Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir
Keçmiş ittifaqın süquta uğraması türk dünyasının yenidən əvvəlki möhtəşəm günlərinə qayıtması üçün tarixi fürsət yaratdı. Bu fürsəti zamanında dəyərləndirərək 1992-ci ildə yenicə müstəqillik qazanmış qardaş dövlətlər Türkcə Danışan Ölkələr Zirvəsinə toplaşdılar. 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaradıldı. Həmin vaxtdan türk dövlətləri arasında münasibətlərin inkişafı yeni mərhələyə qədəm qoydu. Xüsusilə də Vətən müharibəsi dönəmində digər türk dövlətlərinin dəstəyini yaxından hiss etdik.
Bu il aprelin 24-də Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəldi. İki gün davam etmiş səfərə Qırğızıstandan xeyli sayda dövlət rəsmiləri qatılmışdı. Onların siyahısında siyasi, sosial və iqtisadi sferaları təmsil edən nazirlərin də olması onu deməyə əsas verir ki, səfərin gündəliyi çox zəngin olacaq.
Tarixə nəzər yetirəndə görürük ki, Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə və ənənələrə malikdirlər. Bundan başqa, bu xalqları dil və din eyniliyi də birləşdirir. Azərbaycanla Qırğızıstan arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başladı. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan bütün türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini getdikcə genişləndirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə yeni töhfələr verməkdir.
Qırğız Respublikasında 20 minə yaxın azərbaycanlı yaşayır. Onların da əksəriyyəti 1937-ci ildə Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Tarixi yurdlarından uzaqda yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayırlar.
Aprelin 24-də Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü oldu. Görüşdən sonra Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirildi. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi oldu.
İmzalanma mərasimi başa çatandan sonra hər iki ölkənin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatında dedi: "Bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb. Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir".
Qırğızıstan Prezidenti Sadır Japarov isə bəyanatında xüsusi olaraq vurğuladı: "Bu gün müxtəlif sahələrdə daha sıx fəaliyyətə yönəlmiş ikitərəfli sənədlər imzaladıq. İmzalanan sənədlər arasında Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında ortamüddətli perspektivdə ikitərəfli qarşılıqlı fəaliyyətin əsas yol xəritəsi qismində istifadə olunacaq əməkdaşlığın inkişafına dair beşillik kompleks proqramı ayrıca qeyd etmək istərdim. Həmçinin Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişi qeyd etmək istərdim ki, bu, iki ölkənin təsərrüfat subyektlərinin qarşılıqlı iqtisadi fəaliyyətinin həyata keçirilməsində böyük əhəmiyyətə malikdir".
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən dövlət başçımız Ç.Aytmatovun yaradıcılığından və fəaliyyətindən ətraflı danışıb. Azərbaycan və Qırğızıstan dostluğundan söz açan Azərbaycan Prezidenti deyib: "Əminəm ki, Qırğızıstan ilə Azərbaycanın, xalqlarımızın dostluğu və qardaşlığı əbədi olacaq".
Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli və Ağdam rayonlarına səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli və Ağdam şəhərlərinin erməni işğalçılarının dağıtdıqları yerlərinə baxıblar, şəhərlərin baş planıları ilə tanış olublar. Dövlət başçıları Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından məktəb binasının tikintisi iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi oldu. Tikinti işlərinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır.
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri bir daha onu göstərdi ki, dövlət başçımız dünya səviyyəsində uğurlu xarici siyasət yürüdür. Aparılan məqsədyönlü siyasət Azərbaycanı beynəlxalq birliyin ən etibarlı və ən layiqli tərəfdaşına çevirib. Bakı ilə Bişkek arasında əlaqələrin daha da inkişaf etməsi baxımından qarşılıqlı səfərlər çox əhəmiyyətlidir. Bütün bunlar nəticə etibarilə hər iki dövlətin milli maraqlarına xidmət edir. Azərbaycanın da, Qırğızıstanın da əsas məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə layiqli töhfə verməkdir. Aparılan danışıq və imzalanan sənədlər göstərir ki, Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyacaq, ölkələr arasındakı qardaşlıq və dostluq əlaqələri bundan sonra daha da möhkəmlənəcək.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Fransa "çıxış yolu" tapıb
11 May
"Anadolu Ankası - 2024" təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb
11 May
Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini Prezident İlham Əliyev uğurla davam etdirir...
11 May
BP cari ilin birinci rübünün yekunlarını açıqlayıb
11 May
"Cənub qaz dəhlizi" ilə inkişaf edən əməkdaşlıq
11 May
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-pre...
11 May
Xoşməramlı missiya
11 May
Pakistanın Baş naziri COP29-a dəvət olunub
11 May
Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib
11 May
Heydər Əliyevin parlaq ideyaları xalqımızın inkişaf yollarına daim işıq saçacaq
11 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!