Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır

14 İyun 2018
İlin sonuna inflyasiyanın birrəqəmli həddə olacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov iyunun 14-də keçirdiyi mətbuat konfransında deyib.

Mərkəzi Bankın sədri qeyd edib ki, ötən beş ay ərzində orta inflyasiya 3,2 faiz olub. ÜDM-in 15,4 faiz səviyyəsində profisit formalaşıb. Ticarət balansının müsbət saldosu 2,1 dəfə, xidmətlər balansının kəsiri 2 dəfədən çox azalıb, qeyri-neft sektoru 14,2 faiz yüksəlib. İlin sonuna ticarət balansının əlverişli olacağı gözlənilir. Xarici valyutada depozitlərin geniş pul kütləsində çəkisi 2,1 faiz təşkil edib.