11 Fevral 2025 00:59
27847
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 8 fevral 2025-ci il tarixli 40 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 10/53


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Rüstəmov Rüstəm Səttərxan oğlu, Abdullayev Ruhid Aləddin oğlu və Zeynalov Mehman Musaxan oğlu 8 fevral 2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini və 3 fevral 2025-ci il tarixli 07/30 saylı Qərarını mübahisələndirərək, bu barədə müvafiq tədbirin görülməsini  xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış və bu barədə müvafiq rəy verilərək Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Namizədlər əlavə sənəd və materialların olmadığını bildirmiş, eləcə də dəvət olunsalar da araşdırmada və komissiyanın iclasında iştirak etməmişlər.

71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov müraciətdə dairə seçki komissiyası tərəfindən onların şikayətinə düzgün baxılmadığını, araşdırma və komissiyanın iclasında iştiraklarının təmin edilmədiyini iddia edərək dairə seçki komissiyasının mübahisələndirilən qərarını qanunsuz hesab etmişlər.

Müəyyən edilmişdir ki, qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov dairə seçki komissiyasına müraciət edərək 3, 7, 9, 10, 11, 14 və 18 saylı seçki məntəqələrində səsvermə və səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verildiyini iddia etmiş, səsvermənin yekunlarının onların iştirakı ilə yoxlanmasını tələb etmişlər.

Həmin müraciətdə iddia edilən pozuntular dairə seçki komissiyası tərəfindən araşdırılmış, komissiyanın 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı ilə müraciət əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Müraciətin araşdırılması ilkin icraat materiallarını və veb-kameralar vasitəsilə yayımlanan videogörüntüləri əhatə etmişdir.

Ərizəçilərin araşdırmada və komissiyanın iclasında iştirak etməsinin dairə seçki komissiyası tərəfindən təmin edilməməsi ilə bağlı iddiası həmin dairə seçki komissiyasının sədrindən, katiblərindən, üzvlərindən alınan izahatlarla, aktlarla və araşdırmaya təqdim edilmiş 1 ədəd videogörüntü ilə  öz təsdiqini tapmamışdır. Müəyyən olunmuşdur ki, namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalov araşdırmaya və komissiyanın iclasına dəvət olunmuş, R.S.Rüstəmov həm araşdırmada, həm də M.M.Zeynalovla birlikdə  komissiyanın iclasında iştirak etmişlər. 

Mərkəzi Seçki Komissiyasında aparılmış geniş, tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədlərin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınan digər namizədlər (sözügedən bələdiyyə üzrə liderlər siyahısında olmayan) tərəfindən verilən izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Bundan əlavə, nəticələri mübahisələndirilən 3, 9 və 11 saylı seçki məntəqələrində Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının "2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə" 21 yanvar 2025-ci il tarixli 4/13 saylı Qərarına əsasən veb-kamera quraşdırılmışdır.

İcraatın tərkib hissəsi olaraq hər üç məntəqə üzrə veb-kameraların görüntülərinə baxış keçirilmiş və hər hansı qanun pozuntusu müşahidə edilməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyası mübahisələndirilən qərarla düzgün hüquqi nəticəyə gəlmiş, namizədlərin səsvermə günü baş verdiyi ehtimal edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən Seçki Məcəlləsinin normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir. 

Beləliklə, Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər R.S.Rüstəmov, R.A.Abdullayev və M.M.Zeynalovun müraciəti əsassız olduğundan təmin edilməməli və 71 saylı Cəlilabad şəhər seçki dairəsi dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara  alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 71 saylı Cəlilabad şəhər seçki dairəsindən Cəlilabad bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizədlər Rüstəmov Rüstəm Səttərxan oğlu, Abdullayev Ruhid Aləddin oğlu və Zeynalov Mehman Musaxan oğlunun 8 fevral 2025-ci il tarixli 40 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 3 fevral 2025-ci il tarixli 07/30 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


10.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

Masallıda daha 350 zeytun ağacı əkilib

09:23
14 Aprel

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

09:22
14 Aprel

İran beş ərəb ölkəsindən dəymiş ziyana görə kompensasiya tələb edir

09:21
14 Aprel

Neftçala daha təmiz olur

09:20
14 Aprel

Biləsuvarda qanvermə aksiyası keçirilib

09:15
14 Aprel

Sumqayıtda təşkil olunan tədbirdə uşaq hüquqlarından söhbət açılıb

09:13
14 Aprel

3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlmişdir

09:10
14 Aprel

BMT: Yaxın Şərqdəki münaqişənin hərbi həlli yoxdur  

09:06
14 Aprel

Lənkəran - əsrlərə sirdaş müasir şəhər

09:05
14 Aprel

Ağ göl, Qırmızı göl, bir də Sarı göl...

09:00
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!