16 Yanvar 2026 17:42
568
DÜNYA
A- A+
Ukrayna müharibə dövrünün ən ağır qışını yaşayır  

Ukrayna müharibə dövrünün ən ağır qışını yaşayır  


Ukrayna, xüsusilə paytaxt Kiyev şəhəri müharibə dövrünün ən ağır qışını yaşayır.

AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinin verdiyi məlumata görə, Rusiya ordusunun intensiv hava hücumları nəticəsində enerji və qaz infrastrukturlarının sıradan çıxması, eyni zamanda, sərt şaxta səbəbindən Kiyev şəhəri və vilayətində acınacaqlı vəziyyət yaranıb, enerji sektorunda fövqəladə vəziyyətin tətbiqinə başlanılıb.

Ukrayna Baş nazirinin müavini-energetika naziri Denis Şmıqal bildirib ki, Kiyevdə bütün təhsil müəssisələrində qış tətili fevralın 1-dək uzadılıb. Digər bölgələrdə də distant təhsilin və ya rəsmi tətillərin fevralın 1-dək uzadılması qüvvədədir.

“Yanacaq, dizel və benzin təchizatı nəzarət altındadır. Ehtiyatlar azı 20 gün üçün kifayətdir, idxal davam edir. Qaz ehtiyatları heç bir məhdudiyyət olmadan nəzarətdə saxlanılır. Komendant saatı zamanı insanların xüsusi buraxılış olmadan çıxmasına və yaradılan xüsusi sığınacaqlara, istiləşmə məntəqələrinə çatması üçün ictimai nəqliyyatdan istifadə olunmasına icazə verilir”, - deyə o diqqətə çatdırıb.

Şmıqal deyib ki, Kiyev şəhərindəki və bölgəsindəki enerji obyektlərinin Rusiya tərəfindən atəşə tutulmasının nəticələrinin aradan qaldırılması üçün yaradılmış qərargah fasiləsiz işləyir. O, həmçinin qeyd edib ki, ruslar bütün arsenallarından, ballistik və qanadlı raketlərindən, modernləşdirilmiş dronlarından Ukraynanın enerji infrastrukturu obyektlərinin vurulması üçün istifadə edirlər: “2025-ci il Rusiya Ukraynanın enerji sektoruna 612 hədəflənmiş, birləşdirilmiş hücum həyata keçirib. İndi intensivlik yalnız artır, zərbələr hər gün baş verir. Ukraynada müharibə zamanı düşmən zərbələrinə məruz qalmayan bir dənə də olsun elektrik stansiyası yoxdur ölkədə minlərlə meqavatlıq generasiya gücü sıradan çıxarılıb. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına görə, cari istilik mövsümünün əvvəlindən bəri Rusiya Ukraynadakı enerji obyektlərinə və istilik sistemlərinə 256 hava hücumu həyata keçirib. Ən ağır vəziyyət Kiyev şəhərində və vilayətində, eləcə də Odessa, Dnepropetrovsk və Xarkov vilayətlərində, həmçinin bütün cəbhə bölgələrindədir. Ümumiyyətlə, ölkə daxilində ciddi şəkildə enerji və qaz məhdudiyyətləri tətbiq olunduğundan, bu, həm gündəlik həyata, həm də sənaye və biznesə təsir göstərir. Vəziyyət çox çətindir. Bəzi şəhər və bölgələrdə hazırlıqlar uğursuz olub. Son iki gün ərzində çox şeyin açıq şəkildə ləngidiyini gördüm. İndi biz tez bir zamanda nizamı bərpa edəcəyik və prosesləri sürətləndirəcəyik. Bu, hazırda elektrik enerjisi, su və ya istilik çatışmazlığı olan hər kəsin ehtiyac duyduğu yardımı alması üçün lazımdır", - deyə Şmıqal vurğulayıb.

O bildirib ki, polis ictimai asayişi qorumaq və lazım olduqda kömək göstərmək üçün küçə patrullarını artırır. Bundan başqa, isinmə sığınacaqlarının sayı artırılır. "Dəstək nöqtələri müəyyən edilib və istilik, yemək, şarj cihazları və rabitə üçün əlavə avadanlıqlarla təmin edilir. Mövcud resursları nəzərdən keçiririk və onları yenidən bölüşdürürük ki, yardım ən çox ehtiyacı olanlara çatsın. Ukrayna yaranmış böhrandan çıxmaq üçün əlavə dəstək cəlb etmək məqsədilə beynəlxalq tərəfdaşlarla işləməyə davam edir. Xüsusilə güclü generatorlar, enerji saxlama qurğuları, batareyalar, transformatorlar, təmir ləvazimatları, avadanlıqlar və digər texnikaların alınması işləri sürətləndirilib. Ukrayna Avropa Birliyindən elektrik enerjisi idxalını artırır”, - deyə Şmıqal diqqətə çatdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!