01 İyun 2025 08:55
1145
Mədəniyyət
A- A+
Ankarada "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisinin açılışı olub

Ankarada "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisinin açılışı olub


Ankara Rəsm və Heykəllər Muzeyində Mirzə Qədim İrəvaniyə dair "Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisinin açılışı və "Cənnət yuxusu" filminin nümayişi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan dəzgah boyakarlığının banisi, görkəmli rəssam Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibətilə təşkil olunan tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi və Türkiyədəki səfirliyimiz nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin birgə səyləri ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan Azərbaycanın mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, İrəvan xanlığı hər zaman zəngin mədəniyyəti, yüksək dövlətçilik və maarifçilik ənənələri, milli-mənəvi dəyərlərin qorunub saxlanılması ilə seçilib. "Burada doğulmuş, fəaliyyət göstərmiş sənətkarlar, alimlər, şairlər nəinki öz dövrü, həm də onlardan sonra gələn nəsillər üçün zəngin irs qoyub gediblər", - deyə nazir müavini vurğulayıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycanda formalaşmış Azərbaycan mədəni mühitinin ən parlaq nümayəndələrindən biri olan, XIX əsrdə İrəvanda yaşamış görkəmli rəssam, portretçi, ornamentçi Mirzə Qədim İrəvani müasir Azərbaycan panel rəssamlığının əsasını qoyaraq Şərq və Qərb rəssamlığını sintez edib, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklərlə yadda qalıb.

"Təəssüf ki, XX əsrin əvvəllərindən başlayaraq azərbaycanlıların bu torpaqlardan kütləvi deportasiyası nəticəsində Qərbi Azərbaycanın çoxəsrlik tarixi-mədəni irsi ciddi təhdid altına düşüb, bir çox tarixi-mədəni abidə, sənət əsəri məhv edilib, ya da saxtalaşdırılaraq erməniləşdirilib", - deyə S.Yusifova bildirib.

O qeyd edib ki, taleyin bu ağır sınaqlarına baxmayaraq, Mirzə Qədim İrəvaninin yaradıcılığı Azərbaycan mədəniyyətində dərin iz qoyub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ildə Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinin qeyd edilməsi ilə bağlı sərəncam imzaladığını xatırladan nazir müavini tədbir çərçivəsində nümayiş olunan "Cənnət yuxusu" filmindən də danışıb.

Daha sonra çıxış edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam bildirib ki, bu kimi sərgilər ümumi yaddaşın yaşadılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

"Xalqlarımızın kökləri nə qədər məhv edilməyə çalışılsa da, sağlamdır. Bugünkü sərgi bunun ən gözəl sübutudur. Bütün çətinliklərə baxmayaraq, biz yenə də ayağa qalxırıq, ilahi ədalət öz yerini tapır", - deyə S.Çam vurğulayıb.

İki qardaş ölkənin rəsmiləri sərginin açılış rəmzi olan lenti kəsiblər. Tədbir iştirakçıları sərgi ekspozisiyası ilə tanış olublar.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal edilən, Mirzə Qədim İrəvaninin sənət irsinə həsr olunmuş "Cənnət yuxusu" bədii-sənədli filmi sənətsevərlərin böyük marağına səbəb olub.

Qeyd olunub ki, bu film vasitəsilə yalnız Mirzə Qədim İrəvaninin bənzərsiz yaradıcılığı deyil, həmçinin tarixi Azərbaycan torpaqlarında yaradılmış, indiki Ermənistandan deportasiya edilmiş azərbaycanlıların və onların yaratdığı irsin faciəli taleyi təqdim edilib.

"Mədəni yaddaşımızda Qərbi Azərbaycan" sərgisi Türkiyə paytaxtında iyulun 18-nə qədər davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!