Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FHN-in Muğan Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

11 İyul 2018
Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi İmişli Mərkəzi Rayon Xəstəxanasında “İmişli rayon yüksək hazırlıqlı ərazi mülki müdafiə qüvvələri ilə mülki müdafiə xəbərdarlıq-toplanış” mövzusunda məşq keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə İmişli rayon fövqəladə hallar komissiyasının üzvləri, rayon polis şöbəsinin, mərkəzi xəstəxanasının, gigiyena və epidemiologiya mərkəzinin, enerji təchizatı və satış, suvarma sistemləri idarələrinin, yanğından mühafizə hissəsinin, telekommunikasiya qovşağının və mənzil-kommunal təsərrüfat istehsalat birliyinin nümayəndələri, “yüksək hazırlıqlı ərazi dəstəsi”ndəki qrupların şəxsi heyəti, avtomobillər və texnikalar cəlb olunub.

Мəşqin keçirilməsində məqsəd mülki müdafiə planının reallığının yoxlanılması, fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işləri yerinə yetirərkən rəhbər heyətin qərar qəbul etmək bacarığının təkmilləşdirilməsi, müəssisənin əməkdaşlarına fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı əməli vərdişlərin öyrədilməsi olub.

Sonda keçirilən məşq müzakirə edilib, tövsiyələr verilib.