04 İyul 2026 10:29
193
Məktublar
A- A+
Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  


Hörmətli cənab Prezident,

Əlamətdar tarix – Amerika Birləşmiş Ştatlarının müstəqilliyinin 250-ci ildönümü münasibətilə Sizi və Sizin simanızda dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Azadlıq uğrunda mübarizənin, yenilməz iradənin və demokratiyanın rəmzinə çevrilmiş İstiqlaliyyət Bəyannaməsinin iki yüz əlli il əvvəl 4 iyul tarixində imzalanması ilə müstəqilliyini elan etmiş Amerika Birləşmiş Ştatları təkcə yerləşdiyi qitədə deyil, bütövlükdə dünyada yeni nizamın qurulmasına təkan verdi. Ötən dövr ərzində şanlı inkişaf yolu keçmiş Birləşmiş Ştatlar bu gün qlobal arenada hər bir cəhətdən güclü və qüdrətli dövlətdir. Hazırda Sizin əzmlə və qətiyyətlə həyata keçirdiyiniz siyasət sayəsində ölkənizin əldə etdiyi möhtəşəm nailiyyətlərin sayı artır, beynəlxalq aləmdə liderliyi, etibarı və yüksək nüfuzu daha da möhkəmlənir.

Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.

Biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Hörmətli cənab Prezident,

Biz Azərbaycan ilə Birləşmiş Ştatlar arasında böyük potensiala malik qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət veririk. Əminəm ki, bu potensialdan və mövcud imkanlardan tam bəhrələnərək birgə səylərimizlə dövlətlərarası münasibətlərimizin möhkəmlənməsinə, strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.

Bu şanlı yubiley günündə bir daha Sizə ən səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər və yeni-yeni nailiyyətlər, Amerika Birləşmiş Ştatlarının dost xalqına daim əmin-amanlıq, firavanlıq və rifah arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Marta Kos: Azərbaycan-Ermənistan-Türkiyə nəqliyyat əlaqələri daimi sülhə kömək edəcək  

16:13
04 İyul

“Kənddən Şəhərə”: Şərqi Zəngəzurda yetişdirilən məhsullar Bakıda satışa çıxarılıb

15:37
04 İyul

ATƏT PA Gürcüstanla bağlı tənqidi qətnamə qəbul edəcək

15:06
04 İyul

Avropa çempionatında 10 medal qazanan Azərbaycan cüdoçuları Vətənə qayıdıb  

14:34
04 İyul

İmişlidə 3,2 maqnitudalı zəlzələ qeydə alınıb

14:29
04 İyul

Nazirlik: Abşeron ərazisində müşahidə edilən çəyirtkələrlə bağlı vəziyyət nəzarət altındadır  

14:07
04 İyul

Bazar günü temperatur 36 dərəcəyə yüksələcək - Proqnoz

13:39
04 İyul

“Abşeron” sağlamlıq və istirahət mərkəzinin ərazisində ekoloji aksiya

12:52
04 İyul

DİN: İtkin düşən 9 nəfər tapılıb

11:47
04 İyul

“Sağlam məhəllə” layihəsi çərçivəsində bölgələrdə idman zonaları istifadəyə verilib  

11:39
04 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

11:03
04 İyul

Prezident İlham Əliyev: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur  

10:34
04 İyul

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa  

10:29
04 İyul

Əlahiddə Ümumqoşun Orduda hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başa çatıb 

10:19
04 İyul

Dünya çempionatı: 1/8 final mərhələsinin cütlükləri və oyun cədvəli

10:02
04 İyul

Azərbaycan nefti bahalaşıb

09:49
04 İyul

Dünya çempionatı: Kolumbiya millisi Qananı məğlub edib

09:43
04 İyul

Dünya çempionatı: Argentina millisi Kabo Verdeni məğlub edərək 1/8 finala vəsiqə qazanıb  

09:32
04 İyul

Dünya çempionatı: Misir millisi 1/8 finala vəsiqə qazanıb

09:31
04 İyul

Azərbaycanın rəqəmsal transformasiya mərhələsinin strateji yol xəritəsi  

09:29
04 İyul

Fransa Hörmüz boğazında təhlükəsizliyi gücləndirmək üçün hərbi qüvvələr göndərib  

09:23
04 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!