07 İyul 2024 08:25
1308
Mədəniyyət
A- A+
Aida Mahmudova fəaliyyətinə yenidən başlayan "YAY" Qalereyasının açılışında iştirak edib

Aida Mahmudova fəaliyyətinə yenidən başlayan "YAY" Qalereyasının açılışında iştirak edib

 

İncəsənət insan hisslərini təsvir edən vasitədir. Bəzən insanlar sözlərlə ifadə edə bilmədikləri hisslərini çox rahatlıqla rəsmdə təsvir edə bilirlər. Sözsüz ki, hər şey incəsənətdir, əsas məsələ isə onu görməkdir.
Günümüzdə incəsənətə yeni texnoloji anlam gəlib. Bu müasirlik bizim xeyrimizə olduğu qədər, həm də dövrümüzün yaradıcılığını bizə təqdim edir. Bunu bizə hiss etdirən "YAY" Qalereyası böyük məmnuniyyətlə yenidən açılışını elan edir. 
İyulun 5-də "YAY" Qalereyasında "Hər şey yaxşı olacaq: Sabah və ya nə vaxtsa" adlı qrup sərgisinin açılışı olub. Açılışda iştirak edən "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova da qrup sərgisində olan rəssamlardan biridir. 
Sərginin açılışından əvvəl sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, müxtəlif medialarda çalışan və fərqli təcrübələri olan səkkiz rəssam bu sərgidə bir araya gəlib. 
Qeyd edilib ki, bu dəfə Rasim Babayev, Elşən Baba, Orxan Hüseynov, Tərlan Qorçu, Aida Mahmudova, Qafar Rzayev, Zamir Süleymanov və CHINGIZ-in əsərlərindən ibarət qrup sərgisi təqdim olunub. 
Z.Məmmədova diqqətə çatdırıb ki, sərginin başlıca məqsədi müəyyən "düşüncə toxumlarının" cücərməsinə sövq etmək, insanları çətin dövrlərdə incəsənətin gücünə inanmağa vadar etməkdir. 
Sərginin açılışında çıxış edən "YARAT" Müasir İncəsənət Məkanının baş kuratoru, sənətşünas Fərəh Ələkbərli başda "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova olmaqla, sərgidə əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Sərgi ilə tanış olan qonaqlara burada müasir dilemmalardan tutmuş introspektiv səyahətlərə qədər geniş mövzuları araşdırmaq təklif olunur. Rəssamlar zaman və məkan anlayışının mürəkkəblikləri arasında məna axtarmaqla liminal məkanları, həmçinin bizim kim olduğumuzu və əqidəmizi götür-qoy etməyə məcbur edərək identiklik və kimlik məsələsini araşdırırlar. 
Ekspozisiya özündə rəssam "gündəliyini" ehtiva edir. Bu gündəlik bəlkə də rəssamın şəxsən özü üçün məna kəsb edir, amma eyni zamanda tamaşaçı üçün rezonans doğurur və kollektiv təcrübəni əks etdirir.
Sərgi tamaşaçıları incəsənətin dəyişikliklərə səbəb olmaq kimi əzmini və qüdrətini nəzərdən keçirməyə məcbur etməklə, "incəsənət eyni zamanda həm güzgü, həm də bir vasitədir" düşüncəsi ilə üz-üzə qoyur. 
Əsərlərdə bizim ictimai-siyasi reallığımız ilə dialoq, ruhumuza ünvanlanan və onunla danışan səmimi, açıq bir söhbət var. Burada suallar yaranır, onlar bizi konflikt və xaosu nəzərdən keçirməyə, həmçinin daxili aləmdə gözəllik və məqsəd tapmağa məcbur edir... Hər bir rəssam özünəməxsus şəkildə öz dövrünün həqiqət carçısı sayıla bilər və bizi öz hekayələrində məna tapmağa dəvət edir. 
Sənətsevər qonaqların sərgi ilə tanışlığından sonra möhtəşəm konsert proqramı təqdim edilib.
Sərgi dekabrın 8-dək davam edəcək.  
Qeyd edək ki, 2012-ci ildə yaradılmış "YAY" Qalereyası UNESCO-nun dünya irsi siyahısına daxil olan Bakının qədim İçərişəhərində yerləşir.
Qalereya Azərbaycanda incəsənət infrastrukturunu dəstəkləmək öhdəliyi çərçivəsində qeyri-kommersiya təşkilatı olan "YARAT" Müasir İncəsənət Məkanı tərəfindən təsis edilib.
"YAY" Qalereyasının əsas fəaliyyəti Azərbaycan və digər ölkələrdən olan istedadlı və perspektivli gənc rəssamların, tanınmış və təcrübəli sənətçilərin əsərlərindən ibarət sərgi-satış tədbirlərinin keçirilməsinə yönəlib.
Qalereya incəsənət nümunələrinin satışından əldə edilən gəlirləri rəssamlar və "YARAT" təşkilatı arasında bölüşdürür.
"YAY" Qalereyasının digər prioritetlərindən biri də fikir və təcrübə mübadiləsi platforması olaraq rəssamlar, həmçinin incəsənət sahəsində çalışan mütəxəssislər tərəfindən aparılan mühazirələr, seminarlar, habelə film nümayişləri və s. təşkil etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!