Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

R.Ə.Ağayevin Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında

07 May 2016
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında”  Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Ali Məhkəmənin hakimi Rəşadət Əhməd oğlu Ağayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şirvan Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 6 may 2016-cı il