08 Mart 2017 12:03
102
CƏMİYYƏT
A- A+
14 uşaq anası ilə söhbət

14 uşaq anası ilə söhbət

 

Zərdabın ucqar kəndində - Seyidlərdə bir ailə yaşayır. Ailədə 14 uşaq böyüyür. Nazilə xala demişkən, çoxunu ərsəyə yetiriblər. Artıq bir-birinə həyan olurlar. Hərəsi bir işin qulpundan yapışıb. Oxuyub təhsil alanı da var, öz təsərrüfatlarında çalışanı da. Hamısının da məqsədi birdir: halallıqla yaşamaq, Nazilə xalanın, Şahalı kişinin ümidlərini, etimadlarını doğrultmaq. Hər dəfə uşaqların xoş sorağını eşidəndə Nazilə xala bir qədər də gümrahlaşır. Sevinir ki, böyütdüyü uşaqlar doğma ocağın xeyir-duasını, alqışını itirmirlər. Bir tikə halal çörəyə qədərincə dəyər verirlər.

Nazilə Mikayılova yaşının bu çağında - 70-i ötən vədəsində diribaşlığı, işgüzarlığı ilə seçilir. Övladlarına, gəlinlərinə, nəvələrinə əsl örnəkdir. Söz düşəndə deyir ki, gərək böyütdüyün övladlara qədərincə sərbəstlik verəsən. Qoy qabiliyyətlərinə güvənə bilsinlər. Belədə sərbəst yaşamaq vərdişini öyrənir, çətinə düşəndə çıxış yolu tapa bilirlər.

Nazilə xala hər gün eyni vərdişi üzrə sübh tezdən oyanır. Deyir ki, kənddə yaşayırsansa, gərək xoruz banından ayıq olasan. Təsərrüfatda görüləsi işlər çoxdur. Mal-qara, toyuq-cücə saxlayırlar, əkin-biçinlə də məşğul olurlar. Elə iş bölgüsü yaradıblar ki, heç kəs bir-birinə mane olmur. Əksinə, çətinə düşəndə köməkləşirlər, təsərrüfatı dirçəltmək üçün birgə yollar axtarırlar.

Uşaqların çoxu uzaq yerlərdə yaşayır. Amma nə qədər böyüsələr də, əlləri çörəyə çatsa da, ata ocağından payları kəsilmir. Vaxtında-vədəsində ata ocağına pay-nürüş göndərirlər. Nazilə xala belə şeylərlə də təsəlli tapır. Uşaqların xoş xəbərini alanda o qədər gümrahlaşır ki... Özü demişkən, yaşının bu çağında onun ən böyük mükafatı böyütdüyü övladların gərəkli olmasını görməsidir.

Təkcə bu kənddə-kəsəkdə deyil, Zərdabda bu ailəni yaxşı tanıyırlar. Adlarını hörmətlə çəkirlər, onların xeyirxahlığından, işgüzarlığından ürəkdolusu söhbət açırlar. Hələ sovet dövründən qəhrəman ana kimi tanınan Nazilə xala ailəyə göstərilən sosial güzəştlərdən də söz açdı. Dedi ki, verilən imtiyazlardan qədərincə faydalanırıq. Çatışmayan ehtiyaclarımızı dövlət ödəyir. Belə olanda yaşamaq da xeyli asan olur. Bu gün çoxuşaqlı analara güzəştlər əvvəlki illərdən fərqlidir. İldən-ilə müavinətlərdə artım olur. Bunlar da çoxuşaqlı anaların köməyinə çatır.

Əslində güzəştsiz, köməksiz 14 uşaq böyütmək o qədər də asan deyil. Ehtiyaclar o qədər çoxdur ki... Amma nə Nazilə xala, nə da Şahalı kişi belə xırda ehtiyaclardan o qədər də danışmadılar. Dedilər ki, biz cəmiyyət üçün sağlam övlad böyütməliyik. Onlar da sübut etməlidirlər ki, belə bir azad cəmiyyətdə yaşayırlar. Ötən illərin fərqindən, indiki şəraitdən də xeyli danışdılar. Nazilə xala yaxşı yaşamağın sirrini kənarda axtarmır. Deyir ki, gərək adamın özünün canında diribaşlıq olsun. Bu gün bizim ixtiyarımızda xeyli torpağımız var, əkib-becəririk. Əkin-biçin üçün güzəştlər  olur, subsidiyalar verilir. Bu balaca kənddə hər kəs kiçik bir təsərrüfat yarada bilib. Ən böyük üstünlüyümüz odur ki, təsərrüfatı dirçəltmək üçün bütün yolları özümüz axtarırıq. Bir vaxtlar bütün bunları yalnız arzulayardıq. Bu gün istəyimizə çatmışıq. Hər il təsərrüfatımızı daha gəlirli sahəyə çevirmək üçün yollar axtarırıq. Yaxşı xatırlayıram, hələ sovet dövründə hər qarış torpağın üzərində ciddi nəzarət vardı. İstəsək də, istəməsək də, yalnız pambıqçılığı inkişaf etdirməli idik. Hətta bağ yerlərini, meşə sahələrini də məhv etməkdən çəkinmirdilər. Təki hektarın sayı çox olsun. Adamlara, torpağa bu cür münasibət dəyişməli idi. Gec-tez hər kəs qabiliyyətinə uyğun bir işin qulpundan yapışmalı idi. 30 ilə yaxındır ki, kolxoz ləğv olunub. Öz pay torpağımızda istədiyimiz kimi çalışırıq. Həm dolanışığımızı təmin edirik, həm də təsərrüfatımızı dirçəldirik. Açığını deyim ki, belə sərbəst işləməkdən uşaqlar da zövq alır. Övladlarım bir-birinə kömək olur.

Bu kəndin dolanışığında Kür çayının da əvəzsiz rolu var. Dəli Kürün şıltaqlığına dözənlər xeyrini görürlər. Nəyi yoxdur bu yerlərin?.. Yaşılbaş sonası, turacı, qırqovulu, kəkliyi, daha nəyi... Şahalı kişi deyir ki, Kür boyunca gəmi gəzintisinə çıxmağın ayrı ləzzəti var. Gələn qonaqlarımızı, dostlarımızı belə gəzintiyə qonaq edirik. O qədər mənzərələr var ki... Amma Şahalı kişinin bir gileyi də var. Deyir ki, Kür qırağının bəzəyi olan Tuqay meşələri gündən-günə seyrəlir. Hələ də əlibaltalılar zümrüd meşələrin gözəlliyinə qıyır. Belə nankorluğa dözmək olmur. Biz təbiəti zənginləşdirmək üçün hələ çox iş görməliyik. Uşaqlara da bunu öyrətməliyik. Doğrusu, bu yolda hələ az iş görmüşük. Mən heç kəsi qınamıram. Amma istəyirəm ki, yaşadığımız kənd, el, oba gündən-günə abadlaşsın. Son illər çəkilən yollar, tikilən binalar inkişafdan soraq verir. Gərək gözəlliyin, abadlığın sayını artıraq. Bunun üçün hər kəs üzərinə düşən borcu yerinə yetirməlidir.

Bu ailənin sözündən, söhbətindən, səmimiyyətindən doymaq olmur. Amma öz işlərindən az danışırlar. Deyirlər ki, nə varsa göz qabağındadır. Görünən kəndə nə bələdçi... Söhbətimizin sonunda Nazilə xala dedi ki, övlad böyütmək borcumuzdur. O ki qaldı onların çoxluğuna, bu da bir Tanrı payıdır. Gərək bir-birinin qədrini bilsinlər. Onda el-obaya da çox xeyir verərlər. Nazilə xala onu da əlavə etdi ki, Azərbaycanda belə çoxuşaqlı ailələr çoxdur. Lerikdə, Biləsuvarda, Lənkəranda 15-16 uşaq böyüdən ailələr var. Bunun özü də bir xoşbəxtlikdir.

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ABŞ İranla əlaqəli 29 gəmiyə sanksiya tətbiq edib

20:59
18 Dekabr

Azərbaycan Atıcılıq Federasiyasının hesabat-seçki konfransı keçirilib  

20:31
18 Dekabr

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının növbəti ildönümü qeyd olunub  

20:24
18 Dekabr

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Azərbaycanda kritik informasiya infrastrukturlarının təhlükəsizlik vəziyyəti ilk dəfə sistemli şəkildə qiymətləndirilib  

20:08
18 Dekabr

Ankarada “Türk Dövlətləri Dezinformasiya ilə Mübarizə Forumu”nun iştirakçıları Şuşada keçiriləcək mediaforuma dəvət olunublar  

19:49
18 Dekabr

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edilib  

19:43
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!