Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun
ümumi yolverilən miqdarını (kvotasını), habelə balıq və digər su
bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü təsdiq edib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya
təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, balıq və digər su
bioresurslarının sənaye və əmtəə məqsədli akvakultura ovu üçün kvota almaq
istəyən, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə qeydiyyatda olan
və ya yaşayan şəxslər nazirliyin tabeliyində fəaliyyət göstərən “Balıqçılıq və
Akvakultura Mərkəzi” publik hüquqi şəxsə, digər rayonlar üzrə qeydiyyatda olan
və ya yaşayan şəxslər isə ən yaxın “ASAN xidmət” mərkəzlərinə müraciət
etməlidirlər.
Quba “ASAN xidmət” mərkəzi
– Xaçmaz, Şabran, Siyəzən
Salyan “ASAN xidmət” mərkəzi
– Neftçala, Salyan, Biləsuvar, Şirvan
Gəncə (2 saylı) “ASAN xidmət” mərkəzi
– Mingəçevir, Gəncə, Yevlax, Samux, Şəmkir
Lənkəran “ASAN xidmət” mərkəzi
– Astara, Lənkəran, Masallı
Kvota almaq üçün tələb olunan sənədlərin siyahısı və nümunəvi formaları ilə
bu linkə keçid edərək
tanış olmaq mümkündür.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
hər bir balıqovlama biletinə görə 25 manat məbləğində dövlət rüsumu tutulur.
Qeyd edək ki, “Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu
maddəsinə əsasən, bərpa məqsədilə balıq və digər su bioresurslarının
akvakultura üçün ovu, eləcə də elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu
istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir. Balıq və
digər su bioresurslarından istifadəyə görə ödənişlər kvota ayrılmış ərizəçi
tərəfindən həyata keçirilməli, ödənişi təsdiq edən sənəd isə Kənd Təsərrüfatı
Nazirliyinin tabeliyində “Balıqçılıq və Akvakultura Mərkəzi” publik hüquqi
şəxsə təqdim olunmalıdır.
2026-cı ildə balıq və
digər su bioresurslarının sənaye, əmtəə məqsədilə akvakultura, təhsil və
maarifləndirmə məqsədilə ovuna görə Azərbaycan Respublikasının və xarici
dövlətlərin hüquqi və fiziki şəxsləri üçün müəyyən edilmiş ödəniş
qiymətləri
|
№
|
Balıq və digər su bioresursları
|
Аzərbaycan Respublikasının hüquqi və fiziki
şəxsləri üçün
|
Хarici dövlətlərin hüquqi və fiziki şəxsləri
üçün
|
|
1 ton balıq və digər su bioresursunun ödəniş
qiyməti (manat)
|
1 ton balıq və digər su bioresursunun ödəniş
qiyməti (manat)
|
|
1
|
Кilkə
|
44,50
|
89,00
|
|
2
|
Siyənək
|
111,25
|
222,50
|
|
3
|
Кеfal
|
89,00
|
178,00
|
|
4
|
Çapaq
|
89,00
|
178,00
|
|
5
|
Кülmə
|
89,00
|
178,00
|
|
6
|
Çəki
|
178,00
|
267,00
|
|
7
|
Хəşəm
|
222,50
|
445,00
|
|
8
|
Sıf
|
178,00
|
356,00
|
|
9
|
Кütüm
|
222,50
|
445,00
|
|
10
|
Şamayı
|
222,50
|
445,00
|
|
11
|
Qarasol
|
89,00
|
-----
|
|
12
|
Хərçəngkimilər
|
222,50
|
445,00
|
|
13
|
Digər balıq növləri
|
89,00
|
178,00
|