12 Mart 2023 00:48
1364
İQTİSADİYYAT
A- A+
Avtomobillərdəki gizli təhlükə

Avtomobillərdəki gizli təhlükə

 

Dəm qazı sürücü və sərnişinlərin həyatını təhdid edir

 

Havalar soyuduqca avtomobillərin istilik sisteminə tələbat artır. Bu da bəzən sürücü ehtiyatsızlığı və nəqliyyat vasitəsindəki nasazlıq ucbatından dəm qazı ilə zəhərlənmə hallarına səbəb olur.
Bu kimi hadisələrin baş verməsi ilə bağlı xəbərlərə həm xarici, həm də yerli mediada tez-tez rast gəlirik. Təəssüf ki, bəzən belə hadisələr faciə ilə nəticələnir. Nəqliyyat vasitələrində baş verən belə halların səbəbini, əsasən hansı avtomobillərdə dəm qazının yarandığını, zəhərlənən şəxslərə ilkin tibbi yardımın necə həyata keçirildiyini öyrənmək üçün ekspertlərə müraciət etdik.

 

Uşaqlarda, yaşlılarda, yanaşı xəstəliyi olanlarda risk daha yüksəkdir

 

Kliniki Tibbi Mərkəzin baş toksikoloqu Azər Maqsudov deyir ki, dəm qazından boğulma zamanı ilk növbədə beyin və sinir sistemi zədələnir: "Bu zaman baş ağrısı, baş gicəllənməsi yaranır, ürək döyüntüsü artır, hava çatışmazlığı olur, təzyiq düşür. Həmin mühitdə 5-10 dəqiqə qalmaq insanın huşunu itirməsinə səbəb olur".
 A.Maqsudov qeyd edir ki, digər situasiyalarda olduğu kimi, dəm qazından zəhərlənmə anında da ilkin tibbi yardım göstərmək önəmlidir: "Dəm qazından zəhərlənmiş şəxsi rahat nəfəs ala biləcəyi təmiz havaya, qapalı olmayan mühitə çıxarmaq, arxası üstə uzadıb yaxasını açmaq, başına və sinəsinə soyuq su ilə islanmış bez qoymaq, ağız boşluğunu selikdən təmizləmək lazımdır ki, hava yolları açılsın, boğulma hissi olmasın. Zərərçəkmiş özünə gəldikdə bədən hərarəti düşməyə meyilli olduğu üçün üstünü örtmək və isti içki vermək tövsiyə olunur". 
Həkimin sözlərinə görə, bədən çəkisi, yaş faktoru və orqanizmdən asılı olaraq dəm qazından zəhərlənmə hallarının ağırlıq dərəcəsi dəyişir. Uşaqlarda, yaşlılarda və yanaşı xəstəliyi olanlarda risk daha yüksəkdir. Onların bərpa müddəti də daha uzun vaxt alır.

 

Dizel yanacağı və benzinlə işləyən avtomobillər daha təhlükəlidir  

 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, sürücülərin avtomobillərdə dəm qazından zəhərlənmələrinin müxtəlif səbəbləri var: "Başlıca səbəbi isə avtomobildə katalizator sisteminin, zərərli qazların onun salonuna dolmasının qarşısını alan müəyyən qurğuların, cihazların sıradan çıxmasıdır. Hər bir sürücü məsuliyyətli olub zamanında servisə müraciət etməli, nə özünü, nə də sərnişinləri təhlükəyə atmalıdır".
E.Cəfərov bildirir ki, dəm qazından zəhərlənmə hallarına adətən, dizel yanacağı və benzinlə işləyən avtomobillərdə rast gəlinir: "Əgər avtomobilin qızdırıcı sistemi nasazdırsa, həmçinin qızdırıcı sistem uzun müddət qapalı mühitdə işləyirsə yanacaqdan ayrılan dəm qazından zəhərlənmə halları qaçılmazdır. Qızdırıcı sistemi işlək vəziyyətdə qoyub yatmaq ölümlə nəticələnə bilir. Havalandırma sistemində və səs boğucularda problem olanda dəm qazı salona dolur. Qapalı mühitlərdə, qarajlarda maşın işlək vəziyyətdədirsə havalandırmanı, qapı-pəncərəni açmaq lazımdır ki, hava sirkulyasiya etsin".
Avtomobillərdə dəm qazının ölçülməsinin mühüm amillərdən biri olduğunu vurğulayan ekspert bildirir ki, bu proses ölkəmizdə lazımi səviyyədə həyata keçirilir: "Bunu DYP həyata keçirir. Belə cihazlar ölkəmizdə çoxdan mövcuddur. Dəm qazının miqdarı avtomobillərdə 2 faizi keçməməlidir. Sürücülərimizə tövsiyə edirik ki, avtomobillərini yaşayış məntəqələrində mühərriki işlək vəziyyətdə saxlamasınlar. Avtomobilin dayanıqlı vəziyyətdə mühərrikinin işləməsi qadağandır. Xüsusən də qapalı ərazilərdə, qaraj və üstüörtülü parklanma yerlərində. Avtomobilin qurğularından atmosferə çıxan dəm qazı qapalı yerlərdə avtomobilin salonuna da dola bilər ki, bu da faciə deməkdir".

 

Ekoloji cəhətdən zərərli avtomobillərin idxalı qadağan edilib

 

E.Cəfərov deyir ki, Azərbaycanda "Avro4" ekoloji standartları tətbiq olunub: "Bu o deməkdir ki, ölkəmizə ekoloji cəhətdən zərərli olan avtomobillərin idxalı artıq qadağandır. Burada əsas məqsəd ölkəmizin "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in əsas bəndlərindən biri olan "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi"nə əməl edilməsidir. Dövlətimiz qarşısına məqsəd qoyub ki, 2030-cu ilə qədər respublikamız təmiz ətraf mühit, yaşıl artım ölkəsinə çevriləcək".
Bu məqsədə çatmaq üçün atmosferə buraxılan zərərli qazların miqdarını azaltmağın vacibliyini vurğulayan ekspert qeyd edir ki, ötən ildən ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istismarını stimullaşdıran addımlar atılıb: "Azərbaycana idxal olunan yeni elektromobillər gömrük rüsumlarından, hibrid avtomobillər gömrükdə idxal zamanı ƏDV-dən azad edilib. Belə növ avtomobil almaq istəyən vətəndaşlar üçün kredit şərtləri də sadələşdirilib. Bütün bunlar atmosferə zərər verməyən ekoloji təmiz avtomobillərin istifadəsini stimullaşdırır".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləklər şəhərində bağ salan, çiçək yetişdirən bağbanlar

09:20
07 Aprel

Əbədiyaşar musiqi, sınaqlarda keçən bəstəkar ömrü

09:15
07 Aprel

M.F.Axundzadə adına Milli Kitabxana həm bilik məbədimiz, həm də tarixi-memarlıq abidəmizdir

09:10
07 Aprel

Azərbaycan satirik mətbuatının zirvəsi 

09:05
07 Aprel

TDT hökumət başçılarının Bakı görüşü, EGYPS 2026-da əldə olunan razılaşmalar, "Rəqəmsal əkiz" layihəsinin təqdimatı

09:00
07 Aprel

Kənd təsərrüfatında rəqəmsallaşma və süni intellektin tətbiqi məsələləri müzakirə olunub

08:57
07 Aprel

Su bəşəriyyəti sınağa çəkir

08:55
07 Aprel

Sağlamlığını qorumaq hər kəsin hüququdur

08:50
07 Aprel

Zərgər dəqiqliyi, həkim ürəyi

08:45
07 Aprel

Gələcəyin təməli: məktəbəqədər təhsil müəssisələrinə dövlət qayğısı

08:40
07 Aprel

Xülyası puç olan faşist 

08:35
07 Aprel

"Real Ermənistan" xəstə təfəkkürə qarşı

08:30
07 Aprel

Əməyin ödənilməsində gender bərabərliyi daha effektiv təmin olunacaq

08:25
07 Aprel

Milli Məclisin futbol komandası beynəlxalq turnirdə gümüş medal qazanıb

08:20
07 Aprel

Milli Məclisin komitələrinin birgə iclası keçirilib

08:15
07 Aprel

Mehriban qonşuluq, nümunəvi tərəfdaşlıq

08:10
07 Aprel

Qarabağ üzərindən siyasi spekulyasiya qəbuledilməzdir

08:05
07 Aprel

TDT institusional və funksional baxımdan yeni mərhələyə qədəm qoyur

08:00
07 Aprel

“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 4 iyul tarixli 289 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:54
07 Aprel

ABŞ Prezidenti: NATO-nun nüfuzuna dəyən ləkə yaddaşımdan silinməyəcək

00:50
07 Aprel

Ukrayna Rusiyaya enerji atəşkəsi təklifini çatdırıb

23:08
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!