13 Yanvar 2026 16:29
156
CƏMİYYƏT
A- A+
Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib  

Ötən il 70 min hektara yaxın ərazi minalardan təmizlənib  


Media Təhlil Mərkəzinin Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlar əsasında apardığı təhlilə əsasən, 2021–2025-ci illər ərzində ümumilikdə 248 min 391,6 hektar ərazi mina və partladılmamış hərbi sursatlardan təmizlənib.

Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, rəsmi rəqəmlərə əsasən, 2024-cü ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin ümumi sahəsi 62 min 23,9 hektar təşkil edib. 2025-ci ildə isə əvvəlki illə müqayisədə təmizlənən ərazilərin sahəsi 11,6 faiz və ya 7 min 181,8 hektar artaraq 69 min 205,7 hektara çatıb. Bu, son 5 il ərzində qeydə alınmış ən yüksək nəticədir.

İllər üzrə dinamikaya nəzər salındıqda görünür ki, 2021-ci ildə mina və partladılmamış sursatlardan təmizlənən ərazilərin sahəsi 20 min 164,7 hektar olub. 2022-ci ildə həmin göstərici əvvəlki illə müqayisədə 117,8 faiz və ya 23 min 751,1 hektar artaraq 43 min 915,8 hektara yüksəlib. 2023-cü ildə isə 2022-ci illə müqayisədə 20,9 faiz və ya 9 min 165,8 hektar artım qeydə alınıb, təmizlənən ərazilərin sahəsi 53 min 81,6 hektar təşkil edib.

Ümumilikdə təqdim olunan göstəricilər mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin həcminin və intensivliyinin ildən-ilə artdığını nümayiş etdirir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları zamanı 1 861 ədəd tankəleyhinə mina və 4 min 963 ədəd piyadaəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 20 min 272 ədəd tankəleyhinə mina və 34 min 213 ədəd piyadaəleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd olunmalıdır ki, minatəmizləmə əməliyyatları həm mina sahələrində, həm də vaxtilə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə icra edilir.

Minatəmizləmə fəaliyyəti ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, eləcə də 5 özəl şirkət tərəfindən həyata keçirilir.

Aparılan təhlil nəticəsində müəyyən edilib ki, 2025-ci ildə işğaldan azad olunmuş ərazilərdə 52 min 392 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Ən yüksək artım 2024-cü ildə qeydə alınıb. Belə ki, 2023-cü ildə 23 min 49 ədəd partlamamış hərbi sursat zərərsizləşdirildiyi halda, 2024-cü ildə həmin göstərici əvvəlki illə müqayisədə 156,7 faiz və ya 36 min 114 ədəd artaraq 59 min 163 ədədə çatıb.

Əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2022-ci ildə 14 min 950 ədəd, 2021-ci ildə isə 21 min 942 ədəd partlamamış hərbi sursatın aşkar edilərək zərərsizləşdirildiyi məlum olur.

Ümumilikdə 2021–2025-ci illər ərzində işğaldan azad olunmuş ərazilərdə 171 min 496 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın tədbirlər planına əsasən, 2026-cı ilin sonunadək 280 min hektar ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

Proqram çərçivəsində 2022–2025-ci illər ərzində 228 min 227 hektar ərazi minalardan tam şəkildə təmizlənib.

Beləliklə, Dövlət Pproqramının icra müddətinin başa çatmasına təxminən bir il qalmış, nəzərdə tutulan ümumi ərazinin 81,5 faizi artıq minalardan tam təmizlənib, bu isə proqram üzrə tədbirlərin planlı və ardıcıl şəkildə icra edildiyini göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ombudsman vətəndaşların müraciətlərini dinləyib  

19:09
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub  

18:59
13 Yanvar

Prezident İlham Əliyev: Ağdərənin gələcək inkişafı çox parlaq olacaq  

18:51
13 Yanvar

Prezident: Son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb  

18:46
13 Yanvar

Azərbaycan Prezidenti: Biz şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq  

18:41
13 Yanvar

Aleksandr Sırski: Rusiya ötən il Odessaya daxil olmağı planlaşdırırdı  

18:39
13 Yanvar

Prezident İlham Əliyev: Əminəm ki, bundan sonra müharibə olmayacaq  

18:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərənin Aşağı Oratağ kəndində Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb YENİLƏNİB 

18:27
13 Yanvar

Dövlət Proqramı Bakı və Abşeron yarımadasının gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır  

18:21
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə şəhərinin Baş planı ilə tanış olub  

18:13
13 Yanvar

Prokurorluq orqanlarında qulluğa yeni qəbul edilmiş gənc hüquqşünasların andiçmə mərasimi keçirilib  

18:12
13 Yanvar

Abşeron yarımadasında müasir su təsərrüfatı infrastrukturu: dövlət siyasətinin uğurlu icrası 

18:03
13 Yanvar

Fransada doğum səviyyəsi minimum həddə düşüb  

17:57
13 Yanvar

DÇ-2026: Ev sahibi komandaların hazırlıq vəziyyəti və perspektivləri  

17:54
13 Yanvar

Azərbaycanla İtaliya arasında strateji tərəfdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub  

17:51
13 Yanvar

Təbii fəlakətlərin dünya iqtisadiyyatına vurduğu zərərin məbləği 224 milyard dollara düşüb  

17:48
13 Yanvar

Prezident: Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır

17:37
13 Yanvar

Xocalıda yanğın törədən şəxs saxlanılıb  

17:36
13 Yanvar

İrandan Gürcüstana külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alınıb  

17:26
13 Yanvar

Cənubi Koreyanın sabiq Prezidenti üçün edam cəzası tələb olunur  

17:23
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB    

17:22
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!