14 Aprel 2026 09:30
169
CƏMİYYƏT
A- A+
Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil


Qurban Yetirmişli: "Qorxulu heç nə yoxdur"

 

Son günlər Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınan seysmik proseslər ictimaiyyətin diqqət mərkəzindədir. Demək olar ki, hər gün hiss olunan, bəzən isə gün ərzində bir neçə dəfə təkrarlanan yeraltı təkanlar narahatlıq doğurur və "Xəzərdə hansı proseslər gedir?" sualını aktuallaşdırır. Bu hadisələrin intensivliyi və davamlılığı ətrafında yaranan suallar isə yalnız sadə maraq deyil, həm də təhlükəsizlik baxımından ciddi əhəmiyyət daşıyır.

Yer qabığının dərin qatlarında baş verən bu proseslərin mahiyyəti ilə bağlı müxtəlif ehtimallar irəli sürülür. Bir sıra ekspertlər bunu təbii enerji boşalması kimi qiymətləndirir, digərləri isə daha böyük zəlzələnin ilkin siqnalları ola biləcəyini düşünürlər. Xəzərin regionun mürəkkəb tektonik quruluşu, dəniz dibində çoxsaylı qırılmaların mövcudluğu bu hadisələrin həm gözlənilən, həm də müəyyən mənada sirli görünməsinə səbəb olur. Ardıcıl qeydə alınan təkanların xarakterini düzgün təhlil etmək onların yığılan gərginliyin nəticəsi, yoxsa artıq baş vermiş enerji boşalmasının davamı olduğunu anlamaq baxımından mühüm məsələdir.

Ümumiyyətlə, dəniz akvatoriyalarında baş verən zəlzələlər çox vaxt qurudakı analoji hadisələrdən fərqli xüsusiyyətlərə malik olur. Bu cür təkanlar, adətən, daha böyük dərinliklərdə formalaşdığı üçün onların səthdə yaratdığı dağıdıcı təsir nisbətən zəif olur. Lakin bu, həmin hadisələrin təhlükəsiz olduğu anlamına gəlmir. Əksinə, bir-birini izləyən çoxsaylı zəlzələlər sahilyanı ərazilər, xüsusilə də Abşeron yarımadası üçün daimi nəzarət və müşahidə tələb edir. Gün ərzində bir neçə dəfə hiss olunan təkanlar isə seysmik ocaqların aktiv mərhələdə olduğunu göstərir.

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli bildirib ki, aprelin 8-də Xəzər dənizində qeydə alınan 5,3 maqnitudalı zəlzələ əslində regionda mövcud olan bütün tektonik qatları və blokları hərəkətə gətirib. Onun sözlərinə görə, bu hadisədən sonra baş verən çoxsaylı təkanlar təbii prosesin davamıdır və afterşok xarakteri daşıyır.

"Həmin zəlzələdə 500-dən çox təkan baş verib. Bu say heç də az deyil. Güclü enerji boşalması gedib. Ona görə də bu proses hələ davam edəcək. Əhali qorxmasın, bu xırda təkanlardır. İçərisində daha güclü, maqnitudası 5-dən yuxarı olan zəlzələnin başvermə ehtimalı yoxdur. Yalnız 3-5 bal təkanlar müşahidə oluna bilər. Bu təkanlar bəzi hallarda əhali tərəfindən hiss olunsa da, qorxulu heç nə yoxdur. Orada seysmiklik fon səviyyəsinə düşənədək afterşoklar davam edəcək", - deyə mütəxəssis bildirib.

Qurban Yetirmişli həmçinin zəlzələlərin yaranma mexanizmi ilə bağlı da ətraflı izah verib. Onun fikrincə, yerin daxilində baş verən tektonik proseslər olduqca mürəkkəbdir və bu hadisələri anlamaq üçün həmin mexanizmləri düzgün təsəvvür etmək vacibdir: "Yerin daxilində hərəkətdə olan tektonik plitələr var. Bu plitələr daxilində baş verən parçalanmalar kiçik və böyük bloklara bölünür. Onların da öz hərəkətləri var. Orada gedən hərəkətlər nəticəsində tektonik blok qırılmalar plitələri parçalayaraq aralayır. Bunların həm horizontal, həm də vertikal hərəkətləri var. Sıxılma gedir, gərginlik toplanır, güclü parçalanma baş verir. Biz ona zəlzələ ocağı deyirik. Parametrləri müəyyən edirik. Orada enerji ayrılması gedir. Digər tərəfdən də layların genişlənməsi baş verir.

O parçalanma nəticəsində laylar dəstəsi düşür. Dalğa formasında bütün mühitə yayılır. Bu tərpənmə nəticəsində xırda parçalanmalar əmələ gəlir. Nəticədə afterşoklar hesabına enerji boşalması gedir".

Bu izahdan da aydın olur ki, zəlzələlər təsadüfi hadisələr deyil, uzun müddət ərzində yığılan tektonik gərginliyin nəticəsidir. Yer qabığında yerləşən plitələr daim hərəkətdədir və bu hərəkət zamanı müxtəlif nöqtələrdə gərginlik yaranır. Müəyyən həddə çatdıqda isə bu gərginlik qəfil boşalaraq zəlzələ şəklində özünü göstərir. Daha sonra isə həmin bölgədə xırda qırılmalar və enerji axını davam etdiyi üçün afterşoklar müşahidə olunur.

Mütəxəssislər qeyd edirlər ki, belə hallarda ən vacib məsələ panikaya qapılmamaq və rəsmi məlumatlara əsaslanmaqdır. Çünki seysmik proseslərin müəyyən mərhələlərində tez-tez təkanların baş verməsi normal sayılır və bu, mütləq şəkildə böyük zəlzələnin yaxınlaşması demək deyil. Əksinə, bu cür aktivlik əksər hallarda artıq baş vermiş güclü təkanın "sönmə mərhələsi" kimi qiymətləndirilir.

Bununla belə, regionun seysmik baxımdan aktiv zonada yerləşdiyini nəzərə alaraq, ehtiyat tədbirlərinin görülməsi də vacibdir. Xüsusilə sahilyanı ərazilərdə yaşayan əhali üçün maarifləndirmə işlərinin aparılması, zəlzələ zamanı davranış qaydalarının təbliği və tikililərin seysmik dayanıqlılığının artırılması əsas prioritetlər sırasında olmalıdır. Müasir şəhərsalma standartları və tikinti normaları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Xəzərin dərinliklərində baş verən bu görünməz proseslər bir daha xatırladır ki, Yer kürəsi canlı bir sistemdir və onun daxilində gedən dəyişikliklər bəzən səthdə hiss olunsa da, əslində daha çox mürəkkəb mexanizmlərin nəticəsidir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində növbəti zəlzələ olub – YENİLƏNİB

11:14
14 Aprel

Azərbaycandan Ermənistana dizel yanacağı və gübrədaşıyan növbəti qatar yola salınıb

11:10
14 Aprel

Orta Dəhlizlə konteyner daşımalarının həcmində 34 faizlik artım

11:02
14 Aprel

Azərbaycanda qadın sahibkarların payı 3 faizdən 23 faizə yüksəlib  

10:53
14 Aprel

Akademik Zərifə Əliyevanın oftalmologiyanın inkişafına verdiyi töhfələr hər zaman öz aktuallığını saxlayır  

10:50
14 Aprel

Dünya bazarında qızıl 16 dollar bahalaşıb

10:49
14 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:39
14 Aprel

Nazir Məcnun Məmmədovun Zəngilanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

10:33
14 Aprel

Bahar Muradova: Qadın sahibkarların regional inkişaf proseslərində iştirakı əhəmiyyətlidir  

10:31
14 Aprel

Akademik Zərifə Əliyeva həyatını elmə və xeyirxahlığa həsr etmişdi

10:25
14 Aprel

Azərbaycan nefti 125 dollardan baha satılır

10:06
14 Aprel

Bakıda AQEM məkanında qadınların rolunun gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfrans keçirilir  

10:05
14 Aprel

Süni intellekt 800-ə yaxın peşəni təhdid edir

09:50
14 Aprel

Vens: İranda məqsədlərimizə çatdığımız bir mərhələdəyik

09:46
14 Aprel

Aktyorluq üçün doğulmuşdu

09:45
14 Aprel

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-un yeni “Cicada” ştamını izləyir

09:44
14 Aprel

Ən nəzakətli ölkələrin reytinqi açıqlanıb: Yaponiya liderdir  

09:42
14 Aprel

Kiçik səhnədən böyük sənətə

09:40
14 Aprel

Müəllimlər müəllimi

09:35
14 Aprel

Xəzərdə baş verən zəlzələ təhlükəli deyil

09:30
14 Aprel

Yeni həyat bəxş edənlər

09:25
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!