16 May 2024 08:15
504
SİYASƏT
A- A+
ATƏT-in fəaliyyətsiz təsisatlarının ləğvi ilə bağlı tələbimiz haqlıdır

ATƏT-in fəaliyyətsiz təsisatlarının ləğvi ilə bağlı tələbimiz haqlıdır

 

"Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun və onun bəzi təsisatlarının ləğvinin vaxtının gəlib çatdığını, bu ilin fevralında sözügedən təşkilatın baş katibi xanım Şmidlə Münxendəki görüşündə də demişdi. Minsk qrupuna həmsədrlik edənlərin və ümumiyyətlə, ATƏT-i təsiri altında saxlayan böyük güclərin sözügedən təsisatların ləğv olunmasını qətiyyən istəmədiklərini bilə-bilə dövlət başçısının bu məsələni ikinci dəfə gündəmə gətirməsi bu tələbin tezliklə reallaşacağını göstərir".
Bu fikirləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib. Deputat qeyd edib ki, nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri mayın 14-də Kopenhagendəki açıqlamasında Azərbaycanla əldə olunan razılaşmaları sülh anlaşmasına daxil etməyin və müqaviləni imzalamağın vaxtının çatdığını bildirib: "Bundan öncə isə həmin Paşinyan Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu dəfələrlə dilə gətirib. İndi Qarabağda hay əsillilər, demək olar ki, qalmayıb, onlar özləri bizim torpaqlarımızı tərk ediblər. Belə vəziyyətdə aydın olur ki, sözügedən təsisatların fəaliyyət göstərmələri üçün zərrə qədər əsasları yoxdur".
Minsk qrupunun, əslində, heç bir mandatının olmadığını xatırladan deputat əlavə edib: "Ümumiyyətlə, bu təsisat qrup olaraq da yaradılmayıb. 1992-ci ildə Azərbaycanla Ermənistan, o zaman ATƏM adlandırılan ATƏT-ə üzv qəbul edilərkən iki ölkə arasında konfliktin aradan qaldırılması üçün Minskdə konfrans keçirmək qərarına gəlinib. Lakin həmin qərarın ardınca Ermənistan Azərbaycanın digər ərazilərini də işğal etməyə başladığına görə konfrans baş tutmayıb. O zamandan bəri də həmin qrupa üzv olan dövlətlər heç zaman bir yerə yığışmayıblar. Sadəcə olaraq, Minsk qrupuna həmsədrlik edənlərin mandatı təsdiqlənib".
Sahib Alıyevin sözlərinə görə, hazırda Dağlıq Qarabağ münaqişəsi olmadığına görə ATƏT təsisatlarının uzun illər heç bir nəticə verməyən fəaliyyətinə də ehtiyac yoxdur: "Azərbaycanla Ermənistan ikitərəfli danışıqlar nəticəsində sülh anlaşmasının bir addımlığındadırlar. Bu sülh razılaşmaları isə Minsk qrupu həmsədrlərinin səyləri nəticəsində deyil, əksinə, onların dirənişlərinə rəğmən baş verir". 
Deputat yekunda bildirib ki, Prezidentin ATƏT təsisatlarının ləğvi ilə bağlı fikirləri haqlı tələbdir: "Biz Vətən müharibəsində zəfər qazanmaqla torpaqlarımızın işğalda qalmasını arzulayanları fakt qarşısında qoyduğumuz kimi, bu gün də Minsk qrupu və ona bağlı təsisatların mövcudluğunda maraqlı olanları da fakt qarşısında qoyacağıq".

N.QAFARZADƏ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!