24 Dekabr 2022 03:06
679
SİYASƏT
A- A+
Ağdamlıları yenidən ağdamlı edən İlham Əliyev oldu

Ağdamlıları yenidən ağdamlı edən İlham Əliyev oldu

 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi  illərdə hər zaman Qarabağa böyük önəm verərdi. Bölgənin sosial-iqtisadi inkişafına xüsusi qayğıkeşlik göstərər, bu məqsədlə dövlət səviyyəsində tarixi qərarlar qəbul edər, onun reallaşdırılmasına nail olardı. Bu diqqətin mərkəzində yer alan Ağdama və ağdamlılara münasibət isə tamam fərqli idi. Ulu Öndərin dilindən səslənən "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!" ifadəsi Heydər Əliyevin Qarabağa, Ağdama olan sevgisinin son dərəcə səmimi, həm də çox obrazlı şəkildə ifadəsiydi.
Heydər Əliyev siyasi kursunu  bütün istiqamətlərdə uğurla, həm də müasir dövrün mürəkkəb siyasi reallıqlarına uyğun davam etdirən Prezident İlham Əliyev Qarabağa, Ağdama münasibətdə də varislik missiyasına sədaqətini şərəflə gerçəkləşdirir. Elin  gözü tərəzidir deyiblər. Qədirbilən xalqımız heç nəyi unutmur, heç nəyi yaddan çıxarmır. 
2003-cü il, prezident seçkiləri ərəfəsi idi. İlham Əliyev prezidentliyə namizəd kimi ölkəni gəzir, vətəndaşlarla görüşlər keçirirdi. Bu sıradakı görüşlərdən biri Bərdə rayonu ərazisində salınmış Türk "Qızıl ay" çadır şəhərciyində baş tutdu. Şəhərciyin əksər sakinləri Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində doğma yuvasından, rahat ev-eşiyindən perik salınmış ağdamlı məcburi köçkünlər idi. Aranın yandırıb-yaxan istisini, qışın ilik donduran şaxtasını  çadırlarda yaşamağa, ağır məişət çətinliklərinə məhkum insanlar İlham Əliyevi əzizləri, doğmaları kimi qarşılayıb yalnız ona inanıb etibar etdiklərini dönə-dönə vurğuladılar. İlham Əliyev  isə öz növbəsində ağdamlıları əmin etdi ki, fəaliyyətinin prioritet istiqaməti qaçqın və məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq olacaqdır. Söz verdi ki, ən yaxın zamanda  ölkədə bir dənə də çadır şəhərciyi qalmayacaq.
İlham Əliyev söz verdi və sözünü konkret əməli fəaliyyətlə tutdu. Qısa zaman  ərzində təkcə Ağdam rayonu ərazisində bir-birinin ardınca hər cür sosial infrastruktura malik yeni yaşayış qəsəbələri salındı. Nəzərə almalıyıq ki, erməni faşistləri Ağdam rayonu ərazisinin dörddəüç hissəsini uzun illərdən bəri işğal altında saxlayırdılar. Ağdam əhalisi məcburi köçkün kimi demək olar ki, bütün bölgələrə səpələnmişdi. Hazırda rayon ərazisində salınmış 18 yeni qəsəbədə 27 min nəfər yaşayır. Məişət rahatlığına qovuşan insanlar bu şəraiti onlar üçün  yaradan dövləti, rəhbəri necə sevməyə bilər?!    
Amma dəfələrlə Ağdama səfər edən, bölgə sakinləri ilə səmimi görüşlər keçirən Prezident İlham Əliyev  dönə-dönə vurğulayırdı ki, bu yaraşıqlı qəsəbələr, rahat, geniş evlər bizim son məqsədimiz deyil. Biz erməniləri Qarabağdan qovub çıxaracaq, doğma yurdumuzu, ata-baba torpaqlarımızı işğaldan azad edəcəyik.
Qarabağ nisgili, yurd həsrəti ilə səbrimizi daşıran aylar, illər havayı ötüb keçmirdi. Hər gün ordumuzun gücü bir boy da artırdı.  Bu illər ərzində  Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qəbul etdiyi qərarlar, həyata keçirdiyi dövlət əhəmiyyətli tədbirlər sayəsində Silahlı Qüvvələrimiz dünyanın modern orduları sıralarında yer alır, ən güclü müasir silahlara sahiblənir, milli hərbi kadrlar yetişirdi. Bu illər ərzində həm də ən vacib şərt olan yenilməz xalq-ordu vəhdəti formalaşmışdı. Xalq  isə İlham Əliyevin ətrafında hər zaman olduğundan daha sıx cərgələrlə birləşib "dəmir yumuruğ"a çevrilmişdi. 
Nəyi, nə zaman və necə etməyi yaxşı bilən Prezident İlham Əliyev məhz bunların sayəsində 44 günlük yeni Qarabağ savaşında tarixi Zəfərə imza atdı. Müzəffər ordumuz düşməni Qarabağdan qovdu, kəndləri, şəhərləri işğaldan azad etdi. Ali Baş Komandanın dilindən eşidilən QƏLƏBƏ soraqlı açıqlamalar xalqa ruh verdi, ökəmizin hər bucağında toy-bayram ovqatı yaratdı.
Bu günlər Ağdamda bayram əhvali-ruhiyyəsi var. Vətən sevdalı ağdamlılar  Prezidentin ad gününü Qarabağın işğaldan azad olunmuş xoş çağında qeyd etməkdən çox məmnundurlar. Bir zaman Prezident İlham Əliyev deyirdi ki,  mən ad günümü doğmalarım olan məcburi köçkünlərlə birlikdə keçirməkdən qürur duyuram. Bu, illər öncə Ağcabədi rayonu ərazisində  laçınlı məcburi köçkünlərin məskunlaşdığı Taxta körpü qəsəbəsində gerçəkləşmiş unudulmaz bir görüşdə yaşanan qürurverici anlar idi.
İndi bütün ölkə vətəndaşları kimi ağdamlılar da xoş duyğuların, yüksək əhvali-ruhiyyənin, əsl bayram ovqatının təsiri altındadırlar. Bəlkə də ağdamlıların sevinməyə daha çox  haqları var. Dövlətin, Prezidentin qayğıkeşlik və diqqətindən onlara daha çox pay düşür desək, heç şübhəsiz, yanlış olmaz. Ağdam  Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik diplomatiyası sayəsində bir güllə atılmadan, əlavə qurbanlar verilmədən azad edildi. 
Ermənistan silahlı qüvvələrinin "Qafqazın xirosiması"na, "ruhlar şəhəri"nə çevirdiyi, daş üstə daş qoymadığı Ağdam bu gün böyük inşaat meydanına çevrilib. Xarabalıqlar üzərində müasirtipli, hər cür infrastruktura malik yeni şəhərlərin, kəndlərin tikintisinə start verilib. Ağdama yeni dəmir yolu, çoxzolaqlı müasir avtomagistral çəkilir. Paralel olaraq ərazilərin  minalardan təmizlənməsi davam etdirilir. 
Ağdamlıları daha çox sevindirən başqa bir səbəb də odur ki, işğaldan azad olunmuş ərazilər sırasında Prezident 
İlham Əliyev ilk dəfə olaraq məhz, yenidən qurulan Ağdam şəhərinin baş planını təsdiq edib. Bu  layihənin icrası nəinki Ağdamın əvvəlki şöhrətini qaytaracaq, onu bütöv Qarabağın incisinə  çevirəcək. Adı dünya mətbuatında  "ruhlar şəhəri", "Qafqazın xirosiması" kimi hallanan Ağdam bir neçə ildən sonra Qarabağda günəş kimi doğacaq, azğın və nankor düşmənlərimizin gözdağına çevriləcək. Bunu tarixi Zəfərdə böyük haqqı olan Prezident  İlham Əliyev istəyir, hər  tarixi məqamda öz rəhbərlərinə arxa-dayaq  olan, ona yenilməz sədaqət nümayiş etdirən Ağdam camaatı istəyir. Bu istəyin qarşısında kim dayana bilər ki...
Ağdamlılar əmindilər ki, qarşıda onları daha xoş, daha firavan günlər gözləyir. Son illər rayonda formalaşan sağlam mühit, torpağa, halal zəhmətə bağlılıq insanların ərzaq bolluğu yaratmaq, ölkə iqtisadiyyatının güclənməsinə sanballı töhfələr vermək uğrunda  mübarizəsinə stimul verir.
Artıq 2022-ci ilin son günlərini yaşayırıq. Ağdam Rayon İcra  Hakimiyyətinin başçısı Vaqif Həsənov söhbət zamanı qeyd etdi ki, ağdamlılar cari təsərrüfat ilini yüksək nailiyyətlərlə başa vururlar. Pambıq, taxıl, barama, ət, süd, yun, yumurta, meyvə-tərəvəz, bostan məhsulları istehsalında əvvəlki illərlə müqayisədə xeyli artım əldə edilib. Abadlıq-quruculuq işləri də davam edir. Vaqif müəllim söhbətində onu da bildirdi ki, fəaliyyətlərinin əsas istiqamətini şəhid ailələrinə, qazilərə və Qarabağ müharibəsi iştirakçılarına dəstək və diqqət təşkil edir.
Şəhid atası, Xındırıstan kənd sakini Süleyman İbrahimovla həmsöhbət oluruq. Onun dedikləri:
"Oğlum 44 günlük savaşda  şəhid olub. Ata üçün oğul itkisi çox ağırdı. Təsəllimiz isə odur ki, Qarabağı azad etdik. Oğullarımız bizi, bütöv milləti 30 ilin xəcalətindən qurtardılar. Bu tarixi qələbəni bizə Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdə qüdrəti və Azərbaycan əsgərinin qəhrəmanlığı qazandırdı. Bir şəhid ailəsi olaraq dövlətimizdən, Prezident İlham Əliyevdən çox razıyam. Qayğı və diqqətlə əhatə olunmuşuq. Ailəmiz üçün geniş və yaraşıqlı ev tikilib. Bu, bizim üçün böyük hədiyyədir. Ailəmiz  adından Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm, cansağlığı arzulayıram. Qoy Allah ona elə imkan versin ki, bütöv Qarabağı başdan-başa yenidən qura bilsin!"
Ağdamda şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının siyahısı çox böyükdür.  Şəhid ailələri Çəmənli kəndində Xatirə Aslanovaya, Bənövşələr qəsəbəsində Elçin Əmirova yeni evlər tikilib. Şəhid ailələri Şövkət Xəlilovanın, Eldar Əhmədovun, Çəmənli kəndində Murtuza Bəxtiyarovun, Sarıcalı kəndində Sərxan Yusifovun və bir çox başqa imtiyazlı rayon sakininin evləri təmir olunub, mənzil-məişət şəraitləri yaxşılaşdırılıb. Belə misalların sayını artırmaq da olar. O da qeyd edilməlidir ki, Prezident İlham Əliyevin tapşırığı ilə müharibədə dağılmış, müxtəlif dərəcədə zədə almış çox sayda mülki ev dövlət vəsaiti hesabına yenidən tikilmiş, bərpa edilmiş, təmir olunmuşdur.
Rayonda abadlıq, quruculuq işləri bir an da olsun səngimir. Heydər Əliyev parkında 1 hektarlıq ərazi əsaslı şəkildə, yüksək zövqlə yenidən qurulub, Xındırıstan kəndində zövq oxşayan istirahət parkı salınıb, Bayraq meydanı ərazisində 5 min ağac əkilib, suvarma sistemi qurulub, Quzanlı qəsəbəsində, Dadaşlı, Xındırıstan, Paşabəyli, Qaradağlı, Yüzbaşılı kəndlərində yol infrastrukturu yenilənib.
İndi Ağdamın vətən sevdalı övladları işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışı səbirsizliklə gözləyirlər. Sadəcə gözləmirlər, ona hazırlıq görürlər.  Quzanlı qəsəbəsi ərazisində 50 min ədəd həmişəyaşıl  bəzək ağaclarından ibarət yeni tinglik salınıb. Ağdamlılar tingliyi genişləndirib ağacların sayını 100 minə çatdırmağa qərarlıdırlar. Bu, yeni Ağdamı yaşıllaşdırmaq, bəzəmək, daha da  gözəlləşdirmək üçün nəzərdə tutulur. Qoy olsun!

Lazım QULİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

Parlament Azərbaycan ilə Ruanda arasında hava əlaqəsi haqqında Sazişi təsdiqləyib  

12:28
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!