Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ceremi Xant Böyük Britaniyanın yeni xarici işlər naziridir

10 İyul 2018
Bundan əvvəl səhiyyə və sosial işlər naziri vəzifəsini tutan Ceremi Xant Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə Xant Baş nazir Tereza Meylə “Brexit”in forması ilə bağlı qızğın mübahisələr fonunda istefaya getmiş Boris Consonu əvəzləmişdir. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Avropa İttifaqı ilə tam “ayrılmanın” lehinə çıxış edən Consondan fərqli olaraq Xant əvvəllər ölkənin Avropa İttifaqından çıxmasının əleyhdarı kimi tanınırdı.

Consonun istefasından bir neçə saat əvvəl Böyük Britaniyanın Avropa İttifaqından çıxması məsələləri üzrə nazir Devid Devis istefa vermişdir. Onun yerinə indiyədək Böyük Britaniyanın İcmalar və Yerli Özünüidarəetmə Nazirliyində mənzil təsərrüfatı və planlaşdırma üzrə kiçik nazir vəzifəsini tutan Dominik Raab təyin edilmişdir.