13 Fevral 2022 00:17
1527
Mədəniyyət
A- A+
Adı hörmətlə xatırlanan ustad 

Adı hörmətlə xatırlanan ustad 

 

2020-ci ilin noyabrında Şuşa 30 illik erməni işğalından azad  ediləndən sonra onun ictimai-mədəni həyatında yeni dövr başlanmışdır. Buna görə Şuşanın tarixində iz qoymuş, tanınmış şəxsiyyətlərin ruhu da şaddır. Bu şəxsiyyətlər içərisində xatırlananlardan biri də XVIII əsrin ikinci yarısından muğam sənətinin inkişafında mühüm xidmətləri olmuş Hacı Hüsüdür.

Mahir ifaçılığı ilə yanaşı, muğamlarımızın təbliğində əvəzsiz xidmətləri olmuş Hüsü Niftalı oğlu 1839-cu ildə Şuşanın Çölqala məhəlləsində dünyaya göz açıb. Papaqçılıqla məşğul olan atası yaxşı sənətkar kimi tanınıb. Hüsü ilk təhsilini molla məktəbində alıb və elə bu dövrdən onun məlahətli səsinin olduğu aşkara çıxıb. Şuşada yaratdığı məktəbdə bir çox xanəndəni yetişdirən Xarrat Qulu onun səsini, musiqi duyumunu yoxlayıb, qeyri-adi istedadını bəyənib və məktəbə qəbul edib.

Görkəmli musiqişünas Firidun Şuşinski araşdırmalarının birində yazıb: “Azərbaycan vokal sənətinin görkəmli nümayəndəsi olan Hacı Hüsü, sözün həqiqi mənasında, böyük xanəndə olub. O, xanəndəlik sənətində yeni bir dövr açıb. Eyni zamanda bu sənəti yüksək bir məqama çatdırıb. O, nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad olub. Qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevib. Şərq, eləcə də Azərbaycan səhnəsi lirik dramatik, tenor tipli səslər çox görüb. Lakin Şərqdə Hacı Hüsünün səsi kimi hərtərəfli tembr gözəlliyinə malik ikinci bir incə və təravətli səs olmamışdır”.

Mənbələrin yazdığına görə, 1880-ci ildə İran hökmdarı Nəsrəddin şah Hacı Hüsünü Təbrizə, oğlunun toyuna dəvət edir. Məşhur İran musiqiçilərinin də çıxış etdiyi toy ziyafəti başa çatanda şah tərəfindən ən ali mükafat Hacı Hüsüyə verilir.

Sevimli müəllimi Xarrat Qulu dünyasını dəyişəndən sonra Hacı Hüsü tanınmış maarifçi Mir Möhsün Nəvvabla görüşərək ustadının xatirəsini yaşatmaq, musiqi məclisi yaratmaq fikrini ona açıqlayır. Beləliklə, Şuşada “Musiqişünaslar məclisi”nin əsası qoyulur. Məclisin üzvləri sadəcə çalıb-oxumaqla kifayətlənmir, həmçinin muğam sənətini inkişaf etdirir və davamçılarını yetişdirirlər. Bəzi araşdırmalarda oxuyuruq ki, Hacı Hüsü ilk dəfə olaraq Şuşada “Xanəndələr ittifaqı” da yaradıb. Onun üzvləri arasında dövrün tanınmış ifaçılarından Keçəçioğlu Məhəmməd, Malıbəyli Cümşüd, Məşədi İsi, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları olub.

Qarabağın musiqi beşiyi adlandırılan Şuşada  musiqişünaslığın tədqiqi ilə məşğul olan hər kəs böyük qürur hissi ilə bildirir ki, Hacı Hüsü Şərq klassiklərinin qəzəllərini böyük şövqlə, ilham və məhəbbətlə oxuyub. Bu səbəbdən də xalq arasında “gözəllik aşiqi” adlandırılıb, hətta haqqında əfsanə və rəvayətlər də yaranıb. O, muğamlar üzərində günlərlə, həftələrlə çalışar, onları təkmilləşdirər, yeni-yeni guşələr və xallar əlavə edərmiş. Mənbələrdə göstərilir ki, o, “Rast”, “Şur”, “Mahur” və başqa muğamlara bənzərsiz yeniliklər gətirib. Musiqişünas F.Şuşinski “Qarabağ xanəndələri” kitabında yazıb: “O, “Kürdü” muğamına “Şahnaz”ı əlavə edərək birlikdə “Kürdü-Şahnaz” oxuyub”.

Cəlilbəy Bağdadbəyov “Qarabağ xanəndələri haqqında xatirə” kitabında belə qeyd edib: “Hacı Hüsü oxuyarkən uzaq məhəllələrdən gəlib bu cazibəli səsə qulaq asardılar. Onun uzun nəfəsi, bənzərsiz zənguləsi var idi...”

Görkəmli sənətkar ömrünün müdrik çağlarında Həcc ziyarətində olur. Bundan sonra toy məclislərində oxuması xurafatçılar tərəfindən birmənalı qarşılanmır. O, bunlara əhəmiyyət vermədikdə bəzən ruhanilərin təzyiqlərinə məruz qalır. Hacı Hüsü uzun müddət Şuşada Gövhər ağa məscidində azan çəkərək içindəki yanğını minacatla söndürərmiş. Hərdən minbərdə əvvəlkitək ucadan “Segah” da oxuyar, zilə qalxar və zəngulələri ilə hər kəsi heyrətləndirərmiş.

Ötən ilin sonlarında Özbəkistan portalının Azərbaycan muğamları haqqında dərc etdiyi məqalədə məşhur “Qatar” muğamının Şuşada Hacı Hüsü tərəfindən yaradıldığı bildirilir. Belə ki, xanəndə Qatar kəndindən Şuşaya gəldiyi üçün muğam da bu kəndin adı ilə tarixə düşüb. Bu muğamı sonralar Cabbar Qaryağdıoğlu, Məşədi Məmməd Fərzəliyev, Şəkili Ələsgər, Segah İslam, Cahan Talışinskaya və digər xanəndələr ifa ediblər.

Ömrünün sonlarında Türkmənistanın Aşqabad şəhərinə köçən Hacı Hüsü burada 1898-ci ildə 59 yaşında haqq dünyasına qovuşub. Klassik musiqi sənətində adı daim hörmətlə xatırlanan ustadı xalqımız heç vaxt unutmur.

 

 Rəhman SALMANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!