Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ramil Quliyev atletika üzrə Avropa çempionu oldu

10 Avgust 2018
Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.

Xatırladaq ki, Ramil Quliyev 2017-ci ildə London Dünya Çempionatında da eyni məsafəyə qaçışda qızıl medal qazanıb.