçirir. Və  bütün bu sadalananlar  AİH-in dəyərləridir.

Gəlin portfel şirkətlərinin nə olduğunu və necə fəaliyyət göstərdiyini nəzərdən keçirək. Onlar holdinqin sahib olduğu və ya maliyyə dəstəyi verdiyi şirkətlərdir,  "sənə investisiya qoymuşam, gəlirləri birlikdə böyüdək" prinsipi ilə fəaliyyət göstərir. Məsələn, AİH enerji sektoruna investisiya qoyubsa, həmin sahədə fəaliyyət göstərən bir elektrik stansiyası şirkəti onun portfel şirkəti ola bilər. Eyni qayda ilə holdinq kənd təsərrüfatı, maliyyə, sənaye və digər sahələrdə də şirkətlərə investisiya qoyaraq onları portfelinə daxil edir. Portfel şirkətləri holdinqin strateji investisiya məqsədlərinə xidmət edir, onun maliyyə, idarəetmə və inkişaf imkanlarını artırmaq üçün dəstək alır. 

AİH-i gələcək uğurlara aparan portfel şirkətləri  bunlardır: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "AzerGold" QSC, "Azəralüminium" MMC, "Azərbaycan alüminiumu" ASC, "Təmiz Şəhər" ASC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azər Türk Bank" ASC. Bu şirkətlər holdinqin strateji hədəflərinə xidmət edir, ölkənin iqtisadiyyatını şaxələndirir və gələcəyə dayanıqlı inkişaf üçün zəmin yaradır. Onlar yalnız mövcud iqtisadi fəaliyyəti gücləndirmir, eyni zamanda yeni texnologiyaların tətbiqi, ixrac potensialının artırılması və investisiya mühitinin inkişafı üçün platforma yaradır. Məsələn, SOCAR və "Azəralüminium" MMC kimi sənaye nəhəngləri strateji enerji və metallurgiya sektorunda ölkənin mövqeyini möhkəmləndirir, "AzerGold" QSC isə qiymətli metallar sahəsində rəqabət qabiliyyətini yüksəldir. 

Bank sektoru üzrə Azərbaycan Beynəlxalq Bankı  ASC (ABB) və "Azər Türk Bank" ASC maliyyə dayanıqlığını təmin edir, həm dövlət, həm də özəl investisiyaların səmərəli idarə olunmasına dəstək verir. Aqrar sahədə fəaliyyət göstərən "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC isə kənd təsərrüfatının modernləşdirilməsi və ərzaq təhlükəsizliyinin gücləndirilməsi istiqamətində mühüm rol oynayır. Nəticə olaraq, AİH-in portfel şirkətləri ölkənin iqtisadiyyatının hərtərəfli inkişafına töhfə verərək strateji sektorlarda dayanıqlı və rəqabətqabiliyyətli bir bazanın formalaşmasına xidmət edirlər. Bu, gələcək investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması və Azərbaycanın qlobal iqtisadi arenada daha möhkəm mövqe tutması üçün vacib bir əsasdır. 

Sadalanan strateji əhəmiyyətli şirkətlərin fəaliyyəti yalnız gündəlik iqtisadi əməliyyatlarla məhdudlaşmır, eyni zamanda dövlət səviyyəsində qəbul olunan uzunmüddətli inkişaf planları və iclas qərarları ilə birbaşa əlaqəlidir. Bu günlər  Baş nazir Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının  keçirdiyi birgə iclasda  neft-qaz və neft-kimya sənayesinin strateji inkişafı geniş müzakirə olunub. İclasın gündəliyində neft emalı və neft-kimya sahələrində strateji məqsədlər, gələcək inkişaf perspektivləri, uzunmüddətli dövr üçün neft məhsullarına ölkədaxili tələbatın dayanıqlı təmin olunması və digər aktual məsələlər yer alıb. Gündəlikdəki mövzu ilə bağlı SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda həmçinin İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri, eləcə də AİH-in İdarə Heyətinin sədri və Baş icraçı direktoru iştirak ediblər. 

Göründüyü  kimi,  AİH  ölkənin iqtisadi inkişafında mühüm rol oynayan strateji institutdur. AİH-in portfel şirkətləri vasitəsilə müxtəlif sektorların inkişafı təmin olunur, iqtisadi şaxələnmə və innovasiya təşviq edilir, həmçinin maliyyə dayanıqlığı gücləndirilir. Holdinqin fəaliyyəti Azərbaycan iqtisadiyyatının gələcək perspektivləri, həm dövlət, həm də özəl sektor üçün mühüm əhəmiyyət kəsb edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:23
11 İyun

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 26 may tarixli 415-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası"nda dəyişiklik edilməsi haqqında

03:23
11 İyun

Bakı Şəhər İcra Hakimiyyətinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında

03:22
11 İyun

“Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı, onlara ayrılan yerlərin sayı və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanı”nın təsdiq edilməsi haqqında

03:20
11 İyun

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü Sazişi”nə Azərbaycan Respublikası Hökumətinin təminatı və öhdəlikləri haqqında

03:19
11 İyun

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında 

03:16
11 İyun

Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektoru artıq iqtisadiyyatımızın aparıcı qüvvəsinə çevrilib – MÜSAHİBƏ

23:38
10 İyun

Azərbaycan və Avstriya Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb  

23:37
10 İyun

Xankəndidə şəhər-universitet modeli böyük iqtisadi dividendlər vəd edir 

23:37
10 İyun

Nazir: Əlavə gəlirlər ehtiyatların artırılmasına yönəldilir

22:59
10 İyun

“Kölgə iqtisadiyyatı” ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə olunub 

22:51
10 İyun

İqtisadiyyat naziri: Data mərkəzlərinin inkişafı prioritet layihələrimizdəndir

22:43
10 İyun

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 71,5 faizə çatıb 

22:09
10 İyun

Mikayıl Cabbarov: Ölkənin xarici borcu azalma tendensiyasındadır və ehtiyatları artır 

22:02
10 İyun

Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib  

21:38
10 İyun

ABŞ senatoru: Azərbaycan və region ölkələri ilə münasibətlər strateji səviyyəyə yüksəlib  

21:17
10 İyun

Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib

20:22
10 İyun

Hikmət Hacıyev: Yaxın Şərqdə münaqişənin kəskinləşməsi şəraitində Orta Dəhliz əlavə əhəmiyyət qazanır  

19:37
10 İyun

Prezidentin köməkçisi: Türk dünyası yeni siyasi reallığa və geniş Avrasiya qitəsində əməkdaşlıq platformasına çevrilir  

19:28
10 İyun

2026-cı ildə dünyanın ən təhlükəsiz ölkələri hansılardır?

19:22
10 İyun

Sənaye istehsalı artıb

19:18
10 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!