04 Avqust 2026 09:10
277
SİYASƏT
A- A+
Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil


Cəmiyyət emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi aydın görür


"Son dövrlər xaricdə fəaliyyət göstərən "söyüş müxalifəti" yenidən eyni ssenarini təkrarlayır. Bu radikallar özlərini siyasi mübarizə aparan qüvvə kimi təqdim etməyə çalışsalar da, cəmiyyət artıq görür ki, onların arqument və proqram əvəzinə əsas silahları təhqir, böhtan, şantaj və şəxsi təhdidlərdir. Siyasi mübarizə aparmaq istəyən şəxs fakt və arqumentlə çıxış etməlidir, küçə leksikası ilə yox".

Bu fikirləri qəzetimizə Milli Məclisin deputatı Müşfiq MƏMMƏDLİ deyib. O bildirib ki, diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycan dövlətinin rəsmiləri onların qarşısına çıxır, verilən sualları cavablandırır və mövqelərini əsaslandırırlar. Bunun fonunda isə radikal qrupların ciddi arqument ortaya qoya bilmədiyi, müzakirəni yenidən söyüş və təhqir müstəvisinə çəkməyə çalışdığı açıq görünür. "Sağlam siyasi mühitdə əsas meyar emosional çıxışlar deyil, faktlar, məntiq və ictimai maraqlara söykənən təkliflərdir. Hər hansı fikir ayrılığı təhqirlə deyil, əsaslandırılmış mövqe ilə cavab verməyi tələb edir. Məhz buna görə də cəmiyyət zaman keçdikcə emosional manipulyasiya ilə rasional müzakirə arasındakı fərqi daha aydın görür", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu qrupların fəaliyyəti artıq siyasi mübarizə deyil, sosial şəbəkələrdə diqqət toplamaq naminə aparılan ucuz təxribat kampaniyasıdır: "Onlar müzakirənin mahiyyətindən yayınaraq qalmaqal yaratmağa, cəmiyyətin diqqətini süni gündəmlərə yönəltməyə çalışırlar. Eyni zamanda Azərbaycanın maraqlarını müdafiə etmək əvəzinə ölkənin beynəlxalq imicinə zərbə vurmağa çalışır, xarici dairələrin informasiya gündəminə xidmət edən xəyanətkar davranışlar nümayiş etdirirlər. Belə yanaşma nə siyasi mədəniyyətə, nə də demokratik debat prinsiplərinə uyğundur. Əksinə, bu üsul cəmiyyətdə qarşıdurmanı dərinləşdirir, sağlam dialoq imkanlarını zəiflədir və ictimai etimadı sarsıdır". 

M.Məmmədli bildirib ki, Azərbaycan cəmiyyəti çoxdan seçim edib. İnsanlar söyüş siyasətini deyil, nəticə verən siyasəti, məsuliyyətli mövqeni və arqumentə əsaslanan dialoqu dəstəkləyirlər. Kim özünü siyasi xadim hesab edirsə, təhqirlə deyil, proqramı, ideyası və faktları ilə rəqabət aparmalıdır. Söyüş, şantaj və təhdid heç vaxt siyasi fəaliyyətin meyarı ola bilməz və bu üsullarla cəmiyyətin etimadını qazanmaq mümkün deyil. Bu, son nəticədə həmin qüvvələri vətənə xəyanətə sürükləyir.

Deputat vurğulayıb ki, belə davranış tərzi həmin qrupların öz iddia etdikləri məqsədlərdən uzaqlaşmasına və cəmiyyətlə aralarındakı uçurumun daha da dərinləşməsinə səbəb olur: "Siyasi mübarizə yalnız milli maraqları üstün tutan, məsuliyyətli və konstruktiv fəaliyyət üzərində qurulduqda cəmiyyət tərəfindən qəbul edilir. Əks halda davamlı təhqir və qarşıdurma ritorikası həmin qüvvələrin ölkənin maraqlarına zidd mövqe tutduqları barədə tənqidlərin güclənməsinə və ictimai etimadlarını daha da zəiflətməsinə gətirib çıxarır".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

XV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb  

10:20
04 Avqust

ABŞ Rusiya Müdafiə Nazirliyinin qurumlarına və bir sıra fiziki şəxslərə sanksiya tətbiq edib  

10:10
04 Avqust

Süni intellekt qlobal siyasəti necə dəyişir?

10:00
04 Avqust

Ermənistan tarixi seçim və geosiyasi dilemma qarşısındadır

09:50
04 Avqust

Qisas qiyamətə qalmadı 

09:40
04 Avqust

"Kraudfandinq haqqında" qanunun iqtisadi əhəmiyyəti böyükdür

09:30
04 Avqust

Bakı-Bişkek əlaqələri: strateji tərəfdaşlıqdan müttəfiqliyə

09:20
04 Avqust

Şantaj və təhdid siyasi mübarizə üsulu deyil

09:10
04 Avqust

Kürşad ZORLU: "Türk dünyasına verdiyi töhfələrə görə Prezident İlham Əliyevə minnətdarıq"

09:00
04 Avqust

Çolpon-Atadan verilən strateji mesajlar

08:50
04 Avqust

Bakı-Bişkek: ortaq tarix və qarşılıqlı etimad müttəfiqlik münasibətlərinə keçir

08:40
04 Avqust

Avrasiyanın türk qütbü: Bakı və Bişkek arasında sarsılmaz müttəfiqlik müstəvisi

08:30
04 Avqust

Bu səfər Xəzərlə İssık-Kul arasında körpünü daha da möhkəmləndirdi

08:20
04 Avqust

Müasir Azərbaycan: Dövlətçilik və dayanıqlı inkişaf modeli

08:10
04 Avqust

Zəfərə aparan tarixi yolun təməli

08:00
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:40
04 Avqust

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 466-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:39
04 Avqust

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında" və "Qida təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:38
04 Avqust

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Fələstin Dövlətinin Xarici İşlər Nazirliyi arasında Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə Protokol"un təsdiq edilməsi haqqında 

02:37
04 Avqust

Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:34
04 Avqust

"Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, "Yol hərəkəti haqqında", "Nəqliyyat haqqında", "Dövlət rüsumu haqqında", "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında", "Avtomobil nəqliyyatı haqqında" və "Aviasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 438-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:31
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!