Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

07 May 2016
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 131-ci maddəsinin II hissəsinə və  “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası  Qanununun 94-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən  Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2016-cı il aprelin 25-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:

Əsgərov Qürbət Ağa oğlu

İbayev Vəfaddin Ələm oğlu

Quliyev Zakir Müslüm oğlu

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri