Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

14 İyun 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 642) aşağıdakı dəyişikliklər edilsin:

1. 12.2-ci, 12.4-cü, 13.1-ci, 13.4-cü, 15.1-ci və 15.4-cü maddələrdə “orqanı” sözü “orqanının yaratdığı qurum” sözləri ilə əvəz edilsin.

2. 14.1-ci maddənin birinci cümləsində və 14.2-ci maddədə “büdcədənkənar xüsusi vəsaitlər üzrə” sözləri “yaratdığı qurumun” sözləri ilə əvəz edilsin.

3. 16.3-cü maddəyə “nəzarəti” sözündən sonra “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2018-ci il