Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kənd təsərrüfatı sahəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə memorandum imzalanıb

11 İyul 2018
İyulun 11-də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti arasında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, Memorandum 3 il müddətinə imzalanıb və Almaniya hökumətinin həyata keçirdiyi "Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi" layihəsinin tərkib hissəsidir.

Memorandumun məqsədi torpaqdan istifadə olunmasına xüsusi diqqətin yetirilməsi, təbii resursların səmərəli istifadə edilməsinin gücləndirilməsidir.