06 Dekabr 2023 17:49
360
İDMAN
A- A+

Azərbaycan avarçəkəni: "Əsas hədəfim olimpiadaya lisenziya qazanmaqdır"

 

"Hazırda əsas hədəfim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə etməkdir". Bunu "Report"a açıqlamasında Azərbaycan avarçəkəni Diana Dımçenko deyib.
34 yaşlı idmançı bunun üçün var gücü ilə çalışacağını bildirib: "Karyeramda böyük arzularımdan biri olimpiadaya qatılmaq, Azərbaycanı mötəbər yarışda təmsil etmək və uğur qazanmaqdır. Bunun üçün çox çalışıram. Mütəmadi məşqlər edirəm. Hazırda şans da var. Dünya reytinqində ön sıralardayam. Ümid edirəm ki, istəyimə çata biləcəyəm".
Qeyd edək ki, Diana Dımçenko son olaraq Monakoda şahzadə II Albertin şərəfinə təşkil edilən sahil avarçəkməsi üzrə “Çağırış Kuboku-2023” reqatasının qalibi olub. O, sentyabrda Fransada təşkil edilən Avropa çempionatında da bu növdə qızıl medal qazanıb.

"Azərbaycan" 
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video