24 İyun 2025 19:48
1567
Elm və texnika
A- A+
ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir 

ADA Universitetində 8-ci Beynəlxalq Təhsil Konfransı keçirilir 


İyunun 24-də ADA Universiteti və Elm və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə 8-ci ADA Beynəlxalq Təhsil Konfransının rəsmi açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, “Formal təhsil hüdudlarından kənar: sürətlə dəyişən dünya ilə ayaqlaşan təhsilə doğru” mövzusuna həsr olunmuş builki konfrans təhsil sahəsində innovativ yanaşmaların müzakirəsi üçün geniş platforma yaradıb.

Konfransın ilk günündə Azərbaycan Respublikasının elm və təhsil naziri, ADA Universitetinin prorektoru və ADA Vaşinqton Mərkəzinin prezidenti çıxış edərək iştirakçıları salamlayıblar.

Elm və təhsil naziri Emin Əmrullayev təhsil gündəminin aktual məsələlərinə toxunaraq bu sahəyə elmi yanaşmanın və aparılan tədqiqatların vacibliyini xüsusi vurğulayıb. Nazir tədbir iştirakçıları ilə fikir mübadiləsi apararaq təhsilin bütün pillələrinə dair bir sıra maraqlı məqamları müzakirə edib. O, həmçinin müasir dövrün çağırışları fonunda təhsil sisteminin dəyişən reallıqlara uyğunlaşdırılmasının zəruriliyindən bəhs edib.

Konfransın əsas məruzəçisi - ADA Universitetinin Vaşinqton Mərkəzinin prezidenti Qalib Məmməd “Təhsildə əlavə dəyərin yaradılması” mövzusunda çıxış edərək, müasir təhsilin yalnız bilik ötürməkdən ibarət olmadığını, təhsilin həm də dəyərlər üzərində qurulan şəxsiyyət yetişdirməyi hədəfləməli olduğunu vurğulayıb. O, milli kimliyə bağlılığın və qlobal baxış bucağının harmoniyasını, müəllim və alimlərin nüfuzunun qorunması və bu peşələrə davamlı sərmayə yatırılmasının əhəmiyyətini xüsusi qeyd edib.

İlk panel müzakirəsində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov, Moskva Dövlət Psixologiya və Pedaqogika Universitetinin prorektoru Sergey Kosaretskiy və Kanadanın Amerika Keyfiyyət Cəmiyyətinin regional direktoru Natella İsazadə ali təhsildə islahatların əhəmiyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Konfrans təhsil tədqiqatçılarının təhsildə rifah, süni intellektin təhsilə təsiri, inklüzivlik, humanitar fənlərin tədrisi və təhsildə sahibkarlıq kimi aktual mövzular üzrə təqdimatları və müzakirələri ilə davam edib.

Qeyd edək ki, üç gün davam edəcək konfransda yeddi ölkədən 230-dan artıq iştirakçı – təhsil ekspertləri, təhsil müəssisələrinin nümayəndələri, dövlət rəsmiləri, müəllimlər və tələbələr qatılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!