30 Sentyabr 2026 16:57
102
SİYASƏT
A- A+
Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  


Qələbəmizi təmin edən amillərdəndir 


Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi altında rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 30 ilə yaxın davam edən işğala, qəsbə son qoydu. Azərbaycan Silahlı Qüvvələrinin döyüşlər zamanı həyata keçirdiyi “Qisas”, “Qətiyyətli cavab” və 19-20 sentyabr 2023-cü ildəki antiterror əməliyyatları nəticəsində Qarabağ Ermənistan silahlı qüvvələrinin tör-töküntülərindən və erməni sepatarçılarından təmizləndi. Qazanılmış Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Haqq-ədalət gec də olsa, yerini tapdı. Bu gün də şanlı Azərbaycan Ordusu ölkəmizə qarşı olacaq bütün təxribatların qarşısını almaq gücündə və qətiyyətindədir. 

Təbbidir ki, düşmən üzərində uğurlar asanlıqla qazanılmır. Ordu nə qədər müasir silahlarla təmin edilərsə, o qədər güclü və qüdrətli olur. Cəbhədə döyüşən əsgər düşməni daha tez məğlub edir. İkinci Qarabağ müharibəsində də erməni işğalçıları üzərində Zəfər zabit və əsgərlərimizin igidliyi və qəhrəmanlığı ilə yanaşı, həm də ən müasir silahlarla silahlanmalarının hesabına əldə olundu. Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən islahatlar nəticəsində dövlətimizin iqtisadi və maliyyə imkanları artdıqca ordumuzun maddi-texniki bazası da möhkəmlənir. Ordumuz ən müasir silah və avadanlıqlarla, zirehli texnikalarla, müxtəlif döyüş vasitələri ilə təmin olunur. Elə bu yüksək təminatın nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları ilə bir sırada dayanır. 

Ordumuzu daha da gücləndirmək, ən müasir silah-sursatlarla, döyüş vasitələri təmin etmək məqsədi ilə ölkəmzizin müdafiə sənayesi də daim inkişaf etdirilir. Bu sahədə uğurlu islahatlar həyata keçirilir. Son illər qlobal iqtisadi çağırışlara cavab olaraq bu sahədə həyata keçirilmiş, konkret hədəflərə hesablanmış məqsədyönlü tədbirlər nəticəsində ölkədə iqtisadiyyatın digər sektorları kimi sənaye infrastrukturu da xeyli təkmilləşdirilmiş və inkişaf etdirilmişdir. Müdafiə sənayesinin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.

Ölkəmizin müdafiəsini təmin etmək, ordumuzun maddi-texniki bazasını daha da gücləndirmək məqsədilə 2003-cü ildə Prezident Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikası müdafiə sənayesi müəssisələrinin 2003-2005-ci illərdə inkişafına dair Dövlət Proqramı" təsdiq edilib. Bu proqramda hərbi sahədə kənardan asılılığın azaldılması və Silahlı Qüvvələrimizin yeni məhsullarla təminatı nəzərdə tutulurdu. Prezident İlham Əliyevin  16 dekabr 2005-ci il tarixli sərəncamına əsasən, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi ləğv edilib və onun bazasında Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi yaradılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından sonra ölkəmizdə bu sahənin inkişafı demək olar ki, yeni mərhələyə qədəm qoydu. Bu sahənin inkişaf etdirilməsi üçün yeni perspektivlər açıldı. Müdafiə Sənayesi Nazirliyi qəbul edilmiş strateji proqram və planlar üzrə Silahlı Qüvvələrin imkan və qabiliyyətinin qarşıda dyanan mühüm vəzifələrə uyğun inkişaf etdirilməsi üçün zəruri silah, hərbi və xüsusia texnika növlərinin tətbiqinə, onların yerli istehsalına başladı.  Nazirliyin 

“İqlim" Elmi İstehsalat, "Telemexanika", "Peyk", "Azon",  "Alov", Elektron Hesablayıcı Maşınlar və "Radioquraşdırma" , "Dalğa", "Araz" , "Avia-Aqreqat, "Sənayecihaz"  kimi müəssisə və zavodlarında Silahlı Qüvvələrimizi müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla təmin etmək üçün onlarca yeni istehsalat sahələri yaradıldı.

Hər şeydən əvvəl Azərbaycan Ordusunu atıcı silahlara olan tələbatı nəzərə alınaraq, piyada və tank əleyhinə minaların, qumbaraatanların, minaatanların, müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalına başlanıldı. "Zəfər", "Zəfər-K", "İnam" tapançaları, PKT, PKM, pulemyotları, "Mübariz", "İstiqlal", "Yalquzaq", "Yırtıcı"  snayper tüfəngləri, "Boran" artilleriya qurğusu, "Qaya" tank əleyhinə əl qumbaraatanları, "Komando" tipli "Aşırım" minaatanları,  "Matador" və "Marauder" zirehli hərbi texnikaları hazırlandı. 

Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının - PUA-ların yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. "Zərbə" , "Orbiter 1", "Orbiter 1 KM" (İti qovan), "Orbiter 2",  "Orbiter 3" kimi PUA-lar məhz milli müdafiə sənayemizin uğurlarıdır. 

Müntəzəm olaraq Bakı-Ekspo Mərkəzində təşkil olunan silah sərgilərində ölkəmizdə istehsal olunan döyüş vasitələri, silah-sursat, optik cihazlar, zirehli tenikalar, müxtəlif təyinatlı pilotsuz uçuş aparatları da nümayiş etdirilir. İftixarla qeyd etmək olar ki, müdafiə sənayemizin son nailiyyətləri keçirilən sərgilərdə böyük maraqla qarşılanır, mütəxəssislərin diqqətini cəlb edir. Bu, bir daha göstərir ki, ölkəmizdə müdafiə sənayesi daim inkişaf edir, təkmilləşir. Müdafiə sənayemiz dünyanın ən aparıcı dövlətlərinin istehsalından geri qalmır, hələ bir ölkələri də qabaqlayır.  

Bu gün Bakı Ekspo Mərkəzində “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi keçirilir. Sərgidə ölkəmizin müdafiə sənayesinin məhsulları da nümayiş etdirilir. Belə sərgilərin keçirilməsi müdafiə sənayesinin inkişafına, yeni istehsal sahələrinin yaradılmasına, qarşlıqlı əməkdaşlığa müsbət töhfələr verir. 

Prezident İlham Əliyev “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına ünvanladığı müraciətdə bu vacib sahəyə diqqət yetirərək demişdir: “Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. “ADEX” sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır”.

İnanırıq ki, əvvəlki sərgilərdə olduğu kimi bu dəfə də ölkəmizin müdafiə sənayesinin məhsulları hərbi ekspertlər, peşəkar mütəxəssilər və bu sahənin şirkətləri tərəfindən yüksək qiymətləndiriləcək. Müdafiə sənayemizin inkişafı ölkəmizin adına böyük uğurlar qazandıracaq.    


Vahid MƏHƏRRƏMOV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

UNEC THE WUR 2027 reytinqində ölkədə birincidir!

17:14
30 Sentyabr

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

17:13
30 Sentyabr

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

17:07
30 Sentyabr

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb  

16:57
30 Sentyabr

Azərbaycanın müdafiə sənayesi sürətli inkişafdadır  

16:57
30 Sentyabr

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib  

16:39
30 Sentyabr

U-15 dünya çempionatının Azərbaycana həvalə olunması zəngin təcrübədən xəbər verir  

16:37
30 Sentyabr

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

16:11
30 Sentyabr

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

15:28
30 Sentyabr

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir  

14:57
30 Sentyabr

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO  

14:28
30 Sentyabr

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

14:24
30 Sentyabr

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

14:16
30 Sentyabr

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur

14:13
30 Sentyabr

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB 

14:09
30 Sentyabr

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb  

14:06
30 Sentyabr

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb  

14:03
30 Sentyabr

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

13:42
30 Sentyabr

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

13:39
30 Sentyabr

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

13:39
30 Sentyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

13:37
30 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!