20 İyul 2022 15:06
1691
CƏMİYYƏT
A- A+
Ağcaqanad sancmasından qorunmaq üsulları

Ağcaqanad sancmasından qorunmaq üsulları

 

Yay aylarında səhərlərin ağcaqanad sancması ilə açılması halları ilə çox rastlaşırıq. Eyni məkanda olsaq da, həmin həşərat bəzilərini daha çox sancır, bəzilərinə isə demək olar ki, toxunmur. Alimlər ağcaqanadların daha çox kimi sancması ilə əlaqədar araşdırma aparıblar. Məlum olub ki, onlar yalnız ehtiyaclarını ödəyə bildiyi insanlara doğru uçurlar. Cəlbedici və xoş qoxulu bədənə malik olanlar ağcaqanadların daha çox hədəfinə çevrilirlər.

AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “Daha çox qanı soran dişi ağcaqandlardır, çünki yumurtlama prosesində insan qanında olan zülala ehtiyac duyurlar. Ağcaqanad sancdıqda müəyyən infeksion xəstəliklər də insana keçirə bilər. Bəzi insanlarda afrodiziak dediyimiz bədən qoxuları var və onlar təxminən 50 metr məsafədən həmin qoxunu hiss edirlər”.

Bəzi araşdırmalara görə, dərisində çoxlu mikrob olanlar ağcaqanadlar üçün daha az cəlbedicidir. Bədən istiliyi yüksək olanlar da potensial qida mənbəyi hesab edilir. Digər bir səbəb isə spirt istehlakı ilə əlaqədardır. Xüsusilə pivə içənlər içməyənlərə nisbətən ağcaqanad hücumlarına daha çox məruz qalırlar. Mütəxəssislərin dediyinə görə, həmin həşəratları zərərsizləşdirmək üçün istifadə olunan dərmanlar kimyəvi tərkiblidir və orqanizmə toksik təsiri var. “Ağcaqanadlardan qorunmaq üçün müəyyən krem və spreylər var və onlar həmin həşəratlara xoş gəlmir. Yandırılan kəskin tüstülü maddələr də var ki, ağcaqanadları boğur. Onların ağciyəri olmadığı üçün karbon qazının verilməsi prosesi pozulur və bu da onları məhv edir. İnsanlarda isə həmin proses ağcaqanadlar tərəfindən təmizlənir və müəyyən bir ziyan da törədir. Məsələn, tənəffüs yolları bronxlarının spazmı, öskürək, bir qədər ağırlaşanda isə allergik tutma kimi xəstəliklərə səbəb ola bilər”,- deyə həkim-terapevt əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib

21:26
04 İyun

“SpaceX” birjaya çıxır: Şirkətin dəyəri 1,75 trilyon dollara çata bilər

20:52
04 İyun

Almaniya BMT Təhlükəsizlik Şurasındakı səsvermədə məğlub olub

20:38
04 İyun

Kolumbiyada prezident seçkiləri ikinci tura qaldı

20:19
04 İyun

Yaponiyada güclü qasırğa daşqınlar və torpaq sürüşmələrinə səbəb olub

20:12
04 İyun

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

19:57
04 İyun

Emin Ağalarov: Rusiyadan olan 50-dən çox sənətçi “DreamFest” musiqi festivalında iştirak etmək üçün Azərbaycana gələcək  

19:41
04 İyun

Bakıda IV Milli Kibertəhlükəsizlik Forumu keçirilib YENİLƏNİB 

19:15
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Alpaslan Kesici: Azərbaycan və TDT ölkələri kibertəhlükəsizlik sahəsində ortaq həllər hazırlamalıdır

18:49
04 İyun

Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib

18:41
04 İyun

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısı keçirilir  

18:34
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!