16 May 2025 09:05
513
Mədəniyyət
A- A+
Amansızlığı ilə tarixdə iz qoyub 

Amansızlığı ilə tarixdə iz qoyub 


Deyirlər ki, keçmiş həm də müəyyən əxlaqların tarixidir. Bu baxımdan tədqiqatçıların, tarixçilərin keçmişə müstəsna həssaslığı və marağı təsadüfi deyil. Yaxın keçmişimizin sərt, acı təcrübəsi ilə aşkarlanan ibrətli, əxlaqi dərs odur ki, bütün zamanlarda yanlış ideoloji təlimlər, saxta nəzəriyyələr və siyasi konsepsiyalar cəmiyyətə böyük zərbələr vurmuşdur. Bu isə hər şeydən əvvəl şəxsiyyət və istedad itkilərinə, mənəvi dəyərlərin, əxlaqi sərvətlərin gözdən düşməsinə, sosial məsuliyyətsizliyə gətirib çıxarmışdır. Xüsusilə şəxsiyyətə pərəstiş dövründə məhv olan əxlaqi dəyərlər və sərvətlər fiziki ölümlərdən qat-qat çox olmuşdur. 

O dövrdə hakimiyyətdə  oturmuş dövlət xadimləri görünməmiş vəhşiliklərlə öz bildiklərini edir, qeyri-adi düşünən beyinləri bir ucdan məhv edirdilər. Belə insanlardan biri də SSRİ-nin siyasi elitasında mürəkkəb və dözülməz xarakteri ilə fərqlənən Lev Zaxaroviç Mexlis olmuşdur. Bu şəxs kimdir? O, SSRİ Xalq Komissarları Soveti sədrinin müavini, sovet dövlət və hərbi-siyasi xadimi, general-polkovnik və Stalinin ən yaxın köməkçisi vəzifəsində çalışıb. O dövrün tədqiqatçıları bu insanı Stalinin "şəhadət barmağı" adlandırmışdılar. Lev Mexlis siyasi karyerasında sürətlə irəliləyib və onun daha yüksək vəzifələrə təyinatı həmişə İosif Stalinin təşəbbüsü ilə olub. Rus imperator ordusunda yefreytor rütbəsi daşıyıb, sovet ordusunda general-polkovnik rütbəsinədək gəlib çatıb.

Lev Mexlis 1889-cu ildə Odessada yəhudi ailəsində anadan olub. Kommersiya məktəbində altı il təhsil alıb, evlərdə müəllimlik edib, ayrı-ayrı idarələrdə icraçı işləyib. 1911-ci ildə imperator ordusunda xidmətə başlayıb. 1918-ci ildə Mexlis gələcək karyerasını qurmaq üçün bolşeviklər partiyasına daxil olub və qırmızı ordunun siyasi işlər idarəsində xidmət keçib. O, əvvəlcə briqada komissarı, daha sonra diviziya komissarı vəzifəsində xidmət edib.

Moskva Dövlət Universitetini bitirdikdən sonra L.Mexlis fəaliyyətini Xalq Komissarları Sovetində davam etdirib, 1922-ci ildə isə o, Mərkəzi Komitə katibliyinin büro müdiri vəzifəsinə təyinat alıb. Bu vəzifə faktiki olaraq Stalinin köməkçisi vəzifəsi sayılıb. Elə həmin dövrdə də onun Stalinlə yaxın münasibətləri yaranıb.

1926-1930-cu illərdə Mexlis Kommunist Akademiyasında təhsilini davam etdirib, doktorluq işi müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.

Təhsilini başa vurduqdan sonra Stalinin təşəbbüsü ilə Mexlis Mərkəzi Komitədə Mətbuat və informasiya şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bu vəzifədə bir il işlədikdən sonra "Pravda" qəzetinin baş redaktoru kimi fəaliyyətə başlayıb. Sovet dövründə bu vəzifə kifayət qədər yüksək post sayılıb. 

Mexlis "Pravda" qəzetinin baş redaktoru işləyərkən xarakterini, gücünü, səlahiyyətlərini, bir sözlə, çətin insan olduğunu göstərməyə başlayıb. "Böyük təmizlik" illərində  çoxları "Pravda"nın məqalələri sayəsində həyatları ilə vidalaşıblar. Mexlis ölkənin birinci qəzetinin rəhbəri kimi bütün məsələlərə müdaxilə edib, partiya rəhbərlərinin fəaliyyətindən tutmuş zavod və fabriklərin işinə qədər. Hətta yüksək dövlət məmurları Mexlisdən uzaq gəzib, onun toruna düşməməyə çalışıblar.

1937-ci ildə Mexlis müdafiə komissarının (nazirinin) müavini, ordunun baş siyasi idarəsinin rəisi təyin edilib. Sovet tarixində bu ərəfə orduda repressiya dövrü kimi yadda qalıb. Tədqiqatçılar yazırlar ki, elə Stalin Mexlisi də bu vəzifəyə repressiyaları həyata keçirmək üçün təyin edib. O, üzərinə düşən bu "missiya"nı yüksək səviyyədə həyata keçirib.

Müharibə illərində Mexlis bir çox cəbhənin hərbi şuralarının üzvü olub. Neçə-neçə general onun Stalinə ünvanladığı məxfi arayışların qurbanı olub.

1942-ci ildə Kerç faciəsində bu insanın böyük günahı olub. Mexlis Stalinə göndərdiyi hesabatda baş verənlərə görə cəbhə komandiri D.T.Kozlovu günahlandırırdı. Cavabında Stalin Mexlisə yazırdı: "Siz Krım cəbhəsinin işlərinə cavabdeh olmayan qəribə bir kənar müşahidəçi mövqeyi tutmaqdasınız... Siz Krım cəbhəsinə dövlət nəzarətçisi kimi yox, Baş Komandanlığın məsul nümayəndəsi kimi göndərilmisiniz. Siz bizim Kozlovu Hindenburq tipli birisi ilə əvəzləməyimizi tələb edirsiniz. Amma siz bilməyə bilməzsiniz ki, bizim ehtiyatda hindenburqlarımız yoxdur. Krımdakı işlərimiz mürəkkəb deyil və onların öhdəsindən özünüz də gələ bilərsiniz. Əgər siz hücum aviasiyasından əlavə işlər üçün deyil, düşmənin tanklarına və canlı qüvvəsinə qarşı istifadə etsəydiniz, düşmən cəbhəni yara bilməz, tanklar müdafiə xəttini aşıb keçməzdi. İki ay Krım cəbhəsində heç bir nəticəsiz oturaraq belə sadə şeyi başa düşmək üçün Hindenburq olmaq lazım deyil".  

L.Z.Mexlis o zaman Xalq Müdafiə Komissarının müavini və Qızıl Ordunun Baş Siyasi İdarəsinin rəisi vəzifələrindən kənarlaşdırıldı və rütbəsi korpus komissarınadək endirildi.

 Müharibəni çoxsaylı orden və medalla başa vuran Mexlis 1946-cı ildə yenə də Stalinin təşəbbüsü ilə yeni yaradılmış SSRİ Dövlət Nəzarəti Nazirliyinə nazir vəzifəsinə təyin olunub. O, bu vəzifədə özünü ölkədə ikinci şəxs qədər səlahiyyətli sayıb və xüsusən dövlət məmurları üçün əsl problemə çevrilib. Tədqiqatçılar yazırlar ki, Stalin bu təyinatı da məqsədli şəkildə edib - məmurları qorxu içərisində saxlamaq üçün. O, rəhbər şəxslər haqqında Stalinə məlumatlar verib, Stalin isə onları anındaca məhv edib.

 Mexlisi eyni dövrdə onunla işləyənlər yalnız mənfi tərəfdən xarakterizə ediblər. 

Nikita Xruşov onun haqqında yazırdı: "O, hər yerdə hamıya düşmən və ziyanverici kimi baxırdı..." Vyaçeslav Molotov: "Mexlis iş məhsuldarlığının dərəcəsini cəzaların sayı ilə ölçürdü". Georgi Jukov: "Mexlis əsəbi, hisslərini cilovlamağı bacarmayan, qərarlar çıxararkən tələskənliyə yol verən uğursuz bir kadr idi. O, heç vaxt özünə arxayın olmayıb. Onu arxayın edən Stalin olub..."

Elə Stalinin özü də Mexlisin əsl kimliyinə yaxşı bələd olub. O, bu insandan məhz nələrisə dağıtmaq, kimlərisə məhv etmək üçün istifadə edib.

Mexlis 1950-ci ildə insult keçirdikdən sonra nazir vəzifəsindən istefa verib.  1953-cü ilin fevralında 64 yaşında vəfat edib. 


Hazırladı:

İ.ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub  

01:01
16 İyun

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

00:17
16 İyun

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir  

22:46
15 İyun

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

22:29
15 İyun

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb  

21:39
15 İyun

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

21:33
15 İyun

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm  

21:19
15 İyun

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

21:06
15 İyun

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib  

20:50
15 İyun

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram  

20:48
15 İyun

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib  

20:26
15 İyun

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib  

20:13
15 İyun

İranda 2 nəfər casus ələ keçirilib

19:47
15 İyun

Roma Papası dünyada sülh üçün çağırış edib  

19:35
15 İyun

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb  

19:26
15 İyun

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

18:41
15 İyun

İran İsrailə 50 ballistik raket atıb

18:40
15 İyun

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

18:38
15 İyun

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

17:53
15 İyun

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

17:34
15 İyun

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

16:57
15 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!