17 İyun 2026 19:18
152
CƏMİYYƏT
A- A+
AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 18 İyun - İnsan Hüquqları Günü ilə əlaqədar “İnsan hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, hüquqşünaslar, vəkillər, mediatorlar, AHİK-in və üzv təşkilatlarının əməkdaşları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AHİK-in sədr müavini Musa Mirzəyev Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu vurğulayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hüquqi dövlət quruculuğu və insan hüquqlarının etibarlı müdafiəsi istiqamətində ardıcıl siyasət həyata keçirilir. Bu sahədə formalaşdırılmış institusional və hüquqi mexanizmlər insan hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Çıxışda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən humanitar və sosial layihələrin insan hüquqlarının qorunması, sosial müdafiə hüququnun gücləndirilməsi və humanizm dəyərlərinin qorunması baxımından əhəmiyyəti vurğulanıb.

Qeyd olunub ki, həmkarlar ittifaqları layiqli əməyin və insan hüquqlarının əmək münasibətləri müstəvisində təmin edilməsinin mühüm ictimai institutlarından biridir. AHİK və onun üzv təşkilatları tərəfindən işçilərin əmək, sosial-iqtisadi hüquqlarının müdafiəsi, hüquqi yardımın göstərilməsi, kollektiv müqavilələrin təşviqi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsi, habelə hüquqi maarifləndirmə işinin gücləndirilməsi istiqamətində sistemli fəaliyyət aparılır.

Tədbirdə çıxış edən AHİK təmsilçiləri və Vəkillər Kollegiyasının üzvləri insan hüquqlarının müdafiəsi, əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının əhəmiyyəti və hüquqi maarifləndirmə barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində, həmçinin insan hüquqlarının müdafiəsi sahəsində mövcud hüquqi çağırışlar, əmək münasibətlərinin tənzimlənməsinin aktual məsələləri müzakirə olunub. İştirakçılar insan hüquqlarının, xüsusilə əmək hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə dövlət qurumları, vətəndaş cəmiyyəti institutları və sosial tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

19:26
17 İyun

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

19:24
17 İyun

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

19:22
17 İyun

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

19:19
17 İyun

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

19:18
17 İyun

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

19:16
17 İyun

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:15
17 İyun

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

19:14
17 İyun

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

19:13
17 İyun

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

19:11
17 İyun

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

19:10
17 İyun

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!