15 Yanvar 2026 08:10
408
İQTİSADİYYAT
A- A+
39-cu SES

39-cu SES


Bu su-elektrik stansiyaları düşmənin 30 il qaranlıqda saxladığı əraziləri işıqlığa çıxarıb


Qarabağın və Şərqi Zəngəzurun bolsulu çayları sayəsində ölkəmizin su ehtiyatlarının əhəmiyyətli bir hissəsi də məhz burada cəmləşib. Bu regionların zəngin su ehtiyatları  var. Qarabağ iqtisadi rayonu 831,7 milyon kubmetr, Şərqi Zəngəzur iqtisadi rayonu isə 1622,6 milyon kubmetr çay suları ehtiyatına malikdir. Bu, ümumilikdə 2350 milyon kubmetrdir (2,35 milyard kubmter) və ölkənin daxili su ehtiyatlarının 24   faizini əhatə edir.

Bol suyun olması əhalinin və iqtisadiyyatın bu həyativacib  nemətlə  yaxşı təchiz olunması deməkdir. Bu, həmçinin  su-elektrik  stansiyalarının (SES)  tikintisinə  geniş imkan yaradır. Yəni su həm də işıqdır. İşğaldan azad olunmuş ərazilərimizdə indiyədək tikilib istifadəyə verilən bu tipli stansiyalalar 30 il düşmənin zülmətə qərq etdiyi  yurd yerlərimizi  nura boyayıb. 

Bu  stansiyalar Prezident İlham Əliyevin "yaşıl enerji" zonası elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda qarşıya qoyulan  hədəfə çatmaq istiqamətində  görülən işlərin  mühüm bir hissəsidir.

Dövlətimizin başçısı bu günlərdə Ağdərə rayonuna səfəri çərçivəsində Qozlukörpü kəndində eyniadlı su-elektrik stansiyasının açılışında iştirak edib. "Qozlukörpü"  işğaldan azad edilmiş ərazilərimizdə itifadəyə verilən  sayca 39-cu su- elektrik stansiyasıdır. 

Bu ərazilərdə istismar olunan 307 MVt gücündə 38 su- elektrik stansiyasında ötən il 750 milyon kilovat-saat "yaşıl enerji" istehsal edilib. Bununla da 160 milyon kubmetr təbii qaza qənaət olunub, 280 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Qaldı ki, regionun ən iri su arteriyası olan Tərtərçay üzərində inşa edilmiş "Qozlukörpü" Su-Elektrik Stansiyasına, onun gücü 14,7 meqavatdır. 

Adətən, sərt relyef, çətin iqlim şəraiti və mürəkkəb logistika tikinti prosesi üçün digər bölgələrlə müqayisədə daha çox vaxt tələb edir. Lakin bunlara baxmayaraq, sözügedən layihə qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş suqəbuledici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən bu qurğudan stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 kilometr uzunluğunda derivasiya borusu çəkilib. Burada ölkədə ilk dəfə olaraq müasir enerji istehsalında istifadə edilən qurğular quraşdırılıb. Onlar azsulu dövrlərdə 25 faiz, bolsulu dövrlərdə isə 100 faiz məhsuldarlıqla fasiləsiz işləyə bilir.

Bununla yanaşı,  müəyyən edilib ki, Tərtərçayın hidroenerji potensialı  30 SES-dir. Hazırda 22 SES "AzərEnerji" ASC tərəfindən istismardadır, beşinin tıkintisi aparılır, üçünün isə  inşası nəzərdə tutulur. Qeyd edək ki, Tərtərçay tamamilə ölkə daxilində formalaşır.

Yeni stansiyanın ölkə enerjisisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb, həmçinin optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub. Burada il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur ki, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət ediləcək, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Bu layihə çərçivəsində həm də ətraf  mühit amili diqqət mərkəzində olub. Məsələn, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısını  alınmaq üçün xüsusi hidrotexniki qurğular tikilib. Bu, zərərli maddələrin suya qarışmasının da qarşısını alır  və  onun keyfiyyət göstəricilərində heç bir dəyişiklik etmədən aşağı axarda yenidən çaya qaytarır.  Müvafiq texnoloji avadanlıqlardan istifadə çay ekosisteminin dayanıqlığını təmin etməklə yanaşı, su ehtiyatının formalaşmasına da töhfə verəcək.   

Xatırladaq ki, bundan əvvəl - keçən ilin avqust ayında   Kəlbəcərdə üç yeni kiçik su- elektrik stansiyası (KSES) istifadəyə verilib. Dövlətimizin başçısı rayonun Vəng kəndində "AzərEnerji" ASC-nin "Aşağı Vəng", "Nadirxanlı" və "Çaykənd" kiçik su-elektrik stansiyalarının açılışını edib. Bununla da təkcə Kəlbəcərdə "yaşıl enerji" obyektlərinin sayı 11-ə çatıb.

Yaxın gələcəkdə Qarabağda və Şərqi Zəngəzurda daha böyük "yaşıl enerji" obyektləri istifadəyə veriləcək. Məsələn, indi Cəbrayıl rayonunda  BP şirkətinin tikdiyi  240 meqavatliq "Şəfəq" Günəş-Elektrik Stansiyasında işlər qrafik üzrə irəliləməkdədir. Deməli,  bu yerlərin işığı daha bol olacaq və ondan bütün ölkəyə də pay düşəcək.  

Bu il yanvarın 5-də dövlətimizin başçısının yerli  televizya kanallarına verdiyi müsahibədə dediyi kimi: "Biz bu bölgələri canlandırmaq üçün gərək bağlantılar, enerji təminatı yaradaydıq. Bu işlə məşğul olduq və azad edilmiş bütün bölgələri mərkəzlə, mərkəzi infrastrukturla faktiki olaraq birləşdirdik. Enerji sistemi - dairəvi enerji sistemi quruldu və bu gün mərkəzdən oraya yox, oradan mərkəzə enerji daxil olur. Çünki biz beş il ərzində 307 meqavat gücündə su-elektrik stansiyaları yaratmışıq və əlbəttə ki, azad edilmiş bölgələrdə istehlak qat-qat aşağıdır. Ona görə biz bu dairəvi sistemi yaratmaqla bu gün enerji axınını ölkə üzrə lazımi səviyyədə bölə bilərik".


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

00:48
03 Mart

"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə

00:47
03 Mart

"Büdcə sistemi haqqında", "Mühasibat uçotu haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 359-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:46
03 Mart

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:45
03 Mart

“Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə 

00:43
03 Mart

Azərbaycan qazaxıstanlıların İrandan evakuasiyasına kömək edir

23:44
02 Mart

Avropa çempionatı: Azərbaycan seçmə mərhələdə Şimali Makedoniyaya uduzub  

22:41
02 Mart

Ramin Məmmədov: Türkiyə-Azərbaycan birliyi dünyada strateji güc kimi tanınır

22:23
02 Mart

Türkiyənin hakim partiyası: İrana zərbələr beynəlxalq hüququn normalarına ziddir  

21:01
02 Mart

Azərbaycan və İordaniya XİN başçılarının telefon danışığında Yaxın Şərqdə artan gərginlik əsas mövzu olub  

20:49
02 Mart

Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad edib  

20:41
02 Mart

Nazir: Ankara enerji bazarlarında sabitliyin qorunmasına çalışır

20:31
02 Mart

Azərbaycanın kosmik sənayesi ilk dəfə Barselonada keçirilən sərgidə təmsil olunur  

19:53
02 Mart

İrandan təxliyə: 100-dən çox xarici vətəndaş Azərbaycan sərhədindən keçib 

19:08
02 Mart

“Əmək bazarı” İşçi qrupu aktiv əmək bazarı proqramlarının genişləndirilməsini araşdırıb  

19:06
02 Mart

Pit Heqset: Hazırda İran ərazisində Amerika ordusu yoxdur

18:43
02 Mart

Zelenski: Rusiya Ukraynaya qarşı yeni hücum dalğası hazırlayır

18:37
02 Mart

Dmitri Peskov: Moskva İran ətrafındakı gərginlikdən məyusdur

18:28
02 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!