Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Prosineçkidən qələbə şərhi

13 İyul 2018
 

“Bu, böyük uğurdur. İkinci hissədə ingilisləri öldürdük! Fransa ilə oyunu səbirsizliklə gözləyirik”. Bu sözləri millimizin sabiq baş məşqçisi Robert Prosineçki ölkəsi Xorvatiya yığmasının DÇ-2018-in finalına yüksəlməsini şərh edərkən yerli mətbuata deyib.

“Mandzukiç, Modriç xarakteri ilə meydandakı digər komanda yoldaşları kimi mübarizə aparmağın nə olduğunu göstərdi.  Bu futbolçular uğur qazanmağı bacaran oyunçulardır. Zlatko Daliçi təbrik edirəm” - deyə o bildirib.

Hazırda Bosniya və Herseqovina millisini çalışdıran Prosineçkinin sözlərinə görə, İngiltərə ilə yarımfinal görüşündə hesabda geri düşdükdən sonra nəticəni dəyişmək və oyuna nəzarəti bərpa etmək çətin idi: “Oyunun sonlarında daha da yaxşı idik. 120 dəqiqəlik oyunumuz tərifəlayiqdir”.

Prosineçki hazırkı nəslin Xorvatiyada hökm sürən xoşbəxtliyi daha asan hiss edəcəyini söyləyib: “Bizimlə müqayisədə hazırkı nəslin sosial şəbəkələr və internetdə yazmaq imkanları var. Bu, onlara hazırkı ab-havanı hiss etmək imkanı yaradır”.

Qeyd edək ki, Robert Prosineçki 1998-ci ildə dünya çempionatının bürünc medalını qazanıb. Həmin vaxt Xorvatiya yarımfinalda Fransaya 1:2 hesabı ilə uduzub.