13 Yanvar 2026 18:03
128
CƏMİYYƏT
A- A+
Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 


Ölkə ərazisində müasir su təchizatı və kanalizasiya infrastrukturunun formalaşdırılması əhalinin sosial rifahının yüksəldilməsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində dövlətin strateji prioritetlərindən biri kimi müəyyən edilib. Reallaşdırılan genişmiqyaslı islahatlar və investisiya layihələri regionların, xüsusilə də Abşeron yarımadasının su təminatının beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Bu çərçivədə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ildə paytaxt və ətraf ərazilərdə dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının səmərəli idarə olunması, habelə suvarma sistemlərinin yenidən qurulması məqsədilə mühüm layihələr icra edilib.

AZƏRTAC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən 2025-ci ildə Abşeron yarımadasında görülmüş işləri təhlil edir.

Xüsusilə qeyd etməliyik ki, bütün bu işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə içməli su təminatının gücləndirilməsi və su infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan strateji siyasətin bir hissəsi kimi həyata keçirilir. Bu layihələr sayəsində əhalinin gündəlik su ehtiyacı daha etibarlı şəkildə təmin olunmaqla yanaşı, tullantı sularının idarə edilməsi və kanalizasiya sistemlərinin yenilənməsi ilə ətraf mühitin qorunmasına da xüsusi diqqət yetirilir.


Su təchizatı və kanalizasiya infrastrukturunun yenilənməsi

Abşeron yarımadasında son illər müşahidə olunan əhalinin sürətli artımı, intensiv urbanizasiya və sənaye fəaliyyətinin genişlənməsi regionun su təchizatı və kanalizasiya sistemlərinin mövcud yükünü əhəmiyyətli dərəcədə artırıb. Bu amillər mövcud infrastrukturun texniki cəhətdən yenilənməsini və müasir tələblərə uyğunlaşdırılmasını zəruri edib. Məhz bu ehtiyacları nəzərə alaraq həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri həm mövcud şəbəkələrin mərhələli şəkildə yenilənməsini, həm də əhalinin dayanıqlı və fasiləsiz su təchizatı ilə təmin olunmasını hədəfləyir. Paralel olaraq görülən işlər xidmət keyfiyyətinin yüksəldilməsinə və su təsərrüfatı sahəsində beynəlxalq standartların tətbiqinə imkan yaradır.

Ötən il Abşeron yarımadasında su və kanalizasiya infrastrukturu üzrə aparılan işlərin həcmi xüsusilə geniş olub. Belə ki, 10,4 kilometr magistral su xətti və 91,11 kilometr şəbəkə su xətti çəkilərək mövcud sistemin ötürmə qabiliyyəti artırılıb. Eyni zamanda, 38,01 kilometr ev birləşməsi xətlərinin inşası əhalinin mərkəzləşdirilmiş su təchizatına çıxışını genişləndirib. Kanalizasiya təsərrüfatının inkişafı istiqamətində isə 33,49 kilometr kanalizasiya xətti, 16,13 kilometr kanalizasiya ev birləşməsi xətləri, 19,93 kilometr kanalizasiya kollektoru və 17,27 kilometr təzyiqli kanalizasiya kollektor xətti çəkilib. Bununla yanaşı, 0,55 kilometr təzyiqli kanalizasiya xətti, 0,19 kilometr mikrotunel xətti və 2,09 kilometr yağış suyu xətlərinin inşası şəhər mühitində çirkab və yağış sularının təhlükəsiz idarə olunmasına şərait yaradıb. Görülən tədbirlər çərçivəsində 6472 ədəd mexaniki su sayğacının quraşdırılması da təmin edilib.

Su ehtiyatlarının yığılması və tənzimlənməsi baxımından mühüm əhəmiyyət kəsb edən həcmi 50 min kubmetr və 20 min kubmetr olan basqılı su hovuzları üzrə tikinti işləri tam başa çatdırılıb. Bu obyektlər regionda su təchizatının sabitliyinin artırılmasına və pik tələbat dövrlərində fasiləsiz xidmətin göstərilməsinə imkan verir. Eyni zamanda, Sumqayıt şəhərində yerləşən tullantı su təmizləmə qurğular kompleksində əsaslı təmir işlərinin 79 faizinin icra olunması çirkab suların təmizlənməsi səviyyəsinin yüksəldilməsinə xidmət edir. Balaxanı su anbarları kompleksində isə 2 anbarda aparılan işlər yekunlaşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Bundan əlavə, Ələt Azad İqtisadi Zonasında gündəlik məhsuldarlığı 2000 kubmetr olan tullantı su təmizləmə qurğusunda layihə üzrə nəzərdə tutulan bütün işlər uğurla tamamlanıb.

Su ehtiyatlarından səmərəli istifadə və itkilərin minimuma endirilməsi məqsədilə istehlakın dəqiq uçotunun aparılması da prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Bu sahədə həyata keçirilən tədbirlər yalnız suya qənaəti təşviq etmir, eyni zamanda, abonentlərlə xidmət göstərən qurumlar arasında münasibətlərin daha şəffaf və səmərəli qurulmasına şərait yaradır. Rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi isə şəbəkənin operativ monitorinqinə və idarə olunmasına əlavə imkanlar açır. Bu çərçivədə ötən il məhəllədaxili və binadaxili su təchizatı sistemlərinin yenidən qurulması, eləcə də məişət su sayğaclarının quraşdırılması layihəsi üzrə 5299 ədəd mexaniki su sayğacı quraşdırılaraq istehlakçıların dəqiq uçotla təmin olunması istiqamətində mühüm addımlar atılıb.


Magistral və yerli layihələr üzrə işlər

2025-ci il ərzində magistral və yerli əhəmiyyətli su təsərrüfatı layihələri çərçivəsində Abşeron yarımadası və ona bitişik ərazilərdə su təchizatı və kanalizasiya infrastrukturunun inkişafı istiqamətində mühüm və məqsədyönlü işlər həyata keçirilib. Sözügedən layihələr regionda əhalinin artan tələbatının ödənilməsi, su təminatının dayanıqlılığının artırılması və mövcud sistemlərin texniki cəhətdən təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu çərçivədə Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri üzrə 10,4 kilometr uzunluğunda magistral su xətti çəkilərək istismara verilib. Görülən işlər suyun nəqli imkanlarının genişləndirilməsinə, paylama sisteminin etibarlılığının artırılmasına və xüsusilə Abşeron yarımadasının şərq hissəsində su təchizatının sabitliyinin təmin olunmasına xidmət edir. Eyni zamanda, Balaxanı su anbarları kompleksində yerləşən III və IV anbarlar üzrə tikinti işlərinin tam yekunlaşdırılması regionun su ehtiyatlarının tənzimlənməsi və ehtiyat imkanlarının artırılması baxımından mühüm nəticə kimi qiymətləndirilir.

“Ağ Şəhər” layihəsi çərçivəsində müasir şəhərsalma tələblərinə uyğun olaraq su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Bu işlər ərazidə mühəndis-kommunikasiya infrastrukturunun formalaşdırılmasına və gələcəkdə yaşayış və biznes obyektlərinin fasiləsiz kommunal xidmətlərlə təmin olunmasına imkan yaradır. Sumqayıt şəhərində isə “Acı dərə” kanalı boyunca kanalizasiya və yağış suları sistemlərinin yenidən qurulması istiqamətində işlər aparılıb ki, bu da həm şəhər mühitinin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, həm də güclü yağıntılar zamanı yaranan risklərin azaldılmasına xidmət edir. Paralel olaraq tullantı su təmizləmə qurğularında əsaslı təmir işləri davam etdirilərək çirkab suların təmizlənməsi prosesinin səmərəliliyinin artırılması hədəflənib.

Bununla yanaşı, Ramana, Şüvəlan, Şağan, Bilgəh və Goradil qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr icra olunub. Həmin yaşayış məntəqələrində yeni su və kanalizasiya xətləri çəkilərək mövcud şəbəkələrin texniki vəziyyəti yaxşılaşdırılıb, əhalinin mərkəzləşdirilmiş xidmətlərə çıxışı genişləndirilib. Layihələr çərçivəsində istehlakçıların su təminatının keyfiyyətinin artırılması və istehlakın dəqiq uçotunun aparılması məqsədilə su sayğacları quraşdırılıb ki, bu da həm səmərəli su istifadəsinə, həm də xidmətin şəffaflığının yüksəldilməsinə şərait yaradır.


Suvarma və kanalizasiya kompleksləri

Abşeron rayonu ərazisində kənd təsərrüfatı sahələrinin suvarma suyu ilə dayanıqlı təmin edilməsi məqsədilə irihəcmli basqılı su hovuzlarının tikintisi üzrə nəzərdə tutulan işlər tam başa çatdırılıb. Sözügedən obyektlər mövcud su ehtiyatlarının səmərəli bölüşdürülməsinə, suvarma mövsümündə fasiləsiz su təminatının həyata keçirilməsinə və kənd təsərrüfatı istehsalının davamlı inkişafına mühüm töhfə verir. Bu layihələr, eyni zamanda, su ehtiyatlarından qənaətli istifadə mexanizmlərinin tətbiqinə və regionda aqrar fəaliyyətin məhsuldarlığının artırılmasına xidmət edir.

Paralel olaraq Badamdar, Binə, Novxanı, Zabrat və Buzovna qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilib. Həmin yaşayış məntəqələrində yeni su və kanalizasiya şəbəkələri, eləcə də ev birləşmələri inşa olunaraq mövcud infrastrukturun texniki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Görülən tədbirlər əhalinin mərkəzləşdirilmiş və keyfiyyətli su təchizatına çıxışını genişləndirməklə yanaşı, kanalizasiya xidmətlərinin əhatə dairəsini də artırıb.

Bununla yanaşı, su anbarlarında daxili şəbəkələrin yenilənməsi, tullantı su təmizləyici qurğularının tikintisi və müxtəlif hövzələr üzrə gətirici kanalizasiya kollektorlarının inşası istiqamətində işlər ardıcıl şəkildə davam etdirilib. Xüsusilə Lökbatan, Zığ-Hövsan, Böyükşor, Pirşağı və Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan istiqamətlərində kanalizasiya kollektorlarının inşası şəhər və qəsəbə ərazilərində çirkab suların təhlükəsiz şəkildə daşınması və idarə olunması imkanlarını genişləndirərək sistemin etibarlılığını artırıb. Bu layihələr ekoloji tarazlığın qorunması və sanitariya şəraitinin yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bu baxımdan, 2025-ci il ərzində icra edilən genişmiqyaslı suvarma və kanalizasiya layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə su resurslarının dayanıqlı idarə olunması, su təsərrüfatı infrastrukturunun müasirləşdirilməsi və əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü dövlət siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir.

Sonda bir daha vurğulamaq yerinə düşər ki, Abşeron yarımadasında həyata keçirilən kompleks su təchizatı, kanalizasiya və suvarma layihələri regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verməklə yanaşı, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasına və ekoloji təhlükəsizliyin təmin olunmasına xidmət edir. Görülən işlər su təsərrüfatı sahəsində uzunmüddətli dayanıqlığın təmin edilməsi və müasir infrastrukturun formalaşdırılması istiqamətində dövlət siyasətinin ardıcıl şəkildə reallaşdırıldığını bir daha təsdiqləyir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya Köçəri Oyunları türk vəhdətinin simvolu kimi  

20:30
13 Yanvar

Azərbaycanın və Venesuelanın xarici işləri nazirləri arasında telefon danışığı olub  

20:29
13 Yanvar

Azərbaycan dövləti su təchizatı məsələsinə strateji yanaşır  

20:16
13 Yanvar

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

18:03
13 Yanvar

Fransada doğum səviyyəsi minimum həddə düşüb  

17:57
13 Yanvar

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

17:54
13 Yanvar

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub  

17:51
13 Yanvar

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb  

17:48
13 Yanvar

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

17:37
13 Yanvar

Xocalıda yanğın törədən şəxs saxlanılıb  

17:36
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!