26 Aprel 2024 16:59
277
SİYASƏT
A- A+

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

 

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması prosesi ilə bağlı əsaslı və müsbət bəyanatlar verdi. Bir neçə gün əvvəl buna etiraz edənlərin olmasına baxmayaraq, dörd kəndin Azərbaycana qaytarılması prosesi də uğurla reallaşdı. Erməni siyasətçiləri arasında müəyyən etirazlar var, bəli, lakin rəsmi İrəvan Azərbaycanla bu qarşıdurmanın daha çox özünün zərərinə işlədiyini başa düşüb ki, işğal siyasətinə son qoymağa qərar verib. Lakin bu prosesdə gərginliyin artması ilə qidalanan Fransa kimi ölkələr Ermənistanın bu münasibətinə qarşı çıxır. Eynilə ABŞ və digər ölkələrdəki erməni diaspor nümayəndələrinin də gərginliyin davam etdirilməsinin tərəfdarı olduqlarını görə bilərik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin “Optimar Araşdırma” şirkətinin rəhbəri, siyasi ekspert Hilmi Daşdemir səsləndirib.

Qondarma “erməni soyqırımı” məsələsinə toxunan müsahib Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Köçəryanın buna dair sözlərini xatırladaraq deyib: “Köçəryan hər il “soyqırımı” ilə bağlı mərasimlərin keçirildiyini, lakin buna dair açılan muzeydəki şəkillər və sənədlərin belə inandırıcılıq səviyyəsinin aşağı olduğunu bildirdi. O, hətta 1915-ci il hadisələrində ölənlərin sayı ilə bağlı müəmmaların olduğunu da dedi. Bu, bir növ həqiqəti qəbul etməkdir. Bu sözlərdən də göründüyü kimi, erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır. Bütün bunlar başlı-başına olan irəliləyişlər deyil. Bu, İlham Əliyevin liderliyi ilə Azərbaycan və Türkiyə prezidentlərinin müəyyən ahənglə hərəkət etməsinin qələbəsidir. Bəli, problemlər hələ də tam aradan qalxmayıb. Hələ gedəcəyimiz uzun yol var. Lakin hazırda burada ən mühüm amil Azərbaycan və Türkiyənin erməni məsələsi ilə bağlı həqiqətləri həm Qərb, həm də bütün dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırmasıdır. Bu mövzu və ümumiyyətlə, erməni həqiqətlərinə dair sənədlər, məqalələr və sənədli filmlərin müxtəlif dillərdə hazırlanıb daha çox insana çatdırılması xüsusilə hazırkı vəziyyətdə olduqca vacibdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video