09 Yanvar 2019 00:40
682
İQTİSADİYYAT
A- A+

13 milyard manat investisiya


Qeyri-neft sektoruna yatırılan sərmayə 21,2 faiz artıb


Başa çatan ötən il də gərgin siyasi və iqtisadi qarşıdurmalarla yadda qaldı. Amerika-Rusiya siyasi gərginliyi, Amerika-Çin iqtisadi çəkişməsi, ticarət müharibələri və qarşılıqlı sanksiyalar dünya iqtisadi inkişafına təsirsiz ötüşmədi. Üstəlik, siyasi ziddiyyətlərdən qaynaqlanan səbəblər üzündən neftin qiyməti də qeyri-sabit olaraq qaldı. Sözsüz ki, belə təlatümlər, güvənsizlik iş dünyasına da mənfi təsir göstərir.

Belə bir şəraitdə bütün ölkələrin daha çox ehtiyac duyduqları isə sərmayə yatırımıdır. Çünki iqtisadiyyatın dinamik inkişafını təmin edən başlıca şərtlərdən biri məhz kapital qoyuluşudur. Və çox diqqətçəkən faktdır ki, məlum səbəblərdən dünyada qarşılıqlı investisiya qoyuluşunda azalma müşahidə edilsə də, ölkəmizdə bu problem yoxdur və yaradılan şəraitə, hökm sürən siyasi sabitliyə görə Azərbaycan iqtisadiyyatı sərmayə yatırımından korluq çəkmir. Çünki ölkəmizdə həyata keçirilən siyasətin bir məqsədi də ölkə iqtisadiyyatının kapitallaşdırılmasının dinamikasını qoruyub saxlamaqdır. Dövlət bu məqsədlə özünün həyata keçirdiyi layihələri maliyyələşdirməklə yanaşı, özəl sektoru da güzəştli kreditlərlə təmin edir. Məqsəd hər iki sahədə aparılan islahatları davam etdirməklə bərabər, qeyri-neft sektorunun davamlı inkişafına nail olmaqdır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin yanvar-noyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 12 milyard 899,4 milyon manat vəsait yönəldilib. Hesabat dövründə qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi 21,2, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 22,6 faiz artıb. İstifadə olunan vəsaitin 68,4 faizi məhsul istehsalı sahəsində istifadə edilib.

Həmin dövrdə ümumi sərmayənin 51,8 faizi dövlət, 48,2 faizi qeyri-dövlət sektorlarının sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilən vəsaitin 69,9 faizi tikinti-quraşdırma işlərinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi isə ümumi sərmayənin 63,1 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6,4 milyard, bank kreditləri 1,6 milyard, büdcə vəsaitləri 3,5 milyard manatdan çox, büdcədənkənar fondların vəsaitləri 254,3 milyon, əhalinin şəxsi vəsaitləri 921,1 milyon, digər vəsaitlər isə 86,3 milyon manat olub.

Yaradılan münbit investisiya mühitə görə bu gün də ölkə iqtisadiyyatına yabançı sərmayə qoyuluşu davam edir. Bunun nəticəsidir ki, ötən ilin yanvar-noyabr aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 4 milyard 754,5 milyon manat vəsait yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən vəsaitin 3 milyard 838,9 milyon manatı İngiltərə, İsveçrə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, Rusiya, İran və Çexiya sərmayədarlarına məxsus olub.

Kapital qoyuluşu ölkədə bir sıra yeni sosial, iqtisadi və infrastruktur obyektlərinin tikilib başa çatmasına imkan yaradıb. Belə ki, keçən ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasında Təmizləyici Qurğular Kompleksi, Naxçıvan Müəllimlər İnstitutunun yeni binası, Bakıda Yüksək gərginlikli avadanlıqlar zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1” və "Qobu”, 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo” hoteli, respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı, Sumqayıt Kimya Sənaye Parkında Polipropilen Zavodu, Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə 2 müəssisəsi və müxtəlif bölgələrdə müxtəlif təyinatlı digər obyektlər istifadəyə verilib.

Rüstəm KAMAL,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video