Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər həyatı uzadan maddənin tapıldığını iddia edirlər

27 İyun 2018
Marşal Universitetinin mütəxəssisləri qocalma prosesinə təsir edən spesifik ferment aşkarladıqlarını iddia edirlər.

AZƏRTAC “EurekAlert” portalına istinadla xəbər verir ki, alimlər natrium-kalium adenozintrifosfataza adlı maddənin orqanizmin cavanlıq dövrünü uzadaraq oksigenin aktiv formasının (OAF) generasiya siklində iştirakını müəyyənləşdiriblər.

Tədqiqatçılar əzələ üzərində təcrübə apararaq, il ərzində gəmiricilərə tərkibində çoxlu piy və karbohidrat olan yem veriblər. Orqanizmdə hüceyrələrin oksidləşməsinə və məhvinə səbəb olan çox sayda oksigen radikallarının sintezi nəticəsində belə “pəhriz” aşkar qocalma əlamətlərinin peyda olmasına gətirib çıxarıb. Bununla belə, fermentlə inyeksiya olunan siçanların bir hissəsində müvafiq proseslərin xeyli ləngiməsi müşahidə edilib.

Həmçinin alimlər insanın bağlayıcı toxumaları üzərində də təcrübə aparıb və analoji nəticə əldə ediblər. Mütəxəssislər klinik təcrübələrdən sonra fermentin qocalma əleyhinə terapiyanın əsası ola biləcəyini düşünürlər.