07 Fevral 2025 02:12
1292
MSK
A- A+
2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 33 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 fevral 2025-ci il tarixli 33 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı


Qərar № 8/44


2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Biləsuvar kənd seçki dairəsindən Nərimankənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Həsənov Hidayət Ədalət oğlunun müraciəti 2025-ci il fevralın 5-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra - Mərkəzi Seçki Komissiyası) ünvanlanmış, müraciətdə səsvermə günü adıçəkilən seçki dairəsinin 28, 29, 30 və 32 saylı seçki məntəqələrində qanun pozuntularına yol verildiyi iddia edilmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra - Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü 28.2-ci, 112-ci və 112-1-ci maddələrinə əsasən qərara   alır:

1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində 69 saylı Biləsuvar kənd seçki dairəsindən Nərimankənd bələdiyyəsi üzvlüyünə qeydə alınmış namizəd Həsənov Hidayət Ədalət oğlunun 2025-ci il 5 fevral tarixli 33 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.


Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov


06.02.2025

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

İqtisadi fəal əhalinin sayı açıqlanıb

17:39
18 Mart

BDU ilə XİN arasında əməkdaşlığın genişləndirilməsi üzrə fəaliyyət planı hazırlanacaq  

17:36
18 Mart

İraq Türkiyə üzərindən neft tranzitini bərpa edib

17:31
18 Mart

Ödənişli atalıq məzuniyyətinin könüllü və ya məcburi olmasına aydınlıq gətirilib

17:24
18 Mart

Premyer Liqa: “Araz-Naxçıvan” səfərdə üç xal qazanıb  

17:14
18 Mart

“Azərbaycan Respublikası İdman Rəqsləri Federasiyası” İB-nin adı dəyişdirilib  

17:09
18 Mart

Gürcüstan Patriarxı Sionu Kafedralında dəfn olunacaq

17:06
18 Mart

Komitə sədri: Türkiyədə Azərbaycan mərkəzlərinin açılması ilə bağlı çoxsaylı təkliflər var 

17:01
18 Mart

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

16:57
18 Mart

Mütəxəssislər bağlı qalan Hörmüz boğazının yaratdığı problemləri açıqlayıblar

16:55
18 Mart

İzmir Böyükşəhər Bələdiyyəsinin sədri: Qarşılıqlı səfərlərin təşkili vacibdir  

16:53
18 Mart

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

16:44
18 Mart

Çinin innovasiyayönümlü investisiyaları ilə ölkəmizdə birgə layihələrin icrası üçün geniş imkanlar var  

16:39
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!