Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vergilər nazirinin Qəbələdə vətəndaşların qəbulu vaxtı iyulun 14-nə keçirilib

12 İyul 2018
Vergilər naziri Mikayıl Cabbarovun iyul ayının 13-də Qəbələ rayonunda keçirilməsi planlaşdırılan vətəndaşların qəbulu vaxtı iyul ayının 14-ə keçirilib.

Bu barədə AZƏRTAC-a nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.