Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveçrə daim sağlam əməkdaşlıq potensialı axtarışında olan ölkə kimi Azərbaycanla əməkdaşlıqda maraqlıdır

09 İyul 2018
 

İsveçrə daim sağlam əməkdaşlıq potensialı axtarışında olan ölkə kimi Qafqazda, xüsusilə Xəzər regionunda dost Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.

AZƏRTAC xəbər ki, bunu İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Yohan N.Şnayder-Ammann deyib.

"Ölkələrimiz arasında çox gözəl ikitərəfli münasibətlər mövcuddur. Biz neçə ildir ki, sıx əməkdaşlıq edirik. Biz, "Holcim" və əczaçılıq sahəsində ixtisaslaşan İsveçrə şirkətləri ilə Azərbaycana gəlmişik, iqtisadi sahədə əlaqələrimizi daha da intensivləşdirmək istəyirik", - deyə departament rəhbəri qeyd edib.

Yohan N.Şnayder-Ammann Avropa ölkələrini də əhatə edən "Bir kəmər – bir yol" layihəsinin əhəmiyyətinə toxunaraq bildirib ki, İsveçrə daim sağlam əməkdaşlıq potensialı axtarışında olan ölkə kimi Qafqazda, xüsusilə Xəzər regionunda dost Azərbaycan ilə əməkdaşlıq etmək niyyətindədir.