Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərişıq” ASC “facebook” və “instagram” vasitəsi ilə xidmətlərini daha da asanlaşdıracaq

30 İyun 2018
 

Abonentlərinə göstərilən xidmətləri daha da asanlaşdırmaq, məmur-vətəndaş kontaktını minimuma endirmək, süründürməçilik kimi hallara yol verməmək, istehlakçıların hüquqlarını bilməsini təmin etmək, maarifləndirmə, məlumatlandırma və “ASAN” xidmət vasitəsi ilə həyata keçirilən  işlərin operativliyi məqsədi ilə “Azərişıq” ASC tərəfindən sosial şəbəkələrdə əlavə olaraq yeni səhifələr fəaliyyətə başlayıb.

Səhmdar cəmiyyətin “Azerishiq” ASC facebook səhifəsi ilə yanaşı, yeni “Azerishiq.az” facebook səhifəsi, eyni zamanda “Azerishiq.az” instagram səhifələri yaradılıb.  Yeni yaradılan “facebook” və “instağram” səhifələrində “Azərişıq” ASC-nin  “ASAN” xidmət vasitəsi ilə etdiyi yeniliklər, texniki şərtlərin verilməsi prosesində həyata keçirilən islahatlar, sahibkarlar üçün nəzərdə tutulan güzəşt və xidmətlər, elektrik avadanlıqlarının istismarı zamanı anidən baş verən qəzaların, zədələnmələrin, yanğınların qarşısının alınması və ya elektrik şəbəkələrində ortaya çıxan problemlərin vaxtında aradan qaldırılması üçün zəruri olan addımların atılması üçün tələb olunan xidmətlər, “facebook” və “instagram” səhifələrində özünə yer alacaq.

Bir sözlə, sadə vətəndaşdan tutmuş sahibkarlara qədər elektrik enerji təchiz edilən hər kəs “Azərişıq” ASC-nin sosial şəbəkələrdəki fəaliyyətindən faydalana biləcəklər. “Azərişıq” ASC-nin Perspektiv inkişaf və “ASAN xidmət”lə iş idarəsi tərəfindən yaradılan sosial şəbəkə səhifələrində yaxın vaxtlarda elektron qaydada yeni xidmətlər də göstəriləcək.

 

“Azərbaycan”