04 Avqust 2026 10:00
350
SİYASƏT
A- A+
Süni intellekt qlobal siyasəti necə dəyişir?

Süni intellekt qlobal siyasəti necə dəyişir?


Tarix boyunca dövlətlərarası münasibətlərdə güc anlayışı dəyişib. Bir zamanlar xammal ehtiyatları, geniş ərazilər və böyük ordular dövlətlərin nüfuzunu müəyyən edirdisə, XXI əsrin əvvəlində isə tamam fərqli mənzərənin şahidi olduq. Artıq qlobal siyasətdə üstünlük alqoritmlər və hesablama gücü ilə ölçülür. Süni intellekt iqtisadiyyatla yanaşı, dünya siyasətindəki güc nisbətini də dəyişir. Dünyanın ən böyük beynəlxalq şirkətlərindən olan Böyük Britaniyanın "PwC" konsaltinq şirkətinin proqnozlarına görə, 2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata töhfəsi 15,7 trilyon dollara çatacaq ki, bu da texnologiyanın makroiqtisadi güc amilinə çevrildiyini göstərir.

Dünya İqtisadi Forumunun təhlillərində qeyd edildiyi kimi, süni intellekt artıq dünya siyasətində əsas güc mənbələrindən biridir. Ənənəvi diplomatiya və ordunun rolu qalsa da, artıq "hesablama infrastrukturu diplomatiyası" adlı yeni bir anlayış meydana çıxıb. Məlumat mərkəzləri və mikroçip zavodları isə müasir dövrün strateji limanlarını və enerji kəmərlərini əvəz edir. Tayvanın TSMC şirkətinin dünyadakı ən qabaqcıl mikroçiplərin 90 faizdən çoxunu istehsal etməsi texnoloji asılılığın necə böyük qlobal risk yarada biləcəyinin bariz nümunəsidir. 

Bu gün dövlətlərarası mübarizədə ən əsas amil müasir çiplər və güclü kompüterlərdir. Köhnə iqtisadi yardım modelləri zəiflədiyi üçün ölkələr artıq bir-birinə texnologiya ötürməklə təsir göstərməyə çalışırlar. Qabaqcıl texnologiya və yarımkeçiricilərin ixracına qoyulan qadağalar texnoloji embarqoların günümüzdə silaha çevrildiyini açıq göstərir.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, dövlətlərin bir-birinə etdiyi rəsmi yardımlar son illərdə azalıb. Yaranan bu boşluğu isə böyük texnologiya şirkətlərinin və inkişaf etmiş ölkələrin təqdim etdiyi rəqəmsal sistemlər doldurur. Belə ki, inkişaf etməkdə olan ölkələrə verilən bulud sistemləri, süni intellektə əsaslanan səhiyyə və təhsil alətləri köhnə iqtisadi yardımları əvəz edir. Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur kimi ölkələr öz süni intellekt imkanlarını genişləndirərək dünyada vasitəçi rolu oynamağa başlayırlar. "Microsoft", "Google" və "OpenAI" kimi texnologiya nəhəngləri isə artıq beynəlxalq müqavilələrin və razılaşmaların birbaşa iştirakçısına çevrilirlər. Xüsusilə "OpenAI" və "Microsoft"un iştirakı ilə gündəmə gələn və 100 milyard dollar dəyərində qiymətləndirilən "Stargate" superkompüter layihəsi texnoloji infrastrukturun artıq kommersiya çərçivəsindən çıxaraq dövlətlərarası güc alətinə çevrildiyini sübut edir. Sinqapurun milli süni intellekt strategiyası çərçivəsində tədqiqatlara 1 milyard dollardan çox vəsait ayırması isə ölkələrin rəqəmsal suverenlik uğrunda necə ciddi yarışdığının nümunəsidir.

Süni intellektin strateji planlaşdırmaya tətbiqi qərarların çox sürətlə qəbul edilməsinə təkan verir. Lakin bu sürət özü ilə risklər də gətirir. Beynəlxalq əlaqələrdə kəşfiyyat məlumatlarının təhlili və gələcək ssenarilərin hazırlanması süni intellektə tapşırılanda, alqoritmlər liderlərin qarşısına çıxan informasiyanı bir növdə elə özləri seçib süzgəcdən keçirmiş olurlar. Süni intellektin təklif etdiyi sürət qərarlar üçün vacib olan canlı müzakirələri və fərqli baxış bucaqlarını arxa plana ötürə bilər. Bu isə təhlükəli vəziyyət yaradır. Əgər insanlar süni intellektin hazırladığı səliqəli və inandırıcı hesabatlara kor-koranə inanarlarsa, dərin təhlil qabiliyyəti zəifləyir. Alqoritmlərin təqdim etdiyi ehtimallar sorğulanmadıqda düşüncə daralır və eyni proqramdan istifadə edən ölkələr eyni səhvləri təkrar etmək riski ilə üzləşirlər.

Qeyd edək ki, süni intellektin yaratdığı riskləri neytrallaşdırmaq üçün mütəxəssislər "hibrid intellekt" modelini təklif edirlər. Bu model texnologiyanın böyük məlumat emalı gücünü insanın ciddi və tənqidi düşüncəsi ilə birləşdirir. İdarəetmədə "hibrid intellekt" modeli üç əsas qaydaya əsaslanır. Belə ki, ilk növbədə şəxs tapşırığın çərçivəsini və məqsədini dəqiq müəyyən etməlidir. Süni intellektin hazırladığı hər bir analitik material təsdiqlənənə qədər, sadəcə, ilkin layihə hesab olunmalı, faktlar və tarixi uyğunluq mütəxəssislər tərəfindən yoxlanılmalıdır. Son olaraq, alqoritmin hansı mənbələrdən istifadə etdiyi və nəticəyə necə gəldiyi tam şəffaf şəkildə izlənməlidir.

Süni intellektin qlobal siyasətdəki rolunu tam şəkildə müsbət və ya mənfi kimi qiymətləndirmək mümkün deyil. Bu texnologiya böyük verilənlər bazasını sürətlə təhlil etmək imkanı versə də, insani dəyərləri, tarixi təcrübəni və etik prinsipləri tam əvəz edə bilməz. Qlobal siyasətdə yeni güc balansının formalaşdığı bu dövrdə qalib gələn tərəflər ən sürətli alqoritmlərə sahib olanlar və bu alqoritmləri insani tənqidi təfəkkürlə doğru şəkildə balanslaşdıra bilən dövlətlər olacaq. Rəqəmsal suverenlik uğrunda gedən mübarizə gələcəyin siyasi xəritəsini müəyyənləşdirən əsas amil kimi qalmaqdadır.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb  

10:20
04 Avqust

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib  

10:10
04 Avqust

Süni intellekt qlobal siyasəti necə dəyişir?

10:00
04 Avqust

Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır

09:50
04 Avqust

"Qisas" qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!