07 Fevral 2024 10:00
263
SİYASƏT
A- A+
Adı "Azadlıq" olsa da, kölə fəaliyyəti göstərir

Adı "Azadlıq" olsa da, kölə fəaliyyəti göstərir

 

Antiazərbaycançı qüvvələrin tapşırıqlarını həyata keçirən radiostansiya ölkəmizə qarşı düşmənçilik kampaniyası aparır

 

Müstəqil, azad siyasət yürüdən ölkələrə, xalqlara qənim kəsilən "Azadlıq" radiostansiyası antiazərbaycançı qüvvələrin meydan suladığı platformaya çevrilib. Qərəzsizlik və obyektivlik kimi jurnalistikanın əsas meyarlarını ayaqlar altına atan bu "media orqanı" Azərbaycana qarşı açıq-aşkar düşmənçilik kampaniyası aparır, başdan-başa yalan, iftira, həqiqəti əks etdirməyən "süjetlər" hazırlayır, "rəy sorğuları" keçirir, "araşdırmalar" aparır. 
Ölkəmizi beynəlxalq nüfuzdan salmaq, onun imicinə zərbə vurmaq üçün qərəzli Qərb təsisatlarından - yəni ağalarından aldığı tapşırıqları yerinə yetirir. 
Adı azadlıq, amma özü azad olmayan bu radiostansiyanın antiazərbaycançı şəbəkədən aldığı son tapşırığı isə ölkəmizdə keçirilən prezident seçkilərinə kölgə salmaqdan ibarətdir. Buna görə də xüsusilə bu ərəfədə daha da aktivlik göstərərək, bir-birinin ardınca faktları təhrif edən, Cənubi Qafqazdakı reallıqları əks etdirməyən yalan və böhtan üzərində qurulmuş verilişlərini işə salıb. 

 

Bu  radio qarayaxma kampaniyası aparır

 

Öz gücünə suverenliyini, ərazi bütövlüyünü tam təmin etmiş Azərbaycana qarşı çirkin vasitələrlə təsir göstərmək istəyən bəzi Qərb ölkələrinin və qurumlarının mənfur əməllərinə media resurslarını qoşmaları birinci dəfə deyil. Həmin media qurumları arasında yer alan "Azadlıq" radiosu hələ 44 günlük Vətən müharibəsi dövründə, eləcə də 23 saatlıq antiterror tədbirləri zamanı da yalnız Azərbaycanı ittiham etməklə məşğul olur, baş verənləri tamamilə yanlış şəkildə çatdırırdı. Radiostansiyada Azərbaycanın torpaqlarını 30 illik erməni işğalından azad etməsi, bayrağını bütün sərhədboyu dalğalandırması, Qarabağda separatizmin kökünü kəsərək suverenliyini tam təmin etməsi tamamilə yanlış yöndə qələmə verilirdi. Sanki Azərbaycan işğala məruz qalmamış, yüz minlərlə azərbaycanlı yurdundan didərgin salınmamışdı... 
Bir sözlə, bütün dövrlərdə erməni lobbisinin maraqlarını güdən, onun ağzı ilə danışan "Azadlıq" radiosu hazırda da böhtan xarakterli, həqiqəti əks etdirməyən informasiyalar paylaşaraq Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. 
Elə bu "media resursu"nun son günlər apardığı "iqtisadi araşdırmalar"a, keçirdiyi "rəy sorğuları"na diqqət etdikdə də aydın görünür ki, radio Azərbaycanla bağlı feyk xəbərlər yaymaqla məşğuldur. 

 

Qeyri-dəqiq və yanlış müqayisə

 

Məsələn, radio Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda Azərbaycanla bağlı qeyri-dəqiq və yanlış müqayisə aparıb ki, onlar qətiyyən həqiqəti əks etdirmir.  
Radio Cənubi Qafqaz ölkələrində büdcə xərclərinin vəziyyətinə dair yaydığı məlumatda iddia edir ki, guya Azərbaycan bölgə ölkələri içərisində adambaşına düşən büdcə xərclərinə görə sonuncudur. 
Ümumiyyətlə, Ermənistanın bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə böhran yaşadığı hər kəsə bəllidir. Gürcüstanın da bütün göstəricilərə görə Azərbaycandan çox geridə olması danılmaz faktdır. Bu baxımdan həmin iki ölkənin iqtisadi cəhətdən Azərbaycandan irəlidə olmasını iddia etmək, sadəcə, gülüş doğurur.  
"Azadlıq" radiosu Qərbdən aldığı tapşırığa əsasən, bütün çirkin yollarla, böhtan, yalan və iftiralarla Azərbaycanı sonuncu kimi göstərmək istəyir, amma beynəlxalq reytinq təşkilatlarının hazırladıqları illik hesabatlarda da əksini tapıb ki, Azərbaycan ən islahatçı ölkə kimi ilk onluqda yer alıb. Yəni görünən kəndə bələdçi lazım deyil...
"Azadlıq" radiosu Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ölkəmizlə bağlı xeyli sayda uydurma, iftira dolu məlumatlar yaydı, heç bir sosioloji normalara uyğun olmayan "sorğular" keçirdi və yalnız feyk məlumatlar yaymaqla məşğul oldu və bununla da ölkəmizə qarşı qərəzini bir daha nümayiş etdirdi. 
Ancaq Qalib Azərbaycanı milli mənafeyinin təminindən heç zaman döndərə bilməyən qərəzli xarici ölkə və təşkilatlar, onlara alət olan "Azadlıq" kimi media qurumları da yaxşı bilirlər ki, ölkəmizin uğurlarına yalan və iftiraları ilə heç zaman kölgə sala bilməyəcəklər.   
Azərbaycan bütün parametrlər üzrə Cənubi Qafqazın lider ölkəsidir və milli maraqlarını təhdid edən bütün güclərə qarşı layiqli mübarizə aparmaq qüdrətindədir. Buna görə də yaxşı olar ki, "Azadlıq" radiosu Qərb ağalarına güvənərək ölkəmizə qarşı iftiralardan, feyk xəbərlərdən ibarət biabırçı verilişlərini, qul fəaliyyətini dayandırsın... 

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:03
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!