26 İyun 2025 08:55
689
SİYASƏT
A- A+
Azərbaycan-Balkan əməkdaşlığı: enerji təhlükəsizliyindən strateji tərəfdaşlığa aparan yol

Azərbaycan-Balkan əməkdaşlığı: enerji təhlükəsizliyindən strateji tərəfdaşlığa aparan yol


Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biri Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişləndirilməsidir. Coğrafi baxımdan Qərbi Avropa ilə Şərq arasında körpü rolu oynayan bu region, xüsusilə ticarət, tranzit və enerji təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət kəsb edir.

Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatları başladıqdan sonra Avropa enerji bazarında kəskin dəyişikliklər baş verdi. Bu şəraitdə Azərbaycan Avropanın etibarlı enerji təchizatçısına çevrildi. Təbii qaz ehtiyatları ilə zəngin olan Azərbaycan, "Cənub qaz dəhlizi" vasitəsilə Avropa İttifaqı ilə 2021-ci ildə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək ixracat həcmini 30 milyard kubmetrə çatdırmağı hədəfləyir.

Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir ki, bu da uzunmüddətli enerji tədarükünün davamlılığını təmin edir. Paralel olaraq ölkə "yaşıl enerji" sahəsində də ambisiyalı planlar həyata keçirir. 2027-ci ilin sonunadək külək və günəş enerjisi əsasında elektrik istehsalı ölkənin "mavi yanacaq"dan istifadəsini azaldacaq.

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanan "Qara Dəniz Yaşıl Kabel" layihəsi çərçivəsində "yaşıl enerji" ötürülməsini təmin edən sualtı kabelin inşaatı davam edir - bunun Balkan regionunun enerji şaxələndirilməsində rolu getdikcə artır.

2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış strateji saziş "yaşıl enerji"nin ötürülməsi sahəsində tarixi addım oldu. 1000 meqavat gücündə və 1195 kilometr uzunluğunda sualtı kabelin çəkilməsini nəzərdə tutan bu layihə Xəzər hövzəsinin bərpaolunan enerji potensialını Avropaya çatdıracaq. Beləliklə, enerji mənbələrinin şaxələndirilməsi və regional təhlükəsizliyin möhkəmləndirilməsi baxımından Balkan ölkələri üçün Azərbaycan mühüm tərəfdaşa çevrilir.

 Azərbaycanın Balkan regionu ilə əməkdaşlığında mühüm tərəfdaşlarından biri də Şimali Makedoniyadır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildən qurulub. Bu illər ərzində əməkdaşlıq siyasi, iqtisadi, humanitar və parlamentlərarası sahələri əhatə edib.

Son dövrdə Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkovanın və Şimali Makedoniya Assambleyasının sədri Afşim Qaşinin, parlament nümayəndə heyətinin müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərləri ölkələr arasında münasibətləri daha da yaxınlaşdırıb. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Milli Məclisdə Sədr  Sahibə Qafarovanın rəhbərliyi ilə keçirilən görüşlərdə parlamentlərarası diplomatiyanın, qarşılıqlı mədəni dialoqun qurulması ikitərəfli əlaqələrin inkişafına yeni impuls verib. 

İki ölkə arasında mövcud əməkdaşlıq, yüksəksəviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlararası təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu xüsusi qeyd etməliyik. 2000-ci ildən fəaliyyət göstərən parlamentlərarası işçi qrupu bu sahədə davamlı dialoqun formalaşmasına mühüm töhfə verir.

2025-ci ilin yanvar-aprel aylarında iki ölkə arasında xarici ticarət həcmi 27 faizdən çox artıb ki, bu da qarşılıqlı iqtisadi əlaqələrin intensivləşdiyini göstərir.

 Sərmayə və enerji əməkdaşlığı iki ölkə arasında iqtisadi əlaqələri, xüsusilə, enerji və turizm sahələrində genişləndirə bilər. "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" saziş çərçivəsində investisiya mühitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atılır.

Hazırda Azərbaycanda Şimali Makedoniyaya məxsus 5 kommersiya qurumu qeydiyyatdan keçib, onlardan 3-ü aktiv fəaliyyət göstərir. Eyni zamanda Azərbaycanın beynəlxalq enerji layihələrində, o cümlədən "Cənub qaz dəhlizi", TANAP və TAP kəmərlərində iştirakı bu sahədə Şimali Makedoniya ilə əməkdaşlıq perspektivlərini genişləndirir. Şimali Makedoniya da bu layihələrə maraq göstərir.

Şimali Makedoniya-Azərbaycan arasında Bakı vasitəsilə Orta dəhliz yolunun faydaları müzakirə edilir. Enerji və logistika sahəsində birgə məsləhətləşmələr aparılır.

2025-ci il martın 12-də Bakı şəhərində imzalanmış "Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" ölkələr arasında qarşılıqlı etimadın və əməkdaşlığın göstəricisidir. Bu sənəd diplomatik əlaqələrin asanlaşdırılması və qarşılıqlı səfərlərin intensivləşdirilməsi baxımından əhəmiyyətlidir.

 Azərbaycan-Balkan münasibətləri yeni mərhələyə qədəm qoyub. Enerji, iqtisadiyyat, diplomatiya və "yaşıl texnologiya"lar kimi sahələrdə əməkdaşlıq bu münasibətləri daha da dərinləşdirir. Şimali Makedoniya ilə qarşılıqlı hörmət və strateji maraqlar əsasında qurulan münasibətlər gələcəkdə daha da möhkəmlənəcək. Bu proses Azərbaycanın regionda nüfuzunun və Avropa ilə tərəfdaşlığının artmasının göstəricisidir.


Mehriban VƏLİYEVA, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!