16 Yanvar 2026 16:16
165
DÜNYA
A- A+
Gürcüstanda radikal millətçi qruplaşmanın 16 üzvü həbs edilib  

Gürcüstanda radikal millətçi qruplaşmanın 16 üzvü həbs edilib  


Yanvarın 16-da Gürcüstan polisi ölkə daxilində radikal millətçi qruplaşmaya qarşı əməliyyat həyata keçirib, 16 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, saxlanılanlar arasında 10 azyaşlı da var. "Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən aylarla davam edən cinayət araşdırması nəticəsində məlum olub ki, qruplaşma üzvləri özlərini neonasist adlandırırlar və faşist ideologiyası ilə idarə olunurlar. Qrup üzvləri mobil telefonlarda qurbanlara qarşı zorakılığı, alçaldıcı hərəkətləri, fiziki və psixoloji təzyiqi əks etdirən foto və videolar çəkərək müxtəlif internet platformalarında yayımlayıblar. Nəticədə dördü azyaşlı olmaqla, on nəfərdən çox insan yaralanıb.

Təqsirləndirilən şəxslərin evlərində axtarış zamanı müxtəlif elektron cihazlar, nasist simvolları, silahlar müsadirə edilib.

Bildirilib ki, radikal faşist qruplarının iki lideri - Levan Abesadze və Davit Japarov artıq oxşar ittihamlarla bir neçə ay əvvəl həbs olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropada qaz qiymətlərində son 2 ilin ən böyük həftəlik artımı qeydə alınıb  

17:55
16 Yanvar

Qazaxıstanlı ekspert: Birgə hərbi təlimlər Türk dünyasını risklərə qarşı daha dayanıqlı edir  

17:54
16 Yanvar

4SİM Dünya İqtisadi Forumunun 56-cı İllik Toplantısında təmsil olunacaq  

17:53
16 Yanvar

Parlamentin Regional məsələlər komitəsinin 2025-ci ilin payız sessiyasında gördüyü işlər məqbul hesab olunub  

17:45
16 Yanvar

Bakı Hindistanda siqhlərə və digər azlıqlara qarşı zorakılıq mövzusunda beynəlxalq konfransa ev sahibliyi edib 

17:44
16 Yanvar

Ukrayna müharibə dövrünün ən ağır qışını yaşayır  

17:42
16 Yanvar

Ə.S.Cəlilovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi haqqında  

17:34
16 Yanvar

R.G.Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında  

17:33
16 Yanvar

N.V.İsmayılovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında  

17:31
16 Yanvar

Media: “Mossad”ın rəhbəri İrandakı vəziyyəti müzakirə etmək üçün ABŞ-a gedib  

17:05
16 Yanvar

Bakı Təşəbbüs Qrupu və Beynəlxalq Siqh Federasiyası beynəlxalq ictimaiyyəti zorakılığa qarşı fəaliyyətə çağırıb  

17:04
16 Yanvar

Kahramanmaraşdakı Heydər Əliyev adına ibtidai məktəbin yüzlərlə şagirdi müvəffəqiyyət cədvəli alıb  

16:49
16 Yanvar

“Sikh Federation”: Hindistanda insan hüquqlarının pozulmasına dünya biganə qalmamalıdır  

16:48
16 Yanvar

Ekspert : Azərbaycan İsrail ilə Türkiyə arasında münasibətlərdə mühüm vasitəçi ola bilər  

16:43
16 Yanvar

2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota bölgüsü təsdiqlənib  

16:26
16 Yanvar

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb - YENİLƏNİB 2  

16:19
16 Yanvar

Gürcüstanda radikal millətçi qruplaşmanın 16 üzvü həbs edilib  

16:16
16 Yanvar

Qırğızıstan parlamentinin sədri TÜRKPA-nın Baş katibi ilə görüşüb  

16:14
16 Yanvar

Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib  

16:01
16 Yanvar

Pakistanın Baş naziri “ASAN xidmət”in sədrini qəbul edib  

15:52
16 Yanvar

Türk general: Prezident İlham Əliyevin TDT çərçivəsində hərbi əməkdaşlıq təşəbbüsü zamanın çağırışlarına cavab verir  

15:47
16 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!