30 Sentyabr 2026 17:17
103
SİYASƏT
A- A+
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib  

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib  


Sentyabrın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının ilk plenar iclası keçirilib.

Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov sessiyanı açıq elan etdikdən sonra Dövlət Himni səsləndirilib.

Sonra Ali Məclis sədrinin birinci müavini qeyd edib ki, ötən ay Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Bu, Prezidentin Naxçıvana 17-ci səfəri idi. Səfər çərçivəsində bir sıra sosial və iqtisadi obyektlərin açılışı olub, o cümlədən yeni layihələrin təməli qoyulub. Sözsüz ki, həyata keçirilən bu tədbirlər Naxçıvanda iqtisadi fəallığın artırılmasına, müasir infrastrukturun formalaşdırılmasına, sahibkarlıq və investisiya imkanlarının, eləcə də nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsinə, enerji və su təminatının yaxşılaşdırılmasına xidmət edir.

Bəxtiyar Məmmədov diqqətə çatdırıb ki, Naxçıvanın gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyan məsələlərdən biri də Zəngəzur dəhlizidir. Dövlət başçısının da səfər zamanı verdiyi müsahibədə ifadə etdiyi kimi, Zəngəzur dəhlizinin reallaşdırılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin yeni mərhələdə inkişafını təmin etməklə, muxtar respublikanın ölkənin və regionun nəqliyyat sisteminə daha sıx inteqrasiyasına şərait yaradacaq, eyni zamanda, Naxçıvanın tranzit əhəmiyyətinin artmasına mühüm töhfə verəcək. Bu dəhlizin açılması Naxçıvanın enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi baxımından da mühüm hadisədir. Bütün bunlar göstərir ki, muxtar respublikanın müxtəlif istiqamətlər üzrə hərtərəfli inkişafının təmin edilməsi hər zaman dövlətimizin diqqətindədir.

Bu baxımdan Prezidentin səfərindən dərhal sonra imzaladığı müvafiq Sərəncamla Naxçıvanda enerji, yol, nəqliyyat, təhsil və sosial infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması bu diqqətin bariz nümunəsidir.

Bəxtiyar Məmmədov əminliyini bildirərək qeyd edib ki, dövlətimizin xüsusi qayğısı və diqqəti sayəsində qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası nəticəsində Naxçıvan daha da inkişaf edəcək, muxtar respublikanın sosial-iqtisadi potensialı daha da artacaq.

Sonra Ali Məclisin deputatları Canməmməd Canməmmədov, Emin Şıxəliyev, Azad Novruzov, Məmməd Məmmədov və Qafar Qənbərov çıxış edərək Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfərinin əhəmiyyətindən danışıblar. Deputatlar dövlət başçısının diqqəti və qayğısı nəticəsində Naxçıvanın müdafiə potensialının gücləndirilməsi, enerji mənbələrinin şaxələndirilməsi, sənayeləşmə, tarixi-mədəni irsin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində görülən tədbirlərdən bəhs ediblər.

Vurğulanıb ki, dövlət başçısının səfər çərçivəsində verdiyi bəyanatlar muxtar respublikanın gələcək inkişafının yol xəritəsidir.

Sonra Bəxtiyar Məmmədov iclasın gündəliyində duran məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi barədə olduğunu bildirib.

Gündəlik qəbul olunduqdan sonra “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin payız sessiyasının ilk plenar iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mingəçevirdə 2300 yeni iş yeri yaradılacaq

17:21
30 Sentyabr

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib  

17:17
30 Sentyabr

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb  

17:16
30 Sentyabr

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

17:15
30 Sentyabr

UNEC THE WUR 2027 reytinqində ölkədə birincidir!

17:14
30 Sentyabr

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

17:13
30 Sentyabr

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

17:07
30 Sentyabr

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb  

16:57
30 Sentyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  

16:57
30 Sentyabr

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib  

16:39
30 Sentyabr

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir  

16:37
30 Sentyabr

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

16:11
30 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

15:28
30 Sentyabr

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb  

14:03
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!